Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-594/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili X5 iştirakı ilə, İddaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “mənzilə köçürülmə, istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə hüququna edilən müdaxilələrə qadağa qoyulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə, istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə hüququna edilən müdaxilələrə qadağa qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X7 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evə köçürülməsi, həmin evə istifadə hüquqlarının tanınması və cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadəyə edilən müdaxilələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxi olaraq valideynləri ilə yaşadığı ünvana gəlin köçmüçdür. Bütün cehiz əmlakları da həmin ünvanda bir otaqda yerlşədirilmişdir. Cavabdehlər onu ailə üzvü kimi qəbul etmiş və onlarla birgə təsərrüfat aparmaqla 16 il orada yaşamışdır. Birgə nikahdan anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü Bəşirov Hikmət həmin ünvanda yerləşən 38 saylı tam orta məktəbin 9-cu sinifində oxuyu və həmin ünvanda poliklinikada qeydiyyatdadır. Cavabdehlərlə əvvəllər münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Hazırda nə ona, nə də yetkinik yaşına çatmayan oğluna həmin evdə əmlaklarının yerləşdiyi bir otaqdan istifadə etməyə qoymamaqla maneçilik törədirlər, tez-tez evdən qovurlar. Başqa yaşayış yerləri də yoxdur. Valideynlərinin Qaradağ rayonu Səngəçal qəsəbəsində evi olsa da, həm uşaq üçün, həm də onun üçün oradan Bakı şəhərinə dərsə gündəlik gedibgəlmək və işə getmək çox uzaq olduğundan və həmçinin maddi baxımdan çox çətindir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Prosesin gedişatında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, evin hüquqi vəziyyəti ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş cavabdan müəyyən edilir ki, Yasamal rayonu, Z.Kərimov küçəsi, 121 saylı fərdi yaşayış evi xx.xx.2014-ci il tarixdə cavabdehdən Cavabdeh3 adına ilkin olaraq hüquqi qeydiyyatdan keçsə də, xx.xx.2015-ci il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Göstərilənləri nəzərə alaraq X6 cavabdeh qismində cəlb edilməklə, oğlu X7 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evə köçürülməsi, həmin evə iddiaçının istifadə hüquqlarının tanınması və cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadəyə edilən müdaxilələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və həmin nikahdan tərəflərin xx.xx.2005-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 121 saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Ə.N.Abuzərova tərəfindən təsdiqlənmiş 4Ə-32 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə ki, məhkəmə 1986-cı il tarixli Mənzil Məcəlləsinin 53 və 123 maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2004-cü ildə nikaha daxil olmaqla ailə qurmuşlar.Birgə ailə həyatından bir övladları olmuşdur. Tərəflərin nikaha daxil olduğu tarixdən xx.xx.2014-cü il tarixədək mübahisəli fərdi yaşayış evi isə özbaşına tikili olmuşdur. Ailədaxili münaqişələr səbəbindən iddiaçı oğlu ilə evi tərk etmiş, qohumlarının yanında müvəqqəti sığınacaq tapmış, indi isə mübahisəli mənzilə köçmək istəyir. İddiaçı cavabdehlərin yaşadığı evdə qeydiyyatsız yaşayıb cavabdehlərlə birgə təsərrüfat apararaq uzun müddət birlikdə yaşamışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən qovulmuş olduğundan haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçını və onun azyaşlı oğlunu yaşadığı evdən məhrum edə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə mübahisəli evə köçürülməli, həmin evə istifadə hüquqları tanınmalı və cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadəyə edilən müdaxilələrə qadağa qoyulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 121 saylı fərdi yaşayış evinə köçürülsün və həmin evə İddiaçı istifadə hüququ tanınsın. İddiaçı və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 121 saylı fərdi yaşayış evindən istifadəyə maneələrin yaradılması cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-594/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-594/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver