Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-595/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Bağırova Böyükxanım Nurəlı̇ qızının Cavabdeh Əlı̇ f oğluna qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bağırova Böyükxanım Nurəlı̇ qızı Cavabdeh Əlı̇ f oğluna qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi, 4 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi, 4 saylı evi zəbt edib və tələb etməsinə baxmayaraq, evdən çıxmaqdan imtina edir. Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36,0 kv.metr olan 2 otağının sahibidir. Bundan əlavə həmin sahəyə bitişik 18,0 kv.metr sahəsi olan 1 otaq da ona məxsusdur. Bakı şəhəri, Oktyabr rayon XDS İcraiyyə Komitəsinin 08.09.1979-cu il tarixli 56 saylı qərarı ilə o, ailəsi ilə birlikdə (cəmi 8 nəfər) yuxarıda göstərilən ünvanda 2 otaqlı mənzil almaq üçün növbəyə götürülmüşdür. Cavabdeh qeydiyyatda olduğu yerin ünvanı ünvan 1üb. Onun qeydiyyatda olduğu ünvanın Y.Dağlı küçəsi ev 4 ünvanına heç bir aidiyyəti yoxdur. Bütün bunlar ona izah edilsə də, ona məxsus Y.Dağlı küçəsi 4 saylı ünvanda yerləşən evdən çıxmaq istəmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ətəbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(004)-126/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otağından çıxarılması və özünün həmin sahəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evə istifadə hüqunun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə ilə hər iki iddia rədd edilmişdir.Həmin iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı özünün Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququnun olması barədə sübut təqdim etməmişdir. Əksinə, onun 1979-cu ildən sonra 30 ilə yaxın müddətdə mübahisəli evdə yaşamaması məhkəmə tərəfindən, həm İddiaçı, həm şahidlərin, həm də cavabdehin nümayndəsinin izahatlar ilə təsdiq edilmişdir. İddiaçı oradakı 1 otaqlı evi kirayə verdiyini bildirmiş, lakin məhkəmə iş üzrə sübutlarla, kirayəyə verilən evlə mübahisəli ev arasında hər hansı əlaqə müəyyən edə bilməmişdir. Həmçinin İddiaçı iddiasının əsası kimi 1979-cu il qərarına istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, bu qərarla iddiaçının vaxtilə buarada yaşaması qeyd olunmuş, (hansı ki iş materialları ilə bunun əksinə olaraq müəyyən edilir ki 30 ilə yaxındır ki iddiaçı mübahisəli evdən köçüb getmişdir) həmçinin, mənzil növbəsinə alınması qeyd edilmişdir ki, bu da iddiaçının mübahisəli evə hər hansı hüququnun yaranmasını göstərmir. Məhkəmə iş materiallarında olan sübutlara əsasən qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququ müəyyən olunmadığından, onun həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas görülmür. Mənzilə köçürülmə ilə bağlı tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, onun mübahisəli mənzilə mülkiyyət, istifadə hüququ və ya cavabdehlə bərabər hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Məhkəmə X1 qarşılıqlı iddia tələbini nəzərdən keçirərək qeyd edir ki, onun İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evinə istifadə hüqunun itirilmiş hesab olunması barədə qarşılıqlı iddia tələbi də əsassızdır. Belə ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququnun olduğu məhkəmə tərəfindən müəyyən edilmir və belə olan halda qarşılıqlı iddianın da təmin edilməsi üçün əsas görmür. Qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 mart 2021-ci il tarixli Qərarında qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ərarvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlakın ona məxsus olduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı və ya 4A evə dair hər hansı hüququnun olduğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olmaması müəyyən edildiyinə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Bağırova Böyükxanım Nurəlı̇ qızının Cavabdeh Əlı̇ f oğluna qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-595/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-595/2022
24.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver