Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6091/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2na qarşı “əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2na qarşı “əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli əmrinin ləğv edilməsi və filialda sosial xidmətçi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildən etibarən Cavabdeh2nda sosial xidmətçi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə əsassız olaraq əmək müqaviləsinə xitam verilmiş, qanunsuz olaraq işdən azad olunmuş. Cavabdeh1 X5 iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq bu tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsində göstərildiyi kimi, xx.xx.2022-ci il tarixində ərizəçinin əmək müqaviləsinə xitam verilmişdir. Ərizəçi isə xx.xx.2022-ci il tarixində mediasiyaya və xx.xx.2022-ci il tarixində isə məhkəməyə müraciət edərək əsassız iddia tələbi irəli sürmüşdür. Sadalananları nəzərə alaraq, iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X5 ərizə verərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddia müddəti ötürülməklə verildiyindən təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh Sosial Xidmətlər Agentliyinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, SXA 27 saylı filialın mütəxəssisi Z.Bayramova tərəfindən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin 27 saylı filialının böyük mütəxəssisi ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1al xidmətçi İddiaçı Şəmıl qızının xidmət etdiyi çətin həyat şəraitində olan şəxslərin yanında növbəti yoxlamada olmuş, Xidmətdə olan vətəndaşlar sosial xidmətçinin tez-tez oniarın yanında olduğunu, ev işlərinə bazarlıq etməyə və s. işlərinə köməklik etdiyini bildirmişlər. Yoxlama zamanı qeyd olunan nöqsanlar aşkar edildi, amma göstərilən nöqsanlar barəsində sosıai Xidmətçi heç bır məlumat verməmişdir. X12 xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə müalicəyə gedib, amma hələ qayıtmayıb, vətəndaş barəsində sosial xidmətçi həftəlik verdiyi hesabatda bu barədə qeyd edib. X7 Rusiyada yaşayan oğlu daimi yaşamaq üçün anasının yanına gəlib. X2 yaşayan pensiyaçı qardaşının evinə köçüb qardaşının ailəsi ilə birgə yaşayır. X16 isə pensiyaçı qardaşının anası ilə birgə yaşayır. Sosial xidmətçinin ev gündəliklərində iş qrafikinə uyğun olaraq 1 iş günü üçün qeydiyyat aparılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 27 saylı filialının müavini X4, mütəxəssis X6 və İddiaçı Şəmif qızı həmin tarixdə Qəribli kəndi üzrə sosial xidmətçi İddiaçı Şamil qızının xidmət sahəsində növbəti yoxlamada olmuş, yoxlama zamanı xidmət sahəsində bır sıra nöqsanlar aşkar edilmişdir. Məlum olmuşdur ki, xidmət olunan vətəndaşlardan X7 Rusiyada yaşayan oğlu daimi yaşamaq üçün anasının yanına gəlib. X2 yaşayan pensiyaçı qardaşının evinə köçüb, qardaşının ailəsi ilə birgə yaşayır. X17 isə xəstə olduğu üçün pensiyaçı qardaşının evinə köçüb. X10 xx.xx.2022-ci ıl tarixdə Bakı şəhərinə müalicəyə gedib, amma hələ qayıtmayıb və nə vaxt qayıdacağı barədə dəqiq məlumat yoxdur, vətəndaş barəsində sosial xidmətçi həftəlik verdiyi hesabatda bu barədə qeyd edib. Ümumiyyətlə xidmət sahəsində sosial xidmətçinin işinin qeyri qənaətbəxş olduğunu müəyyən etmişdirlər. İş materiallarında olan böyük mütəxəssis A.Sadıqova tərəfindən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin 27 saylı filialının müdirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məruzənin surətindən görünür ki, Qəribli kəndi üzrə sosial xidmətçi İddiaçı Şamil qızının işində yol verdiyi nöqsanlar barədə filial rəhbərliyiə məruzə olunmuşdur. İş materiallarında olan İddiaçı Şamil qızı tərəfindən Cavabdeh1 İdarə Heyəti sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərzənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixindən öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli **********776 nömrəli əmrinin surətindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş, Sosial Xidmətlər Agentliyinin 27 saylı filialında sosiai xidmətçi vəzifəsində çalışan İddiaçı Şərnil qızı ilə xx.xx.2020-ci il tarixındə bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsasında xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan mediator Elşad Rəhimov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, hazırki mübahisə üzrə tərəflər xx.xx.2022-ci tarixində keçirilmiş ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. Hazırda iddiaçı yuxarıda qeyd edilən əmri mübahisənləndirərək, ləğv olunması və vəzifəsinə bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə görə isə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə. “X15 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.” Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia etmişdir. Qarşı tərəf məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2022-ci il tarixli **********776 nömrəli əmri ilə xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. Lakin, iddiaçı, hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixində, yəni, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi əsasında rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2na qarşı “əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6091/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6091/2022
21.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver