Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-588/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.000 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəray qızı ilə bir neçə il bundan əvvəl tanış olmuşdur. Cavabdeh mənzilini satıb pulun bir hissəsi ilə həyət evi tikdirdiyini, bir hissəsini də saxladığını bildiyindən 2017-ci ilin iyul ayının əvvəllərində ondan borc pul istəmişdir. Pulunun olduğunu, lakin onu əlavə torpaq sahəsi almaq üçün saxladığını bildirəndə ona olan etibarından sui-istifadə edərək demişdir ki, satmaq istədiyi torpaq sahəsi var, razılaşsalar ona sata bilər, lakin əvvəlcə həmin torpaq sahəsinin sənədlərini qaydasına salmaq, yəni onu anasının adına özəlləşdirmək lazımdır ki, sonra rəsmiləşdirmək mümkün olsun. Ona inanaraq torpaq sahəsi ilə maraqlanmış və almaq qərarına gəlmişdir. Sonra torpaq sahəsinin qiymətini və sairi danışıb razılığa gəlmişlər ki, ona 22.000 manat pul verir, o isə, 3-4 ay ərzində həmin torpaq sahəsinin sənədlərini qaydasına salıb onun adına keçirir. Beləliklə xx.xx.2020-ci il tarixdə cavabdehə öz evimdə, 2 nəfər kənar şəxsin yanında, 22.000 manat pul vermişdir. Sonda belə bir qərara gəlmişlər ki, cavabdeh həmin müddət ərzində torpaq sahəsinin sənədlərini adına keçirə bilməsə, pulu 3-4 aydan sonra qaytaracaq. Göstərilən müddət başa çatmış, hətta bir neçə ay da keçmiş, lakin cavabdeh torpaq sahəsinin sənədlərini qaydasına salıb onun adına keçirə bilmədiyinə görə ondan verdiyi pulu əvvəllər görüşərkən, sonralar isə telefonda danışaraq, mesajlar və votsap danışıqlarında tələb etmişdir. Cavabdeh isə əvvəllər çoxsaylı bəhanələr gətirib pulları müxtəlif vaxtlarda qaytaracağı barədə vədlər vermiş, lakin vədlərinə əməl etməmiş, yəni üzərinə götürdüyü öhdəliyi qəsdən yerinə yetirməmiş, hətta axır vaxtlar onunla görüşməkdən və telefonda belə danışmaqdan yayınmışdır. 2019-cu ildə bir neçə dəfə ərazi aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna və polisinə Cavabdeh barədə şikayətlər etmiş, amma polis nədənsə işə laqeyd yanaşmış, izahatını təhriflə yazmış, şahidləri dindirməmiş, telefon, mesaj danışıqları çıxarmamış, hətta onun öz əli ilə ərizəsinə əlavə etdiyi votsap danışıqlarının və şahidlərin izahatlarının əsasında dindirməmiş, mətnlərinə hüquqi qiymət verməmişdir. Nəticədə isə dələduzluq cinayət hadisəsini törətməkdə şübhəli şəxs olmuş cavabdeh həmin pulları guya ondan almadığı barədə izahat vermiş, polis də, sübutları lazımı qaydada toplayıb qiymət vermədən, əsassız və qanunsuz olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, bu barədə mülki qaydada məhkəməyə şikayət etmək tövsiyyə edilmişdir. Həmin qərarla razı olmadığına görə bir neçə dəfə şikayət etsə də, qanuni qərar qəbul edilməmiş, yenə də bu barədə mülki qaydada məhkəməyə şikayət etmək tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 147-ci maddələrinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə ailəvi gediş-gəlişi var. Cavabdeh dəfələrlə İddiaçıgilə gəlib-gedirdi, birlikdə mətbəxdə söhbət edirdilər, daha sonra o, yoldaşı ilə zalda olanda Cavabdeh ilə İddiaçı zala daxil oldular, salamlaşdılar. Mətbəxlə zalın qapıları açıq olduğundan hər ikisinin söhbətinə şahid olmuşdur ki, Cavabdeh İddiaçı pul istədi və bildirdi ki, pulu qaytarmasa ona məxsus olan torpaq sahəsi var, həmin torpaq sahəsini keçirəcək İddiaçı adına. O, İddiaçı da jestlərlə bildirmişdir ki, o qədər pulu niyə yazılı sürətdə, heç bir sənəd olmadan verir. Pulu mebelin termosundan götürdü, saydı və kağıza büküb verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı ilə əvvəldən qonşudur, həm də ailəvi dostdur. Bildiyi qədər Cavabdeh ilə İddiaçı yaxın olublar,onun barəsində yaxşı danışırdı. Həyətdə oturduqları zaman Cavabdeh Şəhlagilə gəldiyini görmüşdür. Söhbət elədilər, keçdilər evə sonra Şəhla onları da evə dəvət etmişdir. Mətbəxdə söhbət etdilər, sonra İddiaçı Cavabdeh borca 22000 manat pul vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı iş materiallarında olan Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Y.İsgəndərovun xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Şıxəliyeva 22000 manat pulunun qaytarılmasına dair Esmira Şıxıliyevadan verdiyi şikayət üzrə aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı 2000-ci ildən tanıyır. Onunla Bakı şəhərində 8-ci mikrorayonda qonşu yaşamışlar. Şəhla evini satandan sonra onu və qızını qeydiyyatsız qaldıqlarına görə özünə məxsus mənzilə qeydiyyata salmışdır. İddiaçı 22000 manat pul almamışdır. Şəhla ona şər və böhtan atır. Şəhla ilə qonşuluqda yaşayan şəxsləri isə tanımır. Şəhlanın ondan şikayət etməsinin səbəbini bilmir. Araşdırma zamanı baş vermiş hadisədə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material iizrə cinayət işinin başlanması rədd edilmiş və ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün İddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 22.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını göstərmişdir. Halbuki ki, həmin qərarla iddiaçının cavabdehə 22.000 manat verməsi birmənalı olaraq öz təsdiqini tapmamışdır. Cavabdehlə iddiaçı arasında borc münasibətinin olması, o cümlədən, cavabdehin pulu əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə borc pul verilməsinə dair yazılı müqavilə təqdim edə bilmədəyindən, o cümlədən cavabdehin pulu əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından və bu hal cavabdeh tərəfindən təsdiqlənmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin onları dəvət etmiş iddiaçının mövqeyinə uyğun verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi kimi mötəbər hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslandırılmadığından İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 22.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-588/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-588/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver