Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6/2023 12.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı kredit müqaviləsi üzrə cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada 1.562.398,49 ABŞ dolları əsas borc, 202.093,47 ABŞ dolları faiz borcu, 16.780,68 ABŞ dolları cərimə olmaqla, cəmi 1.781.272,64 ABŞ dolları məbləğində borcun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 235.000 manat məbləğində müəyyən edilməklə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 207.000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzilə ilkin satış qiyməti 277.500 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27,6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə, ilkin satış qiyməti 404.000 manat məbləğində müəyyən edilməklə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinə yönəldilərək həmin əmlakların açıq hərracdan satılması, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh6 qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxsin məcburi qaydada çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini və qeyri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış və qeyriyaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin ləğv edilməsinə, həmin kredit müqaviləsi üzrə cavabdehlər "xxxx" MMCdən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 1.562.398,49 (bir milyon beş yüz altmış iki min üç yüz doxsan səkkiz ABŞ dolları, 49 sent) ABŞ dolları məbləğində əsas borc, 1.494.327,22 (bir milyon dörd yüz doxsan dörd min üç yüz iyirmi yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları məbləğində faiz borcu, 16.780,68 (on altı min yeddi yüz səksən ABŞ dolları, 68 sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 3.073.506,39 (üç milyon yetmiş üç min beş yüz altı ABŞ dolları, 39 sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 150 (yüz əlli) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun tutulmasına, cavabdeh "xxxx" MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsinə və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına, cavabdeh "xxxx" MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzil; Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilməsinə, qeyri-yaşayış sahəsinin və mənzilin açıq hərracdan satılmasına, cavabdeh "xxxx" MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinə yönəldilməsinə və bağ evinin açıq hərracdan satılmasına, qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh6 qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxsin məcburi qaydada çıxarılmasına və qeyri-yaşayış sahəsinin boşaldılmasına; Bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına; ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini və qeyri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış və qeyri-yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3. Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh5 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «zəmanət məktubunun, zaminlik müqaviləsinin və təsisçilərin ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 7152/2018 xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair” mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(006)-4592/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli protokolu, QSC "xxxx" KB-na ünvanlanmış xx.xx.2016-cı il tarixli bəyanat və zəmanət məktubu və QSC "xxxx" KB ilə iddiaçı Cavabdeh5 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5160/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(006)- 4592/2019 saylı qətnaməsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Bir daha qeyd edir ki, 05 iyun 2018-ci il tarixdə kuryer vasitəsilə iddiaçıya Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi üzrə səlahiyyətli şəxsi Səməd Novruzov tərəfindən imzalanmış “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş daxil olmuşdur. Bildirişdə qeyd olunmuşdur ki, ləğvetmə prosesində olan QSC "xxxx" KB ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə 1xx/xx/3502/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən "xxxx" MMC-yə illik 15 faiz ödənilməsi şərtilə 36 ay müddətinə ******* ABŞ dolları məbləğində və 16 mart 2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən əlavə daha 63.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə müxtəlif şəxslərlə ipoteka müqavilələri bağlanılmaqla yanaşı, guya Cavabdeh3 və iddiaçı ilə bank arasında 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsi və həmin zaminlik müqaviləsinə 16 mart 2016-cı il tarixli 01 saylı əlavə saziş bağlanmışdır. Sonra digər şəxslərlə yanaşı iddiaçıya da sözügedən müqavilələrlə bağlı yaranmış 1.781.272,64 ABŞ dolları məbləğində borcun Banka qaytarılmasının təmin edilməsi təklif olunmuşdur. Sonradan mənə məlum olmuşdur ki, zaminlik müqaviləsində və xx.xx.2016-cı il tarixli zaminlik məktubunda mənim adımdan kimsə imza etmiş, zaminlik məktubundakı “Cavabdeh5” və “yuxarıda yazılanların mahiyyətini başa düşürəm və nəticəsini qəbul edirəm, öz imzamla təsdiq edirəm” məzmunlu mətnlər də başqa şəxs tərəfindən icra edilmişdir. İddiaçı Cavabdeh5 "xxxx" MMC-nin vətəndaş Cavabdeh3 ilə birgə təsisçisidir. Lakin qeyd edilən kredit və zaminlik müqavilələri iddiaçının məlumatı olmadan bağlanmışdır. İddiaçıya verilən sənədlərdən biri də "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2016-cı il tarixli, 10/12 saylı protokoludur. Həmin protokolda da iddiaçının adından kimsə başqa şəxs imza etmişdir. Yuxarıda göstərildiyi kimi həmin hallar qeyd olunan məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 dekabr 2014-cü il tarixdə "xxxx" MMC Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına (bundan sonra Bank) ərizə ilə müraciət edərək, ona 1912.300 (bir milyon doqquz yüz on iki min üç yüz) ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə "xxxx" MMC arasında 25 dekabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/3502/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən ‘Doğru Həllər” MMC-yə illik 15 (on beş) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 1.912.300 (bir milyon doqquz yüz on iki min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa 16 mart 2016-cı il tarixində 1xx/xx/3502/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən 63000 (altmış üç min) ABŞ dolları məbləğində əlavə kredit venlmiş və kredit müqaviləsinin müddəti 25 dekabr 2022-ci il müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə “Doğru Həllər" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh6 (bundan sonra mətndə - Cavabdeh6) tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini (inter servis mərkəzi) 27 dekabr 2014-cü il tarixli 1xx/xx/3031/13.4- 1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsi və 16 mart 2016-cı il tarixli 01 saylı əlavə saziş əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0839034, 24 № reyestr kitabında. 2332 № vərəqdə, qeydiyyat nömrəsi **********, 29 mart 2016-cı il). Bundan başqa, kredit müqaviləsi üzrə ‘Doğru Həllər” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh7 (bundan sonra mətndə - Ə N Kərimov) tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzili (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0839037, 681 № reyestr kitabında, 64225 № vərəqdə, qeydiyyat nömrəsi **********, 29 mart 2016-cı il); Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0839033. 18 № reyestr kitabında. 1812 № vərəqdə, qeydiyyat nömrəsi **********. 29 mart 2016-cı il); Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzili (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0839030, 432 № reyestr kitabında. 40117 № vərəqdə, qeydiyyat nömrəsi **********. 29 mart 2016-cı il) 07 yanvar 2015-ci il tarixli 1xx/xx/3031/13- 1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsi və 16 mart 2016-cı il tarixli 01 saylı əlavə saziş əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 (bundan sonra mətndə - Cavabdeh4) tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evini 06 yanvar 2015-ci il tarixli 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsi və 18 mart 2016-cı il tarixli 01 saylı əlavə saziş əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; senya RX № 0832607, 2 № reyestr kitabında 121 № vərəqdə, qeydiyyat nömrəsi **********, 28 mart 2016-cı il). Kredit müqaviləsi üzrə cavabdeh “Doğru Həllər" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) 25 dekabr 2014-cü il tarixli 1xx/xx/3502/14.2 saylı zaminlik müqaviləsi və 16 mart 2016-cı il tarixli 01 saylı əlavə saziş əsasında ‘Doğru Həllər" MMCnin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 (bundan sonra mətndə Cavabdeh3) və Cavabdeh5 (bundan sonra mətndə F Ş.Ələkbərov) 25 dekabr 2014-cü il tarixli 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsi və 16 mart 2016-cı il tarixli 01 saylı əlavə saziş əsasında “Doğru Həllər" MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-nin öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1 562 398.49 (bir milyon beş yüz altmış iki min üç yüz doxsan səkkiz. 49 sent) ABŞ dolları məbləğində əsas borc, 202.093,47 (iki yüz iki min doxsan səkkiz. 47 sent) ABŞ dolları məbləğində faiz borcu, 16.780,68 (on altı min yeddi yüz səksən, 68 sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 1.781.272,64 (bir milyon yeddi yüz seksən bir min iki yüz yetmiş iki, 64 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. 25 dekabr 2014-cü il tarixli 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. 27 dekabr 2014-cü il tarixli 1xx/xx/3031/13-4-1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka. preOmetirtio dəyəri 235.000 (iki yüz otuz beş min) manat məbləğində müəyyən edilmişdir. 07 yanvar 2015-ci il tarixli 1xx/xx/3031/13-xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 207.000 (iki yüz yeddi min) manat və 277.500 (iki yüz yetmiş yeddi min beş yüz) manat məbləğində müəyyən edilmişdir. 06 yanvar 2015-ci il tarixli 1xx/xx/3031/131xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 404.000 (dörd yüz dörd min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, Kreditor QSC "xxxx" KB borcalan "xxxx" MMC-yə illik 15% olmaqla 36 ay müddətinə 1912300.00 ABŞ Dolları məbləğində kredit vermişdir. QSC "xxxx" KB ilə zaminlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında 25 dekabr 2014-cü il tarixli 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsindən görünür ki, borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. İpoteka saxlayan QSC "xxxx" KB ilə ipoteka qoyan X3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış 27 dekabr 2014-cü il tarixli, 06 yanvar 2015-ci il tarixli və 07 yanvar 2015-ci il tarixli ipoteka müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanlara məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzil, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə çıxarış verilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün ümumilikdə 150 manat dövlət rüsumu ödənilmişdir. QSC "xxxx" KB-nin maliyyə arayışından göründüyü kimi, "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı kredit müqaviləsi üzrə əsas borc 1.562.398,49 (bir milyon beş yüz altmış iki min üç yüz doxsan səkkiz ABŞ dolları, 49 sent) ABŞ dolları məbləğində əsas borc, 1.494.327,22 (bir milyon dörd yüz doxsan dörd min üç yüz iyirmi yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları məbləğində faiz borcu, 16.780,68 (on altı min yeddi yüz səksən ABŞ dolları, 68 sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 3.073.506,39 (üç milyon yetmiş üç min beş yüz altı ABŞ dolları, 39 sent) ABŞ dolları təşkil edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(004)-6/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzilin ilkin satış (likvid) qiyməti 150000 manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evin ilkin satış (likvid) qiyməti 550000 manat, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 130000 manat, Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 370000 manat, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilin ilkin satış (likvid) qiyməti 250000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzilin ilkin satış (likvid) qiyməti 150000 manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evin ilkin satış (likvid) qiyməti 550000 manat, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 130000 manat, Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 370000 manat, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilin ilkin satış (likvid) qiyməti 250000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Eyni zamanda, məhkəmə iddia tələbinin əmlakdan cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan QSC "xxxx" KB-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 1.562.398,49 (bir milyon beş yüz altmış iki min üç yüz doxsan səkkiz ABŞ dolları, 49 sent) ABŞ dolları məbləğində əsas borc, 1.494.327,22 (bir milyon dörd yüz doxsan dörd min üç yüz iyirmi yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları məbləğində faiz borcu, 16.780,68 (on altı min yeddi yüz səksən ABŞ dolları, 68 sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 3.073.506,39 (üç milyon yetmiş üç min beş yüz altı ABŞ dolları, 39 sent) ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla tutulsun), 30 (otuz) manat məhkəmə üçün və 150 (yüz əlli) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. Cavabdeh "xxxx" MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzilə yönəldilərək ilkin satış (likvid) qiyməti 150000 manat müəyyən edilməklə, Cavabdeh4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinə yönəldilərək ilkin satış (likvid) qiyməti 550000 manat müəyyən edilməklə, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək ilkin satış (likvid) qiyməti 130000 manat müəyyən edilməklə, Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək ilkin satış (likvid) qiyməti 370000 manat müəyyən edilməklə, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilərək ilkin satış (likvid) qiyməti 250000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 tutulsun. Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən 44/46 nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 44 nömrəli mənzil, Cavabdeh4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evi, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi, Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə tutma yönəldildikdə və əmlaklar satıldıqda ən geci 1 (bir) ay ərzində boşaldılsınlar. Əmlakın satışından artıq qalan vəsait əmlak mülkiyyətçilərinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ümilikdə ekspertiza xərcini təşkil edən 1000 (bir min) manat məbləğində pul cavabdehlərdən tutularaq, Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi xidmətinin Kod 20093, VÖEN **********, müxbir hesab AZ37NABZ******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver