Məhkəmə qərarları › İş №2(004)-5976/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5976/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5976/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2200 manat məbləğində pul vəsaitinin və 42 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 2014-cü ildən tanıyır. 2021-ci ilin dekabr ayının əvvəlində cavabdeh "Kontakt Home" mağazasının anbarında tanışı olduğunu, orada müxtəlif növdə malları öz müştərilərinə satıb pul qazana biləcəklərini, 2 ədəd kombi üçün 1.800 manat məbləğində pul, qalan 300 ədəd aksesuar üçün 400 manat pul lazım olduğunu bildirmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə tanışından 2.200 manat borc pul alıb, həmin gün Cavabdeh ilə görüşmüş və onun **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı "Toyota" markalı. "RAV-4" modelli avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanında yerləşən "Kontakt Home" mağazasının anbarına gəlmişdir. Cavabdeh 2.200 manat məbləğində pulu həmin yerdə alaraq bildirmişdir ki, tanışına 2 ədəd kombi və 300 ədəd aksesuarları sifariş edib qayıdır. Onu orada gözləmiş, təxminən 10 dəqiqə sonra Oruc geri qayıdaraq sifariş etdiyini, 10 günə malların anbardan çıxacağını bildirmişdir. Həmin gündən bu günə qədər Oruc nə malları çıxarmamış nə də ki, pulunu geri qaytarmamışdır. Ona atdığı sənədləri "Kontakt Home''da yoxlatdıran zaman məlum olmuşdur ki, həmin sənədlər saxtadır, belə bir sifariş verilməmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı Cavabdeh barəsində Binəqədi rayon Polis İdarəsinə şikayət etmiş, cavabdeh izahat verərək 2200 manat puLalmasını və 6 ay ərzində pulu qaytaracağını bildirmişdir. Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda mübahisənin mülki xarakter olması göstərilərək, mülki qaydada məhkəjhəyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməsinə baxmayaraq, hər dəfə vədlər versə də, pulu qaytarmamışdır. Bu səbəbdən, borcun tutulması bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1 və 777-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Binəqədi RPl-nin İstintaq Şöbəsinin müstəntiqi X1 xx.xx.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən, İddiaçı şikayət ərizəsi üzrə aparılmış araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2021-ci ilin noyabr ayında, o, Ülvi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən Qara Qarayev metrostansiyasının yaxınlığında çayxanaların birində söhbət edən zaman Ülvi təklif etmişdir ki, ona pul versin və o daha sonra həmin pulu faizi ilə birgə qaytarsın. O da razılaşmışdır. Söhbət zamanı Ülvi ondan pulu götürüb nə iş görmək istədiyini soruşmuşdur. O da demişdir ki, “Kontakt Home” mağazasının anbarında tanışı var, tanışının tanıdığı yerlərdən ucuz mallar alıb baha qiymətə satacaqdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə o, Ülvi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən Qara Qarayev metrostansiyasının yaxınlığında görüşmüş və anbara getməli olduğunu bildirmişdir. O, maşınsız olduğu üçün Ülvi onu öz avtomobili ilə aparmağı təklif etmişdir. Onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şəssesində yerləşən “Kontakt Home” mağazasının anbarına getmişlər. Ülvi ona maşında 2.200 manat məbləğində pul vermiş və o, həmin pulu götürmüşdür. Daha sonra anbarda olan tanışı ilə görüşmüş və iş barəsində söhbət etmişlər. Bundan sonra o, geri qayıdaraq Ülvinin avtomobilinə əyləşmiş və onlar yenidən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yanına qayıtmışlar. Bir müddət sonra iş alınmamış və o, həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ülvi 2.200 manat məbləğində pulu ona faizə verib, o da 20 gün ərzində 2.750 manat məbləğində pul qaytarmalı olmuşdur. O, Ülviyə borclu olduğu 2.200 manat məbləğində borcunu 6 ay ərzində qaytarmağı söz vermişdir. Aparılmış araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd olunmuş, İddiaçı müraciətində göstərdiyi digər xüsusatlar isə mülki xarakterli olduğundan həmin xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət hüququ izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, araşdırılmış sübutlarla Cavabdeh İddiaçı 2 ədəd kombi üçün 1.800 manat məbləğində pul, qalan 300 ədəd aksesuar üçün 400 manat, cəmi 2200 mnat alması, əvəzində həmin malları almaması və pulu qaytarmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, İddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2200 manat məbləğində pul və 42 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti və 42 (qırx iki) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar