Məhkəmə qərarları › İş №2(004)-606/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-606/2023

26.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-606/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh xx.xx.2019-cu il tarixli K-150 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ona ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz və əsassız əmrin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdehndən ona vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ixtisaca ali təhsilli torpaqşünasdır. 1982-ci ildən əmək fəaliyytinə başlamış və müxtlif instansiyalı idarə, müəsissə və təşkilatlarda çalışmışdır. Çalışdığı bütün fəaliyyəti ərzində üzərinə düşən və əmək müqaviləsindən irəli gələn öhdəlikləri ləyaqətlə və peşəkarlıqla yerinə yetirmişdir. Ümumilikdə 40 ildən artıq nümunəvi əmək stajı vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh xx.xx.2019-cu il tarixli K-150 nömrəli əmri ilə Mingəçevir layihə Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanılmış və ardıcıl olaraq dəflərlə eyni müddətə uzadılmışdır. Həmin vəzifədə işlədiyi müddət ərzində üzərinə düşən tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmişdir. Ancaq cavabdeh təşkilat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh xx.xx.2019-cu il tarixli K-150 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçası ona bu günlərdə təqdim edilmişdir. Cavabdeh təşkilatl onun arqsında bağlanılmış əmək müqaviləsinin surətini əldə edə bilmədiyi üçün həmin əmək müqaviləsinə istinad edə bilmir. Bununla bağlı əlavə edir ki, cavabdeh təşkilat ilə aralarında olan əmək müqaviləsi 2018-ci ildən 2021-ci ilədək eyni müddətdə uzadılmışdır. İşin hallarından da göründüyü kimi cavabdeh təşkilatla onun arasında olan müqavilənin müddəti 2019-cu ilin sentyabr ayında bitməsinə baxmayaraq tərəflərdən heç biri, xüsusilə işəgötürən əmək müqaviləsinin ləğv edilməsi üçün heç biri təşəbbüs göstərməmişdir və o, həmin əmək müqaviləsi üzrə vəziflərini 2021-ci ilin noyabr ayınadək yerinə yetirərək davam etdirmişdir. Onunla əmək müqaviləsinə xitam verilməzdən əvvəl bu barədə ona xəbərdar edilməli olduğu halda edilməmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə uzadılmış hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh xx.xx.2019-cu il tarixli K-150 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh nümayəndəsi iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının mövqeyi şəxsi ehtimallarına əsaslanır və heç bir hüquqi əsası mövcud deyildir. İddiaçı və işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Mərkəz) arasında tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 3 sentyabr 2018-ci il tarixində 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və Mingəçevir Layihə- Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi yazılı formada iki nüsxədə tərtib olunaraq tərəflərin imzası (möhürü) ilə təsdiqləndikdən sonra bir nüsxəsi iddiaçıya təqdim olunmuşdur. İddiaçının iş fəaliyyətinə zərurət olması səbəbindən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq tərəflərin razılığı əsasında eyni müddətə uzadılmışdır. 06 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış 3 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə “Razılaşma” imzalanmış və əlavəyə (razılaşmaya) əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilməklə əmək müqaviləsi 6 sentyabr 2021-ci il tarixdən 1 (bir) ay müddət müəyyən edilməklə bağlanmışdır. Hər iki tərəfin razılığı ilə edilmiş dəyişiklik yazılı formada iki nüsxədə tərtib olunaraq tərəflərin imzası (möhürü) ilə təsdiqləndikdən sonra bir nüsxəsi iddiaçıya təqdim olunmuşdur. İddiaçı Mərkəzin K-259 nömrəli əmri ilə 11 noyabr 2021-ci il tarixindən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmrlərin qeydə alınması kitabında qeydə alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında onunla 1 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Koronavirus xəstəliyinə tutulduğundan işdə olmamışdır. Noyabr ayının 10-da ona zəng edərək, işdən çıxarıldığını bildirmişlər. O, noyabr ayının 11-də xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin olmaması vərəqəsini alaraq iş yerinə təqdim etmişdir ki, ona pul hesablansın. Əslində o, noyabr ayının 15-də işdə olmalı idi. Noyabr ayının 11-də o, xəstə olmuşdur, işdə olmamışdır. Cavabdeh tərəfindən əmək qanunvericiliyi pozulmuş, işdə olmadığı dövrdə onu işdən azad etmişlər. Bundan başqa, Əmək Məcəlləsinə əsasən o, əmək müqaviləsinə xitam verilməzdən 2-3 ay əvvəl bu barədə rəsmi xəbərdar edilməli idi. Həmçinin, özü şəkərli diabet xəstəsidir və öhdəsində İİ qrup əlil olan həyat yoldaşı, İİİ qrup əlil olan oğlu var. Əmək qanunvericiliyinə əsasən şəkər xəstəsi olan işçilər, fiziki qüsuru olan ailə üzvü olan şəxslər işdən çıxarıla bilməz. Onun yeganə qazanc yeri işlədiyi cavabdeh müəssisə olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı əmək müqavilələsinin bitməsinə görə işdən azad edilmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən də ona işin mövsümi xarakter daşıdığı izah edilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 11-də işdə olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin bitdiyi vaxtda o, xəstə olduğu üçün işə çıxdığı vaxtda onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı özü də bilir ki, 2022-ci ilin fevral ayında stuktur dəyişikliyi edilərək, Mingəçevir layihə Tədqiqat İdarəsi ləğv edilmiş, yeni idarə yaradılmışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh Mingəçevir Layihə-Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh 11 noyabr 2021-ci il tarixli K-259 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh Mingəçevir Layihə-Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndisi İddiaçı 11 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 06 sentyabr 2021-ci il tarixdə bağlanmış “3 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə Razılaşma”-nın surətindən görünür ki, həmin İddiaçı ilə bağlanmış 3 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilməklə əmək müqaviləsi 6 sentyabr 2021-ci il tarixdən 1 (bir) ay müddət müəyyən edilməklə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı “Covid-19 pozitiv” diaqnozu qoyulmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2021-ci il tarixidir. İş materiallarında olan Azərbaycan respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Ağdam Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində “Şəkərli diabet tip 2 orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatındadır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh Mingəçevir Layihə-Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İddiaçı ilə Cavabdeh arasında 06 sentyabr 2021-ci il tarixdə bağlanmış “3 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə Razılaşma”-ya əsasən onunla bağlanmış 3 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, əmək müqaviləsi 6 sentyabr 2021-ci il tarixdən 1 (bir) ay müddət müəyyən edilməklə bağlanmışdır. İddiaçı Covid-19 pozitiv diaqnozu qoyulmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2021ci il tarixi olmuşdur. 11 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qeyd edilən maddənin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsini “b” və “f” bəndlərinə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı və tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68 maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. İddiaçı bir neçə hallara istinad edərək, əmrin qanunsuz olduğunu iddia etdiyindən məhkəmə iddiaçının istinad etdiyi hallara ayrı-ayrı münasibət bildirməyi zəruri hesab edir. Əvvəla, məhkəmə iddiaçının “cavabdeh təşkilatla onun arasında olan müqavilənin müddətinin 2019-cu ilin sentyabr ayında bitməsinə baxmayaraq tərəflərdən heç biri, xüsusilə işəgötürən əmək müqaviləsinin ləğv edilməsi üçün heç biri təşəbbüs göstərməməsi, onun əmək müqaviləsi üzrə vəziflərini 2021-ci ilin noyabr ayınadək yerinə yetirərək davam etdirməsi və xəstəliyi ilə əlaqədar işdə olmadığı dövrdə onu işdən azad edilməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında 06 sentyabr 2021-ci il tarixdə bağlanmış “3 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə Razılaşma”-ya əsasən onunla bağlanmış 3 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, əmək müqaviləsi 6 sentyabr 2021-ci il tarixdən 1 (bir) ay müddət müəyyən edilməklə bağlanmışdır. Belə olan halda, əmək müqaviləsinin müddəti 06 oktyabr 2021-ci il tarixdə bitmiş, tərəflər əmək münasibətləri davam etdirmiş, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 1 ay müddətinə uzadılmışdır. Müddətli əmək müqaviləsinin müddəti bitdiyi tarixdə iddiaçının xəstəliyi ilə bağlı işdə olmadığı nəzərə alınaraq və Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən işçi işə çıxdıqdan sonrakı bir həftə ərzində onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə edilərək cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 11 noyabr 2021-ci il tarixli əmrlə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə iddiaçının şəkərli diabet xəstəsi olması və öhdəsində İİ qrup əlil olan həyat yoldaşı, İİİ qrup əlil olan oğlu olması ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin yolverilməzliyi barədə dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar adlandırılır. Həmin maddənin 1-ci hissəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əvvəla maddədən göründüyü kimi əmək müqaviləsinin “işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə ləğv edilməsi qadağandır. Hazırki iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası müddətli əmək müqaviləsinin müddətinin bitməsidir. Həmçinin həmin maddənin 2-ci hissəsinə əsasən, maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəl bu barədə onun xəbərdar edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsində müddətli əmək müqaviləsinə müddətin qurtarması ilə bağlı xitam verildikdə işçinin əvvəlcədən rəsmi xəbərdar edilməsi nəzərdə tutulmamış, bu hal yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi halına şamil edilir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri əsassızdır. Bu səbəbdən, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün, prosessual qənaət prinsipinə əsasən, digər, yəni, işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqın tutulması və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi üzrə araşdırma aparılmasına və bu tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, mediasiya xərcinin əvəzi kimi ödənilmiş 50 (əlli) manat pul İddiaçı aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Mediasiya xərcinin əvəzi kimi ödənilmiş 50 (əlli) manat pul İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar