Məhkəmə qərarları › İş №2(004)-587/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-587/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-587/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin icra olunması vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin icra olunması vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, ərizənin təmin edilməsini, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Barışıq sazişinin şərtlərinə görə: Bir tərəfdən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 və digər tərəfdən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq aşağıdakılar barəsində razılığa gələrək hazırkı Barışıq Sazişini (bundan sonra “Saziş” adlanacaq) imzaladılar.

1. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsindən imtina edir, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin icra olunması vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qarşılıqlı iddia ərizəsindən imtina edir.

2. Tərəflər razılaşırlar ki, bu Sazişlə tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilir və obyektdə olan soyuducu Cavabdeh təhvil verilir.

3. Tərəflər razılaşırlar ki, bu mübahisə ilə bağlı bir-birlərinə qarşı hər hansı iddia və şikayətləri olmayacaq. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bağlanmış barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bağlanmış barışıq sazişinin təsdiq edilməsini və və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin icra olunması vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:

1. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsindən imtina edir, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin icra olunması vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qarşılıqlı iddia ərizəsindən imtina edir.

2. Tərəflər razılaşırlar ki, bu Sazişlə tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilir və obyektdə olan soyuducu Cavabdeh təhvil verilir.

3. Tərəflər razılaşırlar ki, bu mübahisə ilə bağlı bir-birlərinə qarşı hər hansı iddia və şikayətləri olmayacaq. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar