Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-600/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 12.544 ABŞ dolları, faiz borcu üzrə 4.806,75 ABŞ dolları olmaqla, cəmi 17.350,75 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, cavabdehin mülkiyyətində olan **- HZ-*** dövlət qeydiyyat nişanlı, “GEELY EMQRAND" minik markalı (buraxılış ili 2012, Ban – L6T7642Z7CN024496, rəngi – qara) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda cavabdehdən tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ “xxxx" QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Agentliklə xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsinin 2.1.4-cü bəndindən görünür ki, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyətlər verilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə, problemli aktivfədə bağlı müqavilədə qeyd olunan xidmətlərin icrası məqsədilə “xxxx” QSC tərəfindən Agentliyin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Eləcə də müqavilənin ümumi məzmunundan açıq-aşkar aydın olur ki, Agentlik yalnız nümayəndəlik funksiyalarını yerinə yetirmək səlahiyyətində olmuşdur. Nümayəndəlik institutunda baş vermiş dəyişikliklərə gorə hüquqi şəxs yalnız qanunlarlar digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edə bilərlər. (MPM-in 69.2-cı m.) Eləcə də nəzərə almaq lazımdır ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (MPM-in 73.1 -cı m.). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (MPM-in 73.4-cü m.). Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun hüquqi akt və ya fəsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Ona görə də o, tərəflər arasında “Xidmət müqaviləsi” bağlanmasına baxmayaraq, qanunca nümayəndəlik institutuna edilmiş dəyişikliklərdən sonra ‘xxxx’ QSC-nın məhkəmədə nümayəndəsi ola bilməz. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda. yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfncə" imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan Agentliyin icraçı direktoru tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-600/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-600/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver