Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6077/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştiakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.07.2008-ci il imzalanmış 350 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3960.91 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2422.20 manat məbləğində faiz borcu, cəmi 6383.11 AZN borcun, 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) AZN bank xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 AZN dövlət rüsumunun, 30 AZN xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 AZN Dövlət rüsumunun və 30 (otuz manat) AZN ödənilmiş xidmət haqqının iddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçısində, istifadədə olan 0.549 ha torpaq sahəsində yerləşən 149 nömrəli, 2 mərtəbəli binada 61.9 kv.m ümumi, 37.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı paylı mülkiyyət hüquqi üzrə ona məxsus 1 otaqlı (y/s 9. kv.m) mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin 2 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2008-ci il tarixli 350 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddətinə, illik 30 % faiz olmaqla, 10 000 (on min manat) AZN məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh 23 iyul 20008-ci il tarixli 157 saylı İpoteka müqaviləsinə əsassən özünə məxsus və mülkiyyətinə olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində, istifadədə olan 0.549 ha torpaq sahəsində yerləşən 149 nömrəli, 2 mərtəbəli binada 61.9 kv.m ümumi, 37.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı paylı mülkiyyət hüquqi üzrə ona məxsus 1 otaqlı (y/s 9. kv.m) mənzil Girov predmeti kimi banka təqdim olunmuşdur. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəfimizdən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC-nin Cavabdeh arasında bağlanmış 23 iyul 2008-ci il tarixdə imzalanmış 350 saylı kredit müqaviləsinə əsasən 13.08.2021-ci il tarixə Cavabdeh Ləğv prosesində olan “Bank of Azerbaijan’’ ASC qarşısında əsas borc üzrə 3960.91 AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2422.20 manat faiz borcu, cəmi 6383.11 AZN borc öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasın baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddiaçıya borcunu tam olaraq ödəməsini, hazırda heç bir borc məbləğinin qalmamasını, eləcə də əmlakın ona aid olmamasını bildirərək, iddia tələbinin əsassız olması və eləcə də, iddiaçı tərəfindən iddia müddətini buraxması səbəbindən iddia müddətinin tətbiq edərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirak olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 350 saylı, 23.07.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 12 ay müddətinə, illik 30 %-lə, 10000 AZN məbləğində kredit verir, borcun təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 149 girov qoyulur. borc alan isə kreditin əsas məbləğini və ssuda borcunu müqavilədə göstərilən tarixədək ödəməyi öhdəsinə götürür. İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 157 saylı, 23.07.2008-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, yuxarıda göstərilmiş kredit müqaviləsinə əsasən borc alan Cavabdeh verilmiş 10 000 AZN kredit məbləğinin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 149 girov qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-1404/2016 nömrəli qərarının surətindən görünür ki, 01.02.2016-cı il tarixdə İddiaçı ASC müflis elan edilmiş və bununla əlaqədar iflas proseduru başlanılmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə ünvanladığı bildirişin qeydə alınmasına dair 27.08.2021-ci il tarixli ərizəsindən məlum olur ki, borc alan Cavabdeh bank qarşısında 13.08.2021-ci il tarixədək 3960.91 manat əsas borcu və 2422.20 manat məbləğində faiz borcu yaranmışdır. Bununla əlaqədar ipoteka predmetinə tutmanın yönəlməsinə dair bildirişin qanunamüvafiq qaydada qeydə alınmasını xahiş edir. Ləğv prosesində olan İddiaçı ASC-nin dair borc alan Cavabdeh 30.08.2021-ci il tarixdə ünvanladığı bildirişin surətindən görünür ki, borc alana 13.08.2021-ci il tarixədək 3960.91 manat əsas borcunun və 2422.20 manat məbləğində faiz borcunun yaranması haqqında məlumat verilməklə, qeyd olunan məbləğin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin 19.08.2021-ci il tarixli maliyyə arayışına əsasən, borc alan Cavabdeh 23.07.2008-ci il tarixli 1-62211-15 saylı kredit müqaviləsi üzrə 13 avqust 2021-ci il tarixədək 3960.91 manat əsas borc və 2422.20 manat məbləğində faiz borcu mövcuddur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 350 nömrəli, 23.07.2008-ci il tarixli kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqaviləsinin uzadılması halı baş verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 350 nömrəli, 23.07.2008-ci il tarixli kredit müddətinin icra müddəti müqavilənin ödəniş planına əsasən 23.07.2009-cu il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətində bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Belə olan halda məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbləri əsassız olduğu üçün təmin edilə bilməz və buna görə də rədd edilməlidir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 0.40 (qırx) qəpik xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 0.40 (qırx) qəpik xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6077/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6077/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver