Məhkəmə qərarları › İş №2(004)-6008/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6008/2022

14.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6008/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru X4 07 aprel 2022-ci il tarixli 1891X nömrəli əmrini ləğv edib Cavabdeh MMC-yə sağlamlıq vəziyyətinə görə daha yüngül vəzifəyə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 19 iyun 2017-ci il tarixdən Cavabdeh MMC-də çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 15 fevral 2021-ci il tarixdə X2 L4-L5 fəqərələrin dekompressiv laminoektomiyası iki tərəfli diskektomiya əməliyyatı icra olunub. Çanaq orqanlarının funksiya pozğunluğu olmuşdur. Əməliyyatdan sonra uzun müddət yataq xəstəsi olmuşdur. Hal-hazırda katetr istifadəçisidir. İşdən üzrlü səbəbdən uzaq qalmışdır. Sağlamlıq vəziyyətinə görə 22 iyun 2022-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o ağır əməliyyat olunduqdan sonra sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq işə çıxa bilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2017-ci ildə Cavabdeh MMC tərəfindən zəng vasitəsilə işə çağırılmışdır. O, avtomobil təmiri üzrə çilingərdir, bacarıqlı ustadır. Onu çağırıb onlarla birlikdə işləməyini təklif etmişlər, o da razılaşmışdır. Onu avtonəqliyyat sahəsinə yox, qırıcı sahəsinə çilingər kimi işə götürmüşlər. Qırıcı sahə iri həcmli daşların böyük texnikalar vasitəsilə dağıdılmasıdır. O çox çətin şəraitdə işləmişdir. Hər ay o ayın ən yaxşı işçisi elan edilmişdir. Bir dəfə yıxılmış və bunu müdiriyyətə çatdırmışdır. Müdiriyyət isə ona ciddi heç nə olmayacağını bildirmişdir. Onu heç bir yerə aparmamış, yüngül işlə təmin olunacağı deyilmiş, lakin təmin etməmişlər. O da ərizə yazaraq qeyd etmişdir ki, Orucov Oqtay direktor qaydalarına riayət edə bilmir. Ona görə də xahiş edir ki, onu işdən azad etsinlər. Müdiriyyət onun ərizəsini qəbul etməmiş və işə qayıtmağını xahiş etmişlər. O, işinə qayıtmışdır. Onu avtonəqliyyat sahəsinə işə götürmüşlər, çilingər vəzifəsində çalışmışdır. Ağır yükləri də onlara daşıtdırmışlar, yollara duz tökmək lazım gələndə onları göndərmişlər. O, dəfələrlə qaraj rəisi Məmmədov Fuada müraciət edərək onun belində problemi olduğunu və işləyə bilmədiyini bildirmişdir. Lakin dediklərinə heç bir məhəl qoyulmamışdır. Gecə növbəsində olarkən saat 11-də mexaniklərinə artıq dözə bilmədiyini, ayağının birinin artıq işləmədiyini, onu həkimə aparmalarını söyləmişdir. Tibb məntəqəsində ona bu vəziyyətdə işləyə bilməyəcəyini söyləmişlər. Daha sonra o əməliyyat olunmuş və ona 6 ay bülleten ödəmişlər. Sonra Aliyə xanıma müraciət etmişdir ki, onun imkanı yoxdur, fizioterapiya ilə bağlı ona köməklik göstərilsin. O da bildirdi ki, 1800 manat pul verəcəklər, lakin pulu aybaay ödəyəcəklər. Birinci ay qəbzi göndərəndən sonra zəng edərək ona pul ödəyə bilməyəcəklərini bildirmişlər. Hal-hazırda onu nə işə qəbul etmirlər, nə də pensiyaya çıxartmırlar. Onun ailəsi var. Portalda ona 6 ay staj göstərilir. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirmişlər ki, stajı çatmır. O, Əmək Müfəttişliyinə də şikayət etməmişdir. Onu qanunsuz olaraq işdən çıxarıblar. İşdən çıxarılmağının əsası kimi üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməməyi qeyd olunub. Lakin necə ola bilər ki, ona 6 ay bülleten ödənilib. Ona yüngül işin verilməsinə də razıdır. Əlillik dərəcəsini 2022-ci ilin mart ayında almışdır. Ona əlillik vəsiqəsi verilməyib. Sosial pensiya alır. O şirkətin kadrlar şöbəsinin işçisi Ramil müəllimə müraciət edərək onun işə götürülməsini bildirsə də, ona sağlamlıq kağızı alması bildirilmişdir. Onu cavabdeh şirkət özü işə buraxmamışdır. 2021-ci ilin fevral ayından 2021-ci ilin avqust ayına kimi bülletendə olmuşdur. Sentyabrın 1-dən işə çıxmağı üçün kardlar şöbəsi ondan sağlamlıq kağızı istəmiş, əks halda işə buraxılmayacağını bildirmişlər. Ona da heç kim sağlamlıq kağızı verməmişdir. Sentyabr və daha sonrakı aylarda o maaş almamışdır. Sentyabr ayından aprel ayına kimi işə çıxmamışdır. Onda işə buraxılmamağı ilə bağlı videolar var. Ona işdən çıxmağı ilə bağlı ərizə yazmağı bildirilməyib. Cavabdeh şirkəti “Azər Gold” şirkətinin nəzdində fəaliyyət göstərir. “Azər Gold” şirkətindən onların kəndlərinə nümayəndələr gəlmişdi. O, onlara bildirmişdir ki, onu nə işə buraxırlar, nə də əmək pensiyasına çıxmağını təmin edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, qarşı tərəflə əmək müqaviləsinə 7 aprel 2022-ci il tarixində Cavabdeh şirkəti tərəfindən xitam verilmişdir. Qarşı tərəfin də qeyd etdiyi kimi 2021-ci ilin fevral ayından səhhətində olan problemlərlə əlaqədar işə çıxmamışdır. Bununla bağlı müvafiq bülletenləri məhkəməyə təqdim etmişlər. Fevral ayından avqust ayının 19-nun ortasına kimi qarşı tərəfin səhhəti ilə bağlı olan problemləri bülletenlərlə rəsmiləşdirilmişdir. Həm cavabdeh şirkət tərəfindən, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən iddiaçıya müvafiq ödənişlər edilmişdir. Həmin tarixdən sonra artıq iddiaçı avqust ayında işə çıxmağı planlaşdırırdı və sentyabrın 1-dən yenə də o, işə çıxmamışdır. Cavabdeh tərəfindən iddiaçıya dəfələrlə müraciət olunmasına baxmayaraq, müraciətlər cavabsız qalmışdır. Oktyabr ayında 2 dəfə xəbərdarlıq məktubu göndərilib və işə gəlməməyinin səbəblərini bildirməsi tələb olunub. Lakin heç bir səbəb göstərilməyib. Əmək müqaviləsinə də 7 aprel tarixində xitam verilib. İddiaçı tərəfindən təqdim olunmuş bir məktubda qeyd olunur ki, ona əlillik təyin olunub. Onlar sorğu ilə Səhiyyə Nazirliyinə müraciət etmişlər. 30 dekabr 2021-ci il tarixində Səhiyyə Nazirliyindən verilən cavaba əsasən müəyyən olunur ki, iddiaçının əlillik ilə bağlı heç bir qeydiyyatı təyin olunmayıb. Uzun müddət üzrsüz səbəbdən iş buraxmağa görə Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilib. İşçilərin əmək haqqları, son haqq-hesabları cavabdeh şirkət tərəfindən hər zaman vaxtı-vaxtında ödənilir. Hətta iddiaçının ona maddi yardımın göstərilməsi ilə bağlı müraciəti olmuşdur və ona maddi yardım göstərilmişdir. Onların göndərdikləri sorğu 2021-ci ilin dekabr ayında olmuş və iddiaçı o zaman iddia etmişdir ki, iyun ayının 21-də onda əlillik dərəcəsi olmuşdur. 16 oktyabr 2021-ci ilə kimi onların müraciətləri olub, lakin o işə çıxmayıb. Əmrin niyə aprel ayında verilməsi ilə bağlı məlumatı yoxdur. Şirkət öz daxilində araşdırmalar edir və öz işçiləri ilə də səbəblər barədə maraqlanırdılar. Bir neçə dəfə məktublar göndərilmiş, lakin cavabsız qalmışdır. Buna görə də artıq cavabeh şirkət prosesi dayandırmışdır. İddiaçının sağlamlıq kağızı gətirə bilməməsi üçün işə buraxılmaması faktı ilə bağlı onda heç bir məlumat yoxdur. Onlar oktyabr ayına kimi xəbərdarlıqlar göndərmiş, daha sonra isə aktlaşdırmışlar. Aktlar çoxdur, çünki hər gün ayrıca aktlaşdırılıb. Onda olan məlumata görə aktlaşdırma noyabr ayından aparılıb. Sentyabr, oktyabr aylarında iddiaçıya işə gəlməmə səbəbini bildirməsi ilə bağlı məktublar göndərilib. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan “işçinin ürsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı” xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tərtib olunmuş Aktlardan görünür ki, Cavabdeh MMC-də avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışan İddiaçı işəgötürənə heç bir üzrlü səbəb göstərmədən yuxarıda qeyd edilən tarixlərdə tam iş günü ərzində işə gəlməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 07 aprel 2022-ci il tarixli, 189/X nömrəli əmrinə əsasən Cavabdeh MMC-də avtomobillərin təmiri üzrə çilingər vəzifəsini icra edən İddiaçı Əmək Məcəlləsinin 72 (a) maddəsində nəzərdə tutulduğu kimi üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 07 aprel 2022-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il, tarixli məktubda qeyd edilmişdir ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş növbəsi işə gəlməmişdir. Bu dövr ərzində dəfələrlə onunla əlaqə saxlanılıb, lakin işə gəlməməyinə əsaslı səbəb sayılan bir dəlil təqdim olunmayıb. İşdən kənar qalma faktı ilə əlaqədar olaraq iş yerində olmaması səbəbləri barədə yazılı izahatın bir iş günü ərzində təqdim etməyi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamədən görünür ki, xx.xx.2021-ci il tarixli məktubu İddiaçı imza etməklə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş növbəsi işə gəlməmişdir. Bu dövr ərzində dəfələrlə onunla əlaqə saxlanılıb, lakin işə gəlməməyinə əsaslı səbəb sayılan bir dəlil təqdim olunmayıb. İşdən kənar qalma faktı ilə əlaqədar olaraq iş yerində olmaması səbəbləri barədə yazılı izahatın bir iş günü ərzində təqdim etməyi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamədən görünür ki, xx.xx.2021-ci il tarixli məktubu İddiaçı imza etməklə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş növbəsi işə gəlməmişdir. Bu dövr ərzində dəfələrlə onunla əlaqə saxlanılıb, lakin işə gəlməməyinə əsaslı səbəb sayılan bir dəlil təqdim olunmayıb. İşdən kənar qalma faktı ilə əlaqədar olaraq iş yerində olmaması səbəbləri barədə yazılı izahatın bir iş günü ərzində təqdim etməyi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamədən görünür ki, xx.xx.2021-ci il tarixli məktubu İddiaçı imza etməklə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun maddi yardımla bağlı məktubuna cavab olaraq bildirilir ki, Cavabdeh MMC onun müalicəsi üçün lazım olan dərman vəsaitini qarşılamağa çalışacaqdır. Buna görə sağlamlığının bərpa olunması üçün ona həkim tərəfindən yazılmış lazım olan dərman vəsaitlərinin resepti və həkimin rəyi barədə məlumatları onlara göndərməsi xahiş olunur. İş materiallarında olan 851609, 997392, 966929, 067656, 997438, 997511, 997552 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı L4-L5 fəqərələrarası disk yırtığı diaqnozu səbəbindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad olunmuşdur. İş materiallarında olan Əmək haqqı barəsində məlumat çıxarışından görünür ki, Cavabdeh MMC-də avtomobillərin təmiri üzrə çilingər vəzifəsini icra edən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə işləməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixədək İddiaçı barədə məlumat əlilliyin təyini məqsədilə mövcud elektron “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Əlillik” altsisteminə göndəriş daxil olmamışdır. İş materiallarında olan “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası”nın Cavabdeh MMCyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2akini İddiaçı sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqi verilmişdir. Bundan sonra İddiaçı əmək qabiliyyəti olmamasına dair xəstəlik vərəqi verilməmişdir. İş materiallarında olan “Bakı şəhəri Narkoloji Mərkəzi”nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı BŞNM-da qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt şəhər Narkoloji Dispanseri”nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adlı şəxs müayinə və müalicə üçün dispanserə müraciət etməyib və əmək qabiliyyətinin olmaması vərəqəsi verilməyib. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası”nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı arxiv məlumatına görə yuxarıda adı çəkilən xəstəxanada müalicə olunmayıb. İş materiallarında olan “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına hər hansı müraciəti qeydə alınmamış və onun adına heç bir əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamışdır. İş materiallarında olan “Milli Onkologiya Mərkəzi”nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Milli Onkologiya Mərkəzində qeydiyyatda yoxdur. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi”nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməyib və dispanser müşahidəsi aparılmayıb. İş materiallarında olan “2 nömrəli X3”nın Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri 2 nömrəli X1 2021-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamışdır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli müayinənin nəticəsinə müvafiq olaraq İddiaçı bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələin fəqərəarası diskinin radiokulopatiya ilə zədələnmələri, L4-L5 fəqərələrarası diskin mərkəzi yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət, sidik kisəsinin digər sinir-əzələ disfunksiyaları, çanaq orqanlarının funksiyasının pozulması diaqnozu qoyulmuşdur. 3-cü dərəcə əlildir. Yüngül işlərdə işləyə bilər. İş materiallarında olan Müraciət vərəqəsindən görünür ki, İddiaçı 3-cü dərəcəli əlilliyin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasından görünür ki, İddiaçı 209/K nömrəli, xx.xx.2017-ci il tarixli əmrlə Cavabdeh MMC şirkətində çilingir vəzifəsinə işə qəbul edilmiş, 422/K nömrəli, xx.xx.2018-ci il tarixli əmrlə tutduğu vəzifədən avtomobillərin təmiri üzrə çilingir vəzifəsinə keçirilmiş, 189/X nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə onun əmək müqqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Həmin Məcəllənin 74-cü maddəsinin «c» bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı 209/K nömrəli, xx.xx.2017-ci il tarixli əmrlə Cavabdeh MMC şirkətində çilingir vəzifəsinə işə qəbul edilmiş, 422/K nömrəli, xx.xx.2018-ci il tarixli əmrlə tutduğu vəzifədən avtomobillərin təmiri üzrə çilingir vəzifəsinə keçirilmiş, 189/X nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə onun onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru X4 07 aprel 2022-ci il tarixli 1891X nömrəli əmrini ləğv edib Cavabdeh MMC-yə sağlamlıq vəziyyətinə görə daha yüngül vəzifəyə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, “işçinin ürsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı” xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tərtib olunmuş Aktlardan görünür ki, Cavabdeh MMC-də avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışan İddiaçı işəgötürənə heç bir üzrlü səbəb göstərmədən yuxarıda qeyd edilən tarixlərdə tam iş günü ərzində işə gəlməmişdir. Daha sonra işəgötürən tərəfindən işçi İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə məktublar ünvanlanaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla qeyd edilən tarixlərdə işdən kənar qalma faktı ilə əlaqədar olaraq iş yerində olmamasının səbəbləri barədə yazılı izahatın bir iş günü ərzində təqdim edilməsi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamələrdən görünür ki, işəgötürən tərəfindən işçi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktubları İddiaçı imza etməklə qəbul etmiş, buna baxmayaraq, işəgötürənə hər hansı bir məlumat xarakterli məktub ünvanlamamış, habelə İddiaçı işəgötürənə işə gəlməməsinin səbəblərini bildirməmişdir. Bundan əlavə, iş materiallarında olan 851609, 997392, 966929, 067656, 997438, 997511, 997552 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı L4-L5 fəqərələrarası disk yırtığı diaqnozu səbəbindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad olunmuşdur. İş materiallarında olan “işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı” aktlara nəzər yetirsək görərik ki, bu aktlar işçinin əmək qabiliyyətinin olmaması vərəqələrində nəzərdə tutulmuş tarixlərlə üst üstə düşmür. Belə ki, işçi heç bir səbəb irəli sürmədən 6 ay müddətində bütün iş boyu işə gəlməmişdir. Habelə Cavabdeh MMC tərəfindən müxtəlif Səhiyyə qurumlarına aktlarda nəzərdə tutulmuş tarixlərdə İddiaçı əmək qabiliyyətinin olmamasına dair hər hansı bir xəstəlik vərəqinin verilib-verilməməsi ilə bağlı çoxsaylı sorğular ünvanlanmış, “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası”, “Bakı şəhəri Narkoloji Mərkəzi”, “Sumqayıt şəhər Narkoloji Dispanseri”, “Respublika Psixiatriya Xəstəxanası”, “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”, “Milli Onkologiya Mərkəzi”, “Psixi Sağlamlıq Mərkəzi”, “2 nömrəli X3” tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktublarla qeyd edilmişdir ki, sözügedən tarixlərdə İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamışdır. Odur ki, işin hallarından görünür ki, işçi İddiaçı 6 aya yaxın bir müddət ərzində işəgötürənə hər hansı bir məlumat vermədən bütün iş günü ərzində işə gəlməmiş, işəgötürəni məlumatlandırmamış, işəgötürənin xəbərdarlıq məktublarına cavab verməmişdir, bununla da özünün əmək münasibətlərindən irəli gələn əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Bu baxımdan Cavabdeh MMC İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) xitam verərəkən hər hansısa qanunsuzluğa yol verməmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar