Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-603/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı "doğumun qeyd edilməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1960-cı il tarixdə X1 və anası X4 olmaqla Ermənistan Respublikası, Krasnoselsk rayonu, Ardanış kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, o, xx xxxxxxx 1960cı ildə Ermənistan Respublikası Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Atasının adı X5, anasının adı X2r. 1988-ci ilin noyabr ayında məlum hadisələrlə əlaqədar doğma yurd-yuvalarından didərgin düşüb Bakı şəhərində məskunlaşmış və halhazırda Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti məhəllə 577 ev 91 mənzil 43-də rəsmi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ona Ermənistan SSR Krasnoselsk rayonu Ardanış kənd X6 tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, lakin həmin şəhadətnaməni Ardanış kəndini məcburi tərk edərkən götürə bilməmişdir. Keçmiş SSRİ pasportu əsasında ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Eyni zamanda doğum akt qeydinin bərpa olunması üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin həmin şöbədə əvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün imtina olunaraq məhkəməyə müraciət etməsi məsləhət olunmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli, 05.05.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur və hazırda Bakı şəhəri, H.Cavid prospekti, 577ci məhəllə, ev 91, 43 saylı mənzildə yaşayır. İş materiallarında olan Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 13.09.2002-ci il tarixli, AB № 021453 saylı qaçqın vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Ərizəçi 1960-cı ildə Ermənistan SSR, Krasnoselsk rayonunda anadan olmuşdur və hazırda Yasamal rayonu ərazisində məskunlaşdmışdır. İş materiallarında olan Ermənistan SSR, Krasnoselsk rayon hərbi komissarlığı tərəfindən verilmiş NZ № ******* saylı, 14.05.1979-cu il tarixli hərbi biletin surətinə əsasən Ərizəçi 1960-cı ildə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur, milliyəti azərbaycanlıdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsinin 15.08.2019-cu il tarixli, 05/Q-1108/15 nömrəli məktubuna əsasən Ərizəçi ərizəsinə baxılmış və doğum haqqında akt qeydinin həmin şöbədə əvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün üçün xahişinin təmin edilməsinin mümkün olmadığı bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Krasnoselsk rayonu, Ardanış kənd VVADQ şöbəsi tərəfindən verilmiş ZJ № 916744 nömrəli, 04.04.1957-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 xx.xx.1960-cı il tarixdə Krasnoselsk rayon, Ardanış kəndində anadan olmuşdur. X1 milliyyəti azərbaycanlı, anası X8, milliyəti azərbaycanlıdır. Bu barədə 20.02.1957-ci il tarixdə 19 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Ermənistan SSR Krasnoselsk rayon VVAQ şöbəsi tərəfindən verilmiş ZJ № 259366 saylı, 04.04.1957-ci il təvəllüdlü nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X5 ilə X4 04.04.1957-ci il tarixə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Kazımov, arvada Kazımova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçinin böyük qardaşıdır. Onların ata və anası eynidir, doğma qardaşdırlar. Ərizəçinin təqdim etdiyi bütün sənədlər doğrudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olmuşdur. X1 milliyyəti azərbaycanlı, anası X9, milliyəti azərbaycanlıdır. Ərizəçi doğum haqqında akt qeydinin həmin şöbədə əvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə müracət etmək məsaləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1960-cı il, doğulduğu yer Ermənistan Respublikasının Krasnoselsk rayonu, Ardanış kəndi, ata qrafasında – X5 (milliyyəti azərbaycanlı), ana qrafasında – X9 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə müraaciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunun, Ardanış kəndində anadan olmuş Ərizəçi oğlunun doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi oğlunun doğum tarixi xx.xx.1960-cı il, doğulduğu yer Ermənistan Respublikasının Krasnoselsk rayonunun, Ardanış kəndi, ata qrafasında – X5 (milliyyəti azərbaycanlı), ana qrafasında – X9 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-603/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-603/2022
17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver