Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5872/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindın istifadəyə görə yaranmış 1680,67 manat borcun tutularaq **********070 saylı abonent koduna və 36,80 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********070) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2022-ci il tarixinə 1680,67 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS- 20 markalı, 20039073 nömrəli sayğac xx.xx.2020-cü il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1u qeyd olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh sudan cox istifadə edən abonent olmuşdur. Sayğac da evin daxilində yerləşdiyindən İddiaçı ASC-nin əməkdaşlarılna şərait yaradılmamışdır. Daha sonra 2020-ci ildə şərait yaradılmış və köhnə sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacda olan sərfiyyat yeni sayğaca işlənilmişdir. Bundan sonra da işlədiyi su normal olaraq oxunmağa başlanmışdır. Nəzarətçilər terminal ilə gedirlər. Terminalın da limiti var. Həmin limiti aşanda çek çıxartmaq mümkün olmurdu. Ona gör də borc idarədə yazılırdı. Lakin 2022-ci ildə dəyişiklik ediləndən sonra terminal vasitəsilə çeki qapıda çıxardıb vermək mümkün olurdu. Borc abonentin real borcudur. Məhkəmə iclasında iştirak edən mütəxəssis X3 bildirmişdir ki, 2013-cü ilin avqust ayında quraşdırılmış sayğacın mexaniki hissəsi işləməmiş, həmin dövrdə su sərfi düzgün ölçülə biləmişdir. Tarix fərqinə əsasən 825 m3 sərfiyyat hesablanmış, 1 m³ suyun qiyməti 2016-ci ilin may ayında 36 qəpik, 2021-ci ilin fevral ayında isə 1 manat olmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent kartından (saldo) müəyyən edilir ki, 10107608 nömrəli müqavilə üzrə sayğac göstəriciləri əsasında xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmış xx.xx.2013-xx.xx.2020-ci il üzrə 2246 m3 sərfiyyat və 996,31 manat borc hesablanmışdır. Bundan sonra, yalnız xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmış, 825 m3 sərfiyyat və 656,63 manat borc hesablanmışdır. Həmçinin, su və kanalzasiya xidmətlərindən istifadəyə görə xidmət haqqı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 15 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 15 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 13 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 14 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 14 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 16 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 15 manat, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında 16 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 13 manat hesablanmışdır. Həmçinin, iş materiallarında olan abonent kartından (saldo) o da müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat və xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla, cəmi 150 manat ödəniş edilmişdir. İş materialarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdehin abonent hesabına 1901,32 manat borc hesablanmışdır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m³ suyun qiyməti 0,30 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m³ suyun qiyməti 0,35 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m³ suyun qiyməti 0,70 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli borc İddiaçı ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi onun üzərinə düşür. Lakin iddiaçının nümayəndəsi cavabdehin yaşadığı mənzil üçün hesablanılmış 1680,67 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2013-cü il tarixdən-xx.xx.2020-ci il tarixə qədər istehlakçıya verilən suyun dəyəri ümumiyyətlə hesablanmamış, bu barədə istehlakçıya məlumat təqdim edilməmişdir. Halbuki, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. İddiaçının təqdim etdiyi abonentin kartından qeyd edilən dövrlərdə hər ay üçün nə qədər sərfiyyatın olması, borcun hansı qaydada hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı təşkilat həmin ünvanda su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilibedilmədiyini lazımi qaydada sənədləşdirməmiş, ödəmə olmadığı təqdirdə su təchizatının dayandırılması barədə tədbir görməmişdir. Həmçinin həmin dövrlər üzrə beş il keçmiş tələblər artıq müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Belə ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər nə qədər hər ay üzrə nə qədər sərfiyyatın olması və borcun hansı qaydada hesablanması müəyyən deyil. Abonentin kartasından görünür ki, yalnız xx.xx.2022-ci il tarixdən sonrakı aylar üzrə hər ay üzrə sərfiyyat hesablanmış və ay ərzində 13-16 m3 arasında sərfiyyat olmuşdur. İddiaçı digər dövrlərə nisbətdə yüksək məbləğdə-656,63 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdən sonrakı aylar üzrə hər ay üzrə sərfiyyat və borc hesablanmaqla, abonentin kartasında da öz əksini tapmış, həmin dövr üzrə 130 manat borc hesablansa da, cavabdeh tərəfindən 150 manat ödəniş edilmişdir. Beləliklə də, həmin dövr üzrə cavabdehin su və kanalzasiya xidmətlərindən istifadəyə görə borcu yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 36,80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5872/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5872/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver