Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5918/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X1 xidmətinə qarşı üçüncü şəxsin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X1 xidmətinə qarşı üçüncü şəxsin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olaraq xitam verilməsi hüququnun Azərbaycan Respublikası ƏƏSMN yanında X1 xidmətinin öhdəliyinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mediasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü bəndinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi iddia ərizəsinə iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi, yəni Mediasiya Şurasına müraciət edilməsinə dair sübutlar əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı üçüncü şəxsin üzərinə öhdəlik qoyulması tələbinə dair ilk növbədə Mediasiya Şurasına (internet səhifəsi: mediasiya.org/ telefon: +**********86, +**********87, +**********52) müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X1 xidmətinə qarşı üçüncü şəxsin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5918/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5918/2021
08.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver