Məhkəmə qərarları › İş №2(004)-5995/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5995/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5995/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələni”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 12030 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.12.2018-ci il tarixdə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsində yerləşən 45 kv.m olan bir otaqlı çıxarışı olan yaşayış sahəsini 12000 manata ona satmışdır. 05.12.2018-ci il tarixində Cavabdeh yazdığı iltizamda göstərilir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsində yerləşən 45 kv.m olan bir otaqlı çıxarışı olan yaşayış sahəsini İddiaçı 12000 manata satmışdır. Şahidlərin iştirakı ilə 10000 manatı almış, qalan 2000 manatı da 2019cu ilin yanvar ayından başlayaraq ayda 200 manatdan olmaqla Cavabdeh ödəniləcəkdir. 2019-cu il ərzində ayda 200 manat olmaqla, həmin 2000 manatı ödədiyinə baxmayaraq hələ bu günə kimi Cavabdeh satdığı yaşayış sahəsinin reyestrdən çıxarışını verməmiş və ona məlum olmuşdur ki, Cavabdeh həmin yaşayış sahəsini yenidən satışa çıxarımışdır. Belə olan halda Cavabdeh həmin yaşayış sahəsi üçün ödənilmiş 12000 manatı tələb etsə də, o pulu qaytarmağdan müxtəlif bəhanələr gətirməklə imtina etmişdir. Bundan sonra onun barəsində cinayət işinin açılması və məsuliyyətə cəlb edilməsi üçün Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin 01.07.2021-ci il tarixli qərarında göstərilir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialın məzmununda cinayət hadisəsi aşkar olunmadığınan material üzrə cinayət işinin başlanması rədd edilsin, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cavabdeh tərəfindən pulunun geri qaytarılmaması onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş 23.09.2021-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı məhkəmədə ona qarşı qaldırılmış iddia tələbini tam həcmdə qəbul edir və 12000 manat pulu qaytaracağını vəd edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 1200 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar