Məhkəmə qərarları › İş №2(004)-5990/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-5990/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5990/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində pulun və 66 (altmış altı) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o uzun müddətdir ki, Yasamal rayonu Qədim Qəbələ restoranının yanında maşın ustası işləyir. Cavabdeh 3 ildir ki, tanıyır. Tərlan dələlərlə onun yanına maşın düzəltmək üçün gətirdiyinə görə sonuncu ilə münasibətləri yaranmışdır. Cavabdeh maşın alqı-satqısı ilə məşğul olduğu üçün 2021-ci ilin dekabr ayının 10-da özünün ***-***-**-** nömrəsindən Whatsapp vasitəsi ilə ona 081-504-93- 39 nömrəsinə mesaj yazaraq Avstriyada 2006-cı il buraxılışlı Mercedes E klass olduğunu, 2100 manat ona ödədiyi təqdirdə maşını şərikli gətirəcəklərini və ona 2100 manat puldan əlavə 1250 manat pul xeyir qalacağını bildirmişdir. Bu hadisədən təxminən 5-6 gün sonra o, 2100 manat pulu işlədiyi yerdə sonuncuya vermişdir. Bu zaman sonuncu maşını iddiaçının adına gətirə biləcəklərini soruşduqda, o Tərlana onun adına maşınlar gəldiyi üçün alınmayacağını lakin dostu X1 adına gətirə biləcəklərini bildirmişdir. Sonra isə Adildən razılıq alaraq Tərlan istədiyi üçün Adilin şəxsiyyət vəsiqəsi ilə xarici pasportunun şəklini Whatsapp vasitəsi ilə Tərlana göndərmişdir. Tərlan 28 dekabr 2022-ci il tarixdə Whatsapp vasitəsi ilə ona yazaraq maşının ölkəyə çatdığını və dostunun maşını 14000 manat qarşılığında sataraq almaq istədiyini bildirmişdir. Əgər razılıq verəcəyi təqdirdə 1250 manat xeyir qalacağını bildirmişdir. O sonuncuya razılıq verdiyini bildirdikdən 1 gün sonra ona artıq maşını satdığını və Avstriyadan eyni model maşının 2008-ci il buraxılışı və qara rənglisini sifariş verəcəyini bildirmişdir. O cavabdehə təzə gətirdiyi maşını görmək istədiyini bildirdikdə, cavabdeh artıq onun satıldığını və baxa bilməyəcəyini bildirmişdir. Həmçinin Tərlan satdığı 2006-cı il buraxılışlı Mercedes E klass markalı maşını Adilin adına gətirdiyi üçün Adilə Yasamal rayonunda Lider TV-nin yanında yerləşən notariata gedərək maşını satdığı adama mülki etibarnamə verməli olduğunu bildirmişdir. Adil Tərlanın dediyi yerə gedərək həmin adama etibarnamə vermişdir. 2022-ci ilin yanvar ayının əvvəlləri Tərlana zəng vuraraq ikinci gəlməli olan maşının sənədlərini iddiaçının adına yazmağını bildirmişdir. Cavabdeh ondan sənədlərini istəyərək maşını artıq aldığını bildirmişdir. Yanvar ayının 29-na kimi Tərlan iddiaçıya maşına aid heç bir sənəd göstərmədiyi üçün artıq onun ümumiyyətlə yalan danışdığını düşünərək ondan maşının sənədlərini istəmişdir. Tərlan onda maşının ödəniş sənədi olduğunu bildirdiyi sənədlərin şəkillərini ona atmışdır. O, həmin şəkillərə baxdıqda maşının 2007-ci il buraxılış olduğunu və həmin sənədin əllə və ayın 29-u yazıldığını gördükdə şübhələnmişdir. Bu barədə Tərlandan soruşmuşdur və cavabdeh qarşılığında maşının ilini səhv bildirdiyini, sənədin isə Gürcüstanda gələndə təzə yazıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə o, Tərlandan yenidən sosial şəbəkə ilə yazaraq maşının harada olduğunu soruşmuş, cavabdeh isə maşının Gürcütanda olduğunu, TİR sürücüsünün qardaşının maşını 6500 avroya almaq istədiyini, əgər o razılıq verəcəyi təqdirdə həmin gün sürücünün 6500 manat ilə meyvəlidəki gömrükdə olacağını bildirmişdir. Cavabdeh, 2022-ci ilin fevral ayının 3-ü səhər tezdən gömrükdə sürücüdən pulu ala biləcəyini bildirmiş, bu səbəbdən də o meyvəlikdə gömrük bazasına getmişdir. Həmin yerdən Tərlana və TİR sürücüsünə zəng etsə də, heç birinə zəng çatmamışdır. Bundan sonra o aldadıldığını bildirmişdir. Bu barədə polis orqanına müraciət etsə də,Yasamal RPİ-nin müstəntiqinin qərarı ilə xx.xx.2022-ci il tarixdə iş mülki iş xarakterli olduğundan cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarla cavabdehin ondan 4600 (dörd min altı yüz) manat pul aldığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izhat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, İddiaçı 7 ildən çoxdur ki, tanıyır, onun dostudur. Tərlanı isə çayxanada söhbət zamanı tanımışdır. Cavabdeh ona, yəni Adilin adına maşın gətirməsini təklif etmişdir. Məftun 2100 manat pulu onu yanında əlbəəl Tərlana vermişdir. İkinci dəfə pul verdikdə isə o görməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-müstəntiqi, polis kapitan X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli votsap yazışmasında qeyd olunur ki, “aramızda haqq hesab yazım sənə? 2100 manat + 1350 manat + 2000 manat + 200 manat + 300 dollar”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, İddiaçı xarici ölkədən avtomobil gətirmək məqsədilə Cavabdeh 4600 manat məbləğində pul vermiş, lakin 4600 manatı qaytarmamışdır. Verilmiş 4600 manat pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh “WhatsApp” (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi) vasitəsilə iddiaçıya göndərdiyi mesajda etiraf edib ki, cavabdeh ona 4600 manat məbləğində pul vermişdir. Məhkəmə votsap yazışmasını və şahid ifadəsini də mötəbər sübut kimi qiymətləndirir. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 4600 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh saxlanılmış, bununla da Cavabdeh əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Odur ki, Cavabdeh 4600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 200-cü maddəsinə görə şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Şərh olunan maddədəki şəxsi yazışmalar və teleqraf məlumatları anlayışı hərfi olaraq deyil, Konstitusiyanın 32-ci maddəsində olduğu kimi, yəni “şəxsi yazışma, telefon danışıqları, poçt teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlar” kimi başa düşülməlidir. İcazə alınmalı şəxs yazan və teleqraf məlumatlarını göndərən şəxs (müəllif) yox, onların ünvanladığı şəxsdir. Şəxsi yazışmaları və teleqraf məlumatları daşıyan sübutlar məhkəməyə verildikdə hakim həmin sübutları şərh olunan maddədə göstərilən şəxslərin razılığı olmadan iş materiallarına əlavə edə və başqa şəxslərin onlarla tanış olmasına imkan yarada bilməz. Məhkəmənin şəxsi yazışma və teleqraf bilgisini açıqlamsı və araşdırmasından ötrü həmin yazışma və teleqrafın ünvanladığı şəxsin yazılı razılığı olmalıdır. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar