Məhkəmə qərarları › İş №2(004)-6069/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6069/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6069/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası 13 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək iddiaçının yaxın qohumunun ölümü ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki işin məhkəmə baxışının 16 noyabr 2021-ci il tarixə təyin edilmiş ilk iclasında da tərəflər iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının nəvəsinin xeyr işi ilə bağlı məhkəmə iclasında üzürlü səbələrdən iştirak etməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Hər iki məhkəmə iclasında həm iddiaçının, həm də onun nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməmələrini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının və onun nümayəndəsinin həmin iclaslarda iştirakı üzrsüz hesab edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən habelə, işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. *Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar