Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-609/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “nikahın pozulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2019-cu il tarixdə 3 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış № 1794 saylı nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, iddiaçı cavabdehlə xx.xx.2019-cu ildə 3 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Cavabdehlə faktiki ər-arvad münasibətləri olmamış, birgə yaşamamışdır. Onunla bir neçə dəfə görüşmüş və xasiyyətlərinin uyğun olmadığını belə müəyyən etmişdir. Birgə nikahdan övladları da yoxdur. Onlar tamamilə əks xarakterli insanlardır, birgə yaşamaları və ailə qurmaları mümkün deyil. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T № 029619 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu və X1 xx.xx.2019-cu ildə 1794 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 05/Q-1117/15 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, İddiaçı həyat yoldaşı Cavabdeh oğlu 3 saylı Bakı “ASAN Xidmət” Qeydiyyat Şöbəsinə müraciət etmədiyinə görə tərəflərin arasında bağlanmış nikahın pozulması qeyri-mümkün hesab olunmuşdur. Buna görə də, iddiaçıya nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasına təkid etməsini, 3 ay verilmiş müddət ərzində tərəflərin barışmadığını, tərəflərin faktiki olaraq ailə münasibətlərində olmamalarını nəzərə alaraq qeyd edir ki, iddia tələbi təmin edilərək tərəflər arasında bağlanmış nikah ləğv edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 1794 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əhmədova (Qasımova) Xəyalə Hüseynbala qızı və Cavabdeh arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 1794 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-609/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-609/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver