Məhkəmə qərarları › İş №2(004)-61/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-61/2022

18.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-61/2022 18.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı2, Cavabdehin nümayəndələri və vəkilləri Vəkil2, Vəkil5 və Vəkil4, X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə dair cavabdeh "xxxx" ASC-nin 22 avqust 2020-ci il tarixli 701K və 700K nömrəli əmrlərinin ləğv edilməsi, iddiaçılara məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə onların vəzifələrinə bərpa edilməsi, İddiaçı2 2019- 2020-ci illərdə "xxxx" ASC-də işlədiyi zaman əmək haqqının düzgün hesablanmaması nəticəsində qalıq borc, yəni 141958,42 AZN, İddiaçı1 2019-2020-ci illərdə "xxxx" ASC-də işlədiyi zaman əmək haqqının düzgün hesablanmaması nəticəsində qalıq borc, yəni 122009,94 AZN pul məbləği və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi İddiaçı2 25200 manat və İddiaçı1 22950 manat əlavə əmək haqqı müəyyən edilərək, ümumilikdə işlədikləri dövrdə ödənilməmiş əmək haqqı kimi İddiaçı2 (141.958,42+25.200) cəmi 167.158,42 AZN və İddiaçı1 (122.009,94+22.950) cəmi 144.959,94 AZN məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC ilə əmək münasibətlərində olmuş və həmin müəssisədə həkim vəzifəsində çalışmışlar. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara 22 iyul 2020-ci il tarixli işçilərin sayının və ya ştatının ixtisarı ilə bağlı yazılı xəbərdarlıq təqdim edilmişdir. Həmin yazılı xəbərdarlığın mətnindən müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Saipem şirkəti arasında bağlanmış müqaviləyə əsasən mövcud pandemiya şəraitinə görə fəaliyyətin dayandırılması səbəbi ilə işçilərin azaldılması (ixtisar olunması) məqsədəmüvafiq hesab edilmişdir. Bu səbəbdən də siz işçi kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunursunuz.” Bundan sonra cavabdeh "xxxx" ASC tərəfindən 22 avqust 2020-ci il tarixli 701k və700k nömrəli əmrlərlə iddiaçılarla bağlanılmış əmək müqavilələrinə xitam verilmişdir. İddiaçılar yuxarıda göstərilən əmək müqavilələrinə xitam verilməsinə dair əmrləri qanunsuz hesab edirlər. Belə ki, cavabdeh tərəfindən iddiaçıların işçi kimi ixtisar edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əsaslandırma əvəzinə yazılı xəbərdarlıqda cavabdeh başqa bir şirkətlə bağlanmış müqaviləyə və fəaliyyətin dayandırılmasına istinad etmişdir. Lakin cavabdeh hansı fəaliyyətin dayandırılmasını və başqa bir şirkətlə bağlanmış müqavilənin işçilərin ixtisarına aidiyyatını açıqlamamış, nə səbəbə digər işçilər sırasında məhz iddiaçıların ixtisar edildiyinin əsaslarını göstərməmişdir. Həmçinin cavabdeh iddiaçıların işçi kimi ixtisarını həyata keçirərkən onların müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisası və peşəkarlıq səviyyəsi ilə bağlı araşdırma aparmamış, hansı səbəbdən məhz iddiaçıların ixtisar edilməsinin əsaslarını müəyyən etməmişdir. Halbuki, bu məsələlərin aydınlaşdırılmaması iddiaçıların əmək hüquqlarının kobud şəkildə pozulmasını şərtləndirən hallardır. Bu səbəbdən qanunverici işçilərin ixtisarı həyata keçirilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan əsaslandırılmış razılığının alınmasını tələb edir. Bundan başqa iddiaçılar hesab edir ki, istirahət dövründə işlədikləri günlər üçün İddiaçı2 109 iş günü üçün, İddiaçı1 99 iş günü üçün ödənilməyən əmək haqqı hesablanaraq 2 qat mislində cavabdeh tərəfindən onlara ödənilməli, habelə iddiaçılara məcburi işburaxma müddəti üçün də əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, Əmək Məcəlləsinin 93-cü maddəsi və Nazirlər Kabinetinin 106 nömrəli xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən həkimlər həftədə 36 saatdan artıq işləməməlidir. O, isə həftədə 40 saat olmaqla işləmişdir. Bu isə hesablandıqda 109 gün təşkil edir. Növbəlilik əsasında işləmişdir. İstehsalatın dayanmaması üçün pandemiya ilə bağlı onların işdə qalmalarını istəmişlər. O məcbur olaraq xx.xx.2020-xx.xx.2020-ci il tarixə kimi növbədə olmuşdur. Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən müstəsna hallarda işçinin artıq işləməsi nəzərdə tutulmuşdur. O, növbədə olarakən 30 gün növbədə işləməli, 30 gün vaxtda dincəlməli olduğu halda istirahət günlərinə düşən 31-ci günləri də işləməyə məcbur olmuşdur. Bayram günləri üçün əlavə ödənişlər hesablanaraq verilsə də 31-ci gün üçün əlavə haqqı hesablanmamışdır. O, xx.xx.2020-ci il tarixdən gəmidən sahilə qayıtmışdır. O, əvvəlcə Topaq gəmisində sonra isə Qurban Abbasov gəmisində işləmişdir. Qurban Abbasov gəmisində tibbi xidmətin təşkilini o və digər İddiaçı1 Qədiməliyev təşkil etmişdir. O Ruminyaya ezamiyyətə getmiş, buna baxmayaraq ezamiyyət və məzuniyyət xərcləri düzgün yazılmamışdır. Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 nömrəli qərarnın 37ci bölməsinə əsasən həkimlərə əlavə məzuniyyət verilməsi nəzərdə tutulub. O, hər gün 12 saat işləmişdir. Ştat ixtisarı olmuş, o və digər iddiaçını xx.xx.2020-ci il tarixdə cavabdeh işdən çıxarmışdır. Onda olan məlumata görə hazırda Qurban Abbasov gəmisinə yeni işçiləri işə götürüblər. Ştatt ixtisarı zamanı peşəkarlıq səviyyəsi daha yüksək olan işdə saxlanılmalıdır. Ona əmək haqqı 36 saat üçün deyil 40 saat üçün hesablanaraq verilib. O, bir ay ərzində 360-370 saat işləyə bilərdi. Dənizdə iş vaxtı bir gün üçün 12 saat olmaqla növbə ilə işləyirlər. Saat cədvəlinə görə faktiki işləmişdir, 2020-ci ilin fevral ayında 160 saat işdə olmuşdur, 144 saat hesablanmalı idi. Ay ərzində 360-372 saat işləmişdir. İş saatı cəmləndiyinə görə 109 gün əlavə işləmişdir. Əmək haqqı hesablanarkən işlədiyi vaxt 40 saata bölünüb, 1 saata düşən əmək haqqı düzgün hesablanmamışdır. Əslində onun işlədiyi ümumi saatlar 36 saata bölünməli və əmək haqqı əldə olunan saat sayına vurulmaqla hesablanmalı idi. Onun aylıq əmək haqqı 2100 manat təşkil edir. Əlavə olaraq istehsalat təqviminə görə onlara vəsait ödənilir. Ay ərzində ümumi işlədiyi saatların cəmini 1 gün üçün 36 saata böldükdə 156 gün, 40 saata böldükdə isə 144 gün təşkil edir. Bu səbəbdən onun və digər iddiaçının əmək haqları düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 165-ci maddəsinə və əmək müqaviləsinin 4.3 və 4.4-cü bəndlərinin tələblərinə uyğun olaraq o, 30 gün işləməli, 30 gün isə evdə olmalı idi. O, xx.xx.2020xx.xx.2020-ci il tarixə kimi növbədə qaldığı müddətdə istirahət hüququ pozulmuşdur. Bu səbəblərdən də hesab edir ki, ona işlədiyi müddətdə və işdən çıxarkən əmək haqqı və son haqq-hesab düzgün hesablanmayıb və işdən çıxarkən əmək qanunvericiliyinin tələbi pozulmuşdur. İzahatına əlavə olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək yeni növ koronavirus infeksiyası ilə əlaqəli “təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi” özünə – İddiaçı2 25200 manat və İddiaçı1 Bakir oğluna 22950 manat əlavə əmək haqqının müəyyən edilərək, cavabdeh "xxxx" ASC-dən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Belə ki, onlar 26 fevral 2020-ci il tarixdən gəmi şəraitində işləmişlər. Hətta ”Saipem” şirkəti tərəfindən tələblərdən biri covid-19 əleyhinə profilaktik tədbirlərin görülməsi olmuşdur. Həmçinin gəmi şəraitində bununla bağlı prosedurların həyata keçirilməsi, Covid-19 infeksiyasından qorunmaq üçün tədbirlər planının hazırlanması ilə şəxsən özləri məşğul olmuşlar. Testlər olmasa da, vitamin terapiyaları, xəstələrin immun sistemini normal vəziyyətdə saxlayıb xəstəliklərə qarşı müqaviməti artırmaq üçün müvafiq tədbirlər görmüşlər. Yekun olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC ilə əmək münasibətlərində olmuş və həmin müəssisədə həkim vəzifəsində çalışmışlar. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara xx.xx.2020-ci il tarixdə işçilərin sayının və ya ştatının ixtisarı ilə bağlı yazılı xəbərdarlıq (bildiriş) təqdim edilmişdir. Bundan sonra, cavabdeh "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 700K və 701K nömrəli əmrlərlə iddiaçılarla bağlanılmış əmək müqavilələrinə xitam verilmişdir. İddiaçılar əmək müqavilələrinə xitam verilməsinə dair cavabdehin əmrlərini qanunsuz hesab edirlər. Cavabdeh məhz iddiaçıların işçi kimi ixtisar edilməsinin zəruliyini əsaslandırmamışdır. Əsaslandırma əvəzinə yazılı xəbərdarlıqda başqa bir şirkətlə, yəni “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanmış müqaviləyə və fəaliyyətinin dayandırılmasına istinad etmişdir. Lakin, cavabdeh hansı fəaliyyətinin dayandırılmasını və başqa şirkətlə bağlanmış müqavilənin işçilərin ixtisarına aidiyyətini açıqlamamış, hansı səbəbdən digər işçilərin arasından məhz iddiaçıların ixtisar edildiyinin əsaslarını göstərməmişdir. Cavabdeh iddiaçıların işçi kimi ixtisarını həyata keçirərkən, onların müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisası (peşəsinin) və peşəkarlıq səviyyəsi ilə bağlı araşdırma aparmamış, hansı səbəbdən məhz iddiaçıların ixtisar edilməsinin əsaslarını müəyyən etməmişdir. Halbuki, bu məsələlərin aydınlaşdırılmaması iddiaçıların əmək hüquqlarının kobud şəkildə pozulmasını şərtləndirən hallardır. Bu səbəbdən, qanunverici işçilərin ixtisarı həyata keçirilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan əsaslandırılmış razılığının alınmasını tələb edir. İddiaçılar hesab edirlər ki, istirahət dövründə işlədikləri günlər üçün İddiaçı2 109 iş günü, İddiaçı1 99 iş günü üçün ödənilməyən əmək haqqı hesablanaraq 2 qat mislində cavabdeh tərəfindən onlara ödənilməli, habelə iddiaçılara məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçılar işdən azad edilərkən Əmək Məcəlləsinin 71, 78, 80, 93, 109, 164, 165, 179, 181-ci maddələrinin, “İşçilərin ezamiyyə qaydalarının təsdiq edilməsi haqqında” Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 nömrəli qərarının, Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 nömrəli qərarının əlavəsində göstərilən XXXVİİ bölməsinin 176-cı bəndi cavabdeh tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 9/6421 nömrəli ekspert rəyi nəzərə alınmaqla iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında "xxxx" ASC-də işləyən həkimlər “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının dənizdə işləyən əməkdaşlarına tibbi xidmət göstərirlər. "xxxx" ASC verilmiş sifarişə uyğun sayda həkim ayırır və “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına təhkim edir. Həkimlərin hansı gəmidə fəaliyyət göstərmələrini "xxxx" ASC deyil, məhz “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı özü müəyyən edir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 "xxxx" ASC-nin həkimləri kimi “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Qurban Abbasov” gəmisinə təhkim edilmişlər və iddiaçılar həmin gəmidə işləyən şəxslərə növbəlik əsasında tibbi xidmət göstərmişlər. “Qurban Abbasov” gəmisinin dənizdə olan layihəsinin başa çatması və gəmidəki işçilərin ixtisar ediləcəyi və həkimlərə ehtiyac olmayacağı barədə “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" ASC-yə məlumat verilmişdir. “Qurban Abbasov” gəmisi fəaliyyətini dayandırdığına görə "xxxx" ASC xx.xx.2020-ci il tarixdə iddiaçılara xx.xx.2020-ci il tarixdən ixtisar olunacaqları barədə yazılı xəbərdarlıq vermişdir. Həmçinin iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müəssisənin həmkarlar ittifaqı təşkilatına təqdimat verilmişdir. Təqdimata həmkarlar ittifaqı təşkilatı tərəfindən iddiaçıların iştirakı ilə baxılmış və iddiaçılar dinlənilmişdir. Həmkarlar ittifaqı təşkilatının razılığı alınmış və bundan sonra xx.xx.2020-ci il tarixdə iddiaçılar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisarla bağlı işdən azad olunmuşlar. “Qurban Abbasov” gəmisində yalnız iki həkim növbəli şəkildə hər gün bir nəfər olmaqla işləmiş və həmin gəmi fəaliyyətini dayandırdığı üçün onlar ixtisar olunmuşlar. İddiaçı2 son haqq-hesab kimi 36.000 manat hesablanmış, vergilər çıxıldıqdan sonra 31.227 manat ödənilmişdir. İddiaçı1 son haqqhesab kimi 46.606 manat hesablanmış, vergilər çıxıldıqdan sonra 39.387 manat ödənilmişdir. Cavabdeh işçiləri ixtisar edərkən “Saipem” şirkətinin fikrini nəzərə almışdır, çünki iddiaçıların işlədiyi gəmi işini dayandırdığına görə, onlar ixtisar edilmiş, başqa gəmilərdə işləyən həkimlər isə işlərini davam etdirirlər. İstirahət dövründə işlədikləri günlər üçün İddiaçı2 109 iş günü, İddiaçı1 99 iş günü üçün ödənilməyən əmək haqqı hesablanaraq 2 qat mislində əmək haqqının ödənilməsinə dair iddiaçıların məhkəməyə təqdim etdikləri xx.xx.2020-ci il tarixli 574-K nömrəli əmrin mövcud olub-olmamasını araşdırmışdır, "xxxx" ASC tərəfindən belə bir əmr verilməmişdir. "xxxx" ASC-nin verdiyi xx.xx.2020-ci il tarixli 574-K nömrəli əmr digər şəxsə aiddir, yəni "xxxx" ASC-nin “Anestezologiyareanimatologiya” ixtisası üzrə həkim-rezident Əli-zadə Könül Elçin qızının xx.xx.2020-xx.xx.2020-ci ilə kimi “Anestezologiya-reanimatologiya” ixtisası üzrə Medical Plazada rezidentura proqramına uyğun olaraq təcrübə keçməsinə dair verilmişdir. Həmin əmrin iddiaçılara aidiyyatı yoxdur. Cavabdeh tərəfindən iddiaçılara istirahət dövründə işlədikləri günlər üçün əlavə pul ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 574-K nömrəli əmr verilməmişdir. Çünki, cavabdeh iddiaçılara işlədikləri dövrdə və işdən çıxan zaman son haqq-hesablarını tam olaraq hesablayıb ödəmişdir. Əksinə işlədikləri müddətdə iddiaçılara artıq vəsaitlər ödənilmişdir. İzahatına əlavə olaraq bildirdi ki, həm Prezidentin Fərmanında, həm də Nazirlər Kabinetinin Qərarında “Covid-19 ilə əlaqəli iş rejimi ilə bağlı” ifadəsi qeyd olunur. Yəni bu ancaq covid 19 infeksiyası ilə əlaqəli iş rejimində çalışan şəxslərə aid olunub. Bununla bağlı təcrübəsində belə bir hadisənin şahidi olmuşdur ki, təcili tibbi yardım stansiyasının psixatriya briqadası məhkəməyə müraciət etmiş, lakin onlara covid- 19 ilə bağlı əlavələr ödənilməmişdir. Baxmayaraq ki, onlar psixi xəstələrə baxmaq üçün ünvanlara getmişlər. İşə Ali Məhkəmədə də baxılmış, lakin iddia təmin olunmamışdır. Çünki onların covid-19 infeksiyası ilə əlaqəli iş rejimində çalışması təsbit olunmadı. Hesab edir ki, iddiaçılara da bu səbəbdən covid-19 ilə bağlı əlavələr verilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil5 izahatında bildirdi ki, iddia tələbi ilə razılaşmırlar. Yeni növ koronavirus infeksiyası ilə əlaqəli “təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi” onlara əlavə haqqın ödənilməsi ilə bağlı əlavə tələbi də qəbul etmirlər. Belə ki, istinad edilən qanunvericlik norması dövlət tibb müəssisələrinə aiddir. Cavabdeh qurum isə dövlət tibb müəssisəsi deyil, özəl tibb müəssisəsidir. İkinci məqam isə ondan ibarətdir ki, Nazirlər Kabinetinin bu qərarı bütün həkimlərə deyil, yalnız covid-19 infeksiyası ilə mübarizə şəraitində çalışan həkimlərə aiddir. İddiaçılar isə həmin şəraitlə mübarizə çərçivəsində çalışan həkimlər kateqoriyasına aid deyil. Ona görə də hesab edir ki, bu hissədə də tələb qanunsuzdur və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini qəbul etmədiklərini və tələbin təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, yeni növ koronavirus infeksiyası ilə əlaqəli “təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi” onlara əlavə haqqın ödənilməsini iddiaçı modul tipli xəstəxanada və ya laboratoriyada işləmədiyinə görə əsassız hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirmişdir ki, yanvar ayın 28-dən iş günü başlamışdır. Ondan əvvəlkilər iş günləri deyil. Bu prosesdən öncə həkimlər təlimlər keçmişlər. Tərəflər arasında yanvarın 7-si müqavilə bağlanıb. Ondan sonra onlar təlimə göndərilib və yanvarın 28-də rəsmi işə başlayıblar. Əlavə olaraq bildirir ki, qarşı tərəf təlim günlərini də əlavə olaraq iş günü kimi qeyd edərək əlavə ödəniş tələb ediblər. Bununla belə təlim günləri də nəzərə alınıb və onun da əmək haqqısı ödənilib. Belə ki, işçi işə yanvarın 7-də başlayıb. Sadəcə fasiləsiz işə başlama yanvar ayının 28-dən başlayıb. Bildirmək istədiyi budur ki, tərəflər müqavilədə razılaşıblar ki, 30 gün fasiləsiz işləyib daha sonra 30 gün istirahət etməlidir. Burada da işçi yanvar ayının 28 dən işə başlayıb və fevral ayının 28-ə kimi fasiləsiz işləyib. Bu da 32 gün edir. Məsələ burasındadır ki, 2 gün əlavə olub və onun da 2 qatı ödənilib. Əlavə olaraq bildirir ki, o, yanvar ayının 7-dən fasiləsiz işləməsini ona görə qeyd etmir ki, arada fasilələr olub. Ekspertin rəyinə münasibətdə isə qeyd edir ki, ekspert cəmlənmiş uçotla işləyən işçi ilə istehsalat təqvimi ilə işləyən işçini səhv salır. Cəmlənmiş uçot gündəlik minimal 12 saatdan, maksimal isə illik norma nəzərə alınaraq hesablanır. Bu tərəflər arasında bağlanmış müqavilədə göstərilir. Cəmlənmiş uçot işəgötürənin işçini 12 saat işə cəlb etməsinə imkan yaradır. Burada isə 4 aylıq cəmlənmiş uçot üzrə hesablanma aparılmalıdır. Yəni işçi 4 ay ərzində işləməli olan gün sayından əlavə işləyərsə o zaman əlavə 2 qat hesablana bilər. Ola bilər ki, fevral ayında fasiləsiz tam ay işləyər. Lakin yanvar ayında 4 gün işləyər və ya martda istirahət edər, aprel ayında çox işləyər. Əsas odur ki, 4 aylıq işləməli olduğu normanı aşmasın. Bunların hamısına 4-cü ayın sonunda baxılacaq ki, 4 aylıq normanın faktikisinin cəmi ilə istehsalat təqvimindəki cəmi arasında nə qədər fərq var. İndi burada ekspertin hesablaması tamamilə yanlışdır. Ola bilsin işçi aylıq normada göstərilən 144 saatdan çox işləsin ancaq 4 ayın cəmindəki istehsalat təqvimində göstərilən saatda göstərilən vaxtı aşmayıbsa, işçiyə əlavə işlədiyi vaxta görə pul ödənilməyəcək. Bu razılaşma məcəllənin 96-cı maddəsində göstərilib. Həmçinin bu müqavilədə də var. Cəmlənmiş uçotla bağlı məlumat Əmək müqaviləsinin 4-cü maddəsində qeyd olunub. Əmək müqaviləsinin 4-cü bəndində göstərilir ki, işəgötürənin iradəsindən asılı olmayan səbəblərdən (hava şəraiti, maddi texniki təchizat və sair) dəniz şəraitində işdə boşdayanma hallarına yol verilməməsi məqsədilə illik iş vaxtı normasına riayət edilməklə vaxta müddəti 30 gündən çox olmayan müxtəlif müddətli vaxta və vaxtlararası istirahət günləri müəyyənləşdirilən vaxta rüjimi tətbiq edilə bilər. 30 dəqiqəlik nahar fasiləsi nəzərə alınmaqla gündəlik iş vaxtının müddəti 12 saatdan artıq ola bilməz. İstirahət günləri həftənin istənilən gününə düşə bilər. Müqavilədə illik cəmlənmiş uçot tətbiqi qeyd edilsə də, lakin RDM yenə işçilərə yaxşılaşdırılmış hal kimi 4 ayın sonunda tətbiq edib. Belə ki, vəzifə maaşından əlavə olaraq 2 cür hesablama üsulu var. Bu üsul illik cəmlənmiş uçot rejminin nəzərə alınmasına baxmayaraq, yaxşılaşdırılmış hal kimi işəgötürən tərəfindən tətbiq olunur. Adətən digər şirkətlərdə illik cəmlənmiş uçot seçilir, işçi işlədilir, növbəti 2-3 ay boşa göndərirlər, axırda işlədiyi artıq saatlarla illik normanı keçmədiyinə görə ödənişdən yayınırlar. İndiki məsələdə də 4 aylıq cəmlənmiş uçot seçilir, işçini faktiki ədalət prinsipi əsasında işlədirlər. 4-cü ayın sonunda istehsalat təqvimi ilə faktiki saatları müqayisə edirlər, aradakı saatların pulunu ödəyirlər. Bu iş vaxtından artıq iş saatlarının ödənilməsi adlanır. Bir də bayram, istirahət, ümumxalq hüzn günü və səsvermə günü, yəni qeyri-iş günləri işə cəlb olunma ilə bağlı məsələ var. 4 ayın sonunda iş saatından artıq işə cəlb olunma zamanı 2 qat saat üzrə vəzifə maaşı üzərindən maaş hesablanılır. Qeyri-iş günləri işçilər işə çıxanda isə əlavə olaraq gündəlik vəzifə maaşının 2 qatı ödənilir. Yanvar, fevral, mart və aprel aylarında 30 gündən artıq istirahət günləri, bayram günləri, ümumxalq hüzn günü, səsvermə günündə işə çıxarılıblarsa, gündəlik vəzifə maaşlarının 2 qatı işçilərə ödənilib. 4-cü ayın sonunda artıq saatların sayına görə pul ödənilib. Qeyri-iş günlərinə görə maaş hər ay 2 qat verilməsinə baxmayaraq, 4-cü ayın sonunda işçinin faktiki iş saatlarına görə maaşlarını götürəndə qeyri-iş günlərinin məbləği ilə birlikdə götürüblər. Lakin yenə də 4-cü ayın sonunda bu şəxslər yenidən qeyri-iş günlərinə görə 2 qat maaş ödənilməsi ilə bağlı iddia veriblər. Misal üçün şəxs 90 gün işləyir. 90 vurulur 12ə, məsələn, 700 saat. Bu 90 günün 10 günü bayramdır. Bu 10 gün gündəlik vəzifə maaşının 2 qat ilə hesablanır və yanvar, fevral, mart aylarında hansı aya düşübsə, ödənilir. Yekunda istehsalat saatları toplanır, həmin 10 gün çıxılır, çünki artıq qeyri-iş günlərinin 2 qatı ödənilib. Yerdə qalan 80 günün isə istehsalat saatları hesablanıb ödənilir. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, 2 kateqorita var: 1 – bayram, istirahət, ümumxalq hüzn və səsvermə günləri iş, 2 – iş vaxtından artıq iş. Birinci kateqoriyada gündəlik vəzifə maaşlarının ikiqatı ödənilir. İkinci kateqoriyada isə saatlıq vəzifə maaşının ikiqatı ödənilir. Qeyri-iş günündə işə çıxanda alacağı əməkhaqqı daha çoxdur, nəinki əlavə saatlara görə. Eksperin hesablamasına görə, yanvar, fevral, mart, aprel aylarında işçi 80 gün işləyib. 1 gün düşür 20 yanvar ümumxalq hüzn gününə və həmin günün pulunu işçi 2 qat alır. 4-cü ayın sonunda 80 günə görə aradakı saatların pulu hesablanıb, halbuki hüzn gününə görə 2 qat məbləğ artıq verilmişdi. Ekspert yenidən hüzn gününü hesabın içinə qatıb, 4 aylıq faktiki saatlarla istehsalat təqvimini müqayisə edib yenidən 2 qat hesablayıb. Eyni zamanda, ekspert aylıq hesabladığını qeyd etmişdir, lakin rüblük hesablamalı idi. Əmək Məcəlləsinin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsindən bəhs edir. İş vaxtından artıq vaxtda görülən işə görə verilən maaşın miqdarından 165-ci maddədə bəhs olunur. Həmin maddədə də maaşın məbləğinin normanın miqdarından asılı olub-olmaması məsələsi qeyd olunmayıb. Məsələn, 8 mart bayramdırsa, həmin gün Azər müəllimi işə cəlb edilirsə, onda 4-cü ayın sonunu gözləmirlər, martın sonu onunla haqqhesab edir, gündəlik vəzifə maaşının ikiqatını verirlər. Amma 9 martda 2 saat artıq işə cəlb olunursa, onu rüblüyə verirlər. Ekspertin rəyində məbləğin bu qədər şişirdilməsinə səbəb odur ki, 8 mart bayram gününə görə gündəlik vəzifə maaşının ikiqatı verilib, 4-cü ayın sonunda yenidən maaşın ikiqatı saatlıq vəzifə maaşı üzərinə hesablanıb. 1.04 əmsalını isə ekspert tamamilə səhv hesablayıb. Onu 2.04 kimi qiymətləndirib. 1 saatlıq vəzifə maaşı tapılır, vurulur 1.04 əmsalının aid edildiyi ağır iş şəraitində işlədiyi saatların sayına, tapılan məbləğ vurulur 1.04-ə. Onlar sadəcə təxmin edirlər ki, ekspert məbləği 2.04 əmsalı ilə hesablayıb. Məbləğ də buna görə 2 dəfə şişirdilib. Belə ki, ağır və zərərli iş şəraiti Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Orada 1.04 əmsalı qeyd olunub. Nazirlər Kabinetinin 137 saylı qərarında qeyd olunur ki, iş yerlərinin attestasiyası nəticələrinə görə əmək şəraiti ağır və zərərli müəyyən olunur. Ona uyğun olaraq əmsallar müəyyən edilir. İş yerlərinin əmək şəraitinin attestasiyası ilə bağlı 1.04 əmsallı məbləğin ödənilməsi müəyyən olunmalıdır. Əgər şəxs attestasiya komissiyasının qərarını təqdim edəcəksə, hesablana bilər. Bundan əlavə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, ümumiyyətlə iddianı qəbul etmirlər. Əmək münasibətlərinə dövlət nəzarətini həyata keçirən qurum 500 saatla bağlı məsələyə aydınlıq gətirdi. Digər tərəfdən, məzuniyyət kompensasiyaları hesablanılanda 2 ayrı-ayrı hüquqları olan məzuniyyətlər birləşdirilib. Halbuki Əmək Məcəlləsinin 136-cı maddəsində qeyd edilir ki, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Məsələn, əsas 30 gün məzuniyyətdə olursa, 6 gün ağır və zərərli işə görə, 6 gün də əmək stajına görə məzuniyyət hüququ vardırsa, bunlardan yalnız biri götürülməlidir. Ekspert isə hər ikisini nəzərə alıb. Növbəti bir məsələ, 144-cü maddədə qeyd olunur ki, işdən çıxanda yalnız əsas məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir. Lakin bu şəxslərə işdən çıxarılanda nəzərə alınıb və əlavə olaraq pul ödənilib. ”RDM”-də şəxsin sahildə və ya sahildən 20,50 km uzaqlıqda olmasına baxmayaraq 1.75 əmsal nəzərə alınır. Bu yaxşılaşdırılmış hal kimi tətbiq olunur. Nazirlər Kabinetinin Qərarına görə əmsal gəmi ilə sahil arasında olan kilometrlərə uyğun olaraq formalaşır. Azər müəllimə 1.75 əmsallı məbləğ ödənilməlidir və bu işəgötürən tərəfindən həyata keçirilib. Yekunda öz mövqeyini bildirərək qeyd etdi ki, hər iki iddiaçıya cavabdeh tərəfindən artıq ödəmələr həyata keçirilib, işçilərin xeyrinə yaxşılaşdırılmalar aparılıb. İşçi işdən çıxarılan zaman ixtisar müavinəti ödəniləndə qanunvericilik belə müəyyən edir ki, sonuncu müəssisədəki stajından asılı olaraq işçiyə 1.4 misli pul verilməlidir. "xxxx" isə işçilərə 2.4 misli pul verib. Eyni zamanda işçilərin maaşları da yüksək olduğu üçün yekunda da yüksək məbləğ alınır. Göründüyü kimi, "xxxx" tərəfindən işçilərə kifayət qədər artıq məbləğlər ödənilib. İşçilərə kifayət qədər bonuslar, mükafatlar verilib. Hətta işçilərin xeyrinə artıq və əlavə məzuniyyətlər də hesablanıb. Yuxarıda göstərilənlərə əsasən cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X5 izahatında bildirdi ki, ilk olaraq əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılarkən həftəlik 36 saat iş norması tətbiq edilməli olduğu halda həftəlik 40 saat iş normasının tətbiq olunması halı müəyyən olunmuşdur. 2-ci olaraq bəzi hallarda 1.75 əmsalının doğru tətbiq edilməməsi müəyyən olunmuşdur. İddiaçı1 müqaviləsində sahillə əlaqə rejimindən asılı olmayaraq 1.75 əmsalının tətbiq olunması nəzərdə tutulmamışdır. İddiaçı2 müqaviləsində isə bu nəzərdə tutulmuşdur. Amma bu hal hər iki iddiaçıya- birinə qismən, birinə isə tam şəkildə tətbiq olunmuşdur. 3-cü olaraq iş yerlərinin attestasiya nəticələrinin təqdim olunmamasına baxmayaraq onlar Nazirlər Kabinetinin 137 nömrəli qərarının 1-ci bəndində müəyyən olunan əmək şəraitinə görə əlavə minimum 1.04 əmsalının tətbiq edilməsini məqsədəuyğun hesab edirlər. 4-cü olaraq Nazirlər Kabinetinin 92 nömrəli qərarına əsasən 500 saatdan yuxarı işləyən həkimlərin 30 təqvim günü əlavə məzuniyyət almaq hüququ vardır. Bununla bağlı ona cəmiyyət tərəfindən Sosial Müdafiə Nazirliyinin izahat məktubu təqdim olunmuşdur. Orada qeyd olunur ki, bu hal üzrə əlavə məzuniyyət hüququ yalnız hava nəqliyyatında xidmət göstərən həkimlərə aid edilməlidir. Buna görə də hər hansı bir hesablama aparılmamışdır. 5-ci olaraq vaxtamuzd ödənilmə sistemində işçilər 30 gün işlədikdən sonra 30 gün istirahət etməlidirlər. Amma şəxs müxtəlif səbəblərdən 30 gündən artıq işləmişdir. Belə olan halda şəxsin 30 gündən artıq işlədiyi günlərə istirahət günləri kimi baxılmalı və Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən gündəlik tarif maaşının ikiqatı hesablanmalı idi. Lakin heablanmamışdır. 6-cı olaraq Əmək Məcəlləsinə əsasən işçinin eyni vaxtda 115 və 116-cı maddələrlə nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda 30 əsas məzuniyyət gününə 1 əlavə məzuniyyət birləşdirilir. Bu İddiaçı2 6+4 kimi hesablanır. Biri iş rejiminə, biri də staja görədir. Cəmiyyət tərəfindən ona 36 gün üçün məzuniyyət kompensasiyası verilməli olduğu halda, 40 gün üçün məzuniyyət kompensasiyası verilmişdir. İddiaçı1 isə 36 gün üçün kompensasiya hesablanmalı olduğu halda, 42 gün üçün hesablanmışdır. Cəmiyyət burada artıq hesablama aparmışdır. 7-ci olaraq Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam olunan zaman orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir. Əslində bu işçilərin həmin müəssisədəki stajına görə müəyyənləşir. İşçinin bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir. İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinin müddəti 5 ilə qədər olduğuna görə onlara 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir. Lakin cəmiyyət tərəfindən 1.4 deyil 2.4 misli ödənmişdir. O, bunu səhv hesab edir. Digər tərəfdən, onlara məlumdur ki, məzuniyyət günlərinin hesablanması zamanı öncəki 12 ayın orta əmək haqları götürülür. Məsələn, Azər bəy 12 ay işləmişdir, beləliklə 12 aya bölünərək onun əsasında məzuniyyət hesablanır. Əmək haqları da şişirdimiş halda olduğu üçün orta əmək haqqı da şişirdilmiş məbləğ olur, onu da 30.4-ə böldükdə böyük məbləğ yaranır. Beləliklə məzuniyyətlə bağlı hesablamada da onun hesablamaları ilə cəmiyyətin hesablaması arasında fərq yaranır. Yekuna dair cədvəldəki məlumatlarda hesablamalar arasındakı fərqlə bağlı qeyd edir ki, Azər müəllimdə aylıq tarif maaşı üzrə 55 manat az hesablanmışdır. Dəniz şəraitinə görə 1.75 əmsal artımı ilə bağlı onun hesablamalarına görə 30918.75 manat ödənilməlidir, cəmiyyətin hesablamasına görə isə 23590.55 manat ödənilmişdir. Cəmiyyət 7328.20 manat az hesablamışdır. Quru şəraitinə görə 1.4 əmsal artımı ilə bağlı isə cəmiyyət tərəfindən 3164.52 manat artıq hesablanmışdır. İki rəqəmin fərqinə baxanda 4000 manata yaxın məbləğ edir. Cəmiyyət tərəfindən bir ayda birdən-birə 1.75 əmsal toplu olaraq hesablanmışdır. Keçmiş hesablamaları düzəltmək qərarına gəlmişdirlər. Belə ki, İddiaçı2 əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən sahillə əlaqə şəraitindən asılı olmayaraq artım ödənilməlidir. Halbuki digər işçidə bu punkt yoxdur. Nəyə görə Azər müəllimə belə bir qaydanın tətbiq olunduğunu deyə bilmir, çünki işin hüquqi tərəfinə o qiymət vermir. Onda olan tabellərə görə Azər müəllimə iyul ayına evdə istirahət yazılıb. Həttə o dövrdə də Azər müəllimə 75% hesablanmışdır. Hətta cədvəllərdən görünür ki, bütün aylarda 75% Azər müəllimin tarif maaşına tətbiq olunub. Amma bu məsələni hüquqi cəhətdən əsaslandıra bilməz. Ağır və zərərli işə görə 1.04 əmsal artımla bağlı hesablamalarına görə 1980 manat az hesablanmışdır. Gecə vaxtı iş rejiminə görə 20% əlavə hesablama ilə bağlı RDM-in hesablaması ilə onun hesablamaları müqayisə edilsə, RDM 218.93 manat az hesablamışdır. Təlim günləri ilə bağlı hesablamada demək olar ki, fərq yoxdur. İstirahət, səsvermə, bayram günləri və hüzn günləri ilə bağlı hesablamada 36 və 40 saat nisbətinə görə fərq vardır. RDM tərəfindən 1157.37 manat az hesablanmışdır. 30 günlük vaxtalararası istirahət günləri düşən iş günlərinə görə 30 gündən artıq ardıcıl iş rejimi olduğu üçün Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən 35009.92 manat hesablanmalı idi. İş vaxtının cəmlənmiş uçotu qaydasına görə bonuslarla bağlı vacib bir məsələ diqqətə çatdırılmalıdır. Belə ki, Azər müəllimin müqaviləsində illik cəmlənmiş uçot yazılmışdır. Amma mövcud praktikaya görə "xxxx" 4 aylıq cəmlənmiş uçot qaydasını tətbiq etmişdir. O, hesablama apararkən həm mövcud praktikanı pozmamaq, həm də daha rahat müqayisə aparmaq, lakin eyni zamanda riskləri minimuma endirmək üçün paralel hesablama aparmışdır. Yəni həm Azər müəllimin müqaviləsinə əsasən illik cəmlənmiş uçot qaydası ilə, həm də RDM-in hesabladığı qaydada 4 aylıq cəmlənmiş uçot qaydası ilə hesablamalar aparmışdır. Rəqəmlər bir-birinə çox yaxın olmuşdur. Ona görə də, o, hesablamaları 4 aylıq cəmlənmiş uçot qaydası ilə başa vurmuşdur. 4 aylıq cəmlənmiş uçot qaydasına uyğun hesablamalar aparılan zaman dörd qat hesablamaya yolverməmək üçün istirahət, səsvermə, bayram və hüzn günləri və 30 günlük vaxtalararası istirahət günlərinə düşən günlər iş saatlarından çıxarılmışdır. Eyni zamanda, təlim günləri də hesablamaya aid edilməməli idi. Cəmiyyət tərəfindən aparılan hesablamalarda da təlim günləri ora aid edilməyib. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən təlim vaxtı əsas əmək funksiyası yerinə yetirilmədiyinə görə təlim günləri iş vaxtı hesab olunmur. Məzuniyyətə görə kompensasiyalarda hesablamalarına görə 7079.39 manat artıq hesablama vardır. Bu ondan irəli gəlir ki, aylıq əmək haqqlarının artıq-əskik hesablaması nəticəsində 12 aya bölünən zaman orta günlük əmək haqqında da fərqlər olur. Bir səbəb də odur ki, cəmiyyət tərəfindən 40 gün tətbiq edilir, əsas və əlavə məzuniyyətlər toplanılır. Hətta Azər müəllim 2020-ci ildə avqustun 22-də işdən çıxıb. Ona məzuniyyət hesablanarkən 40 günlük hesablanıb. Lakin o, hesab edir ki, əslində 7 ay yarım işləyib ona görə də 7 ay + 15 gün məzuniyyət hesablanmalıdır. Belə ki, 30-u 12-yə bölüb bir aya düşən məbləğ tapılmalı və həmin məbləğ də 7 aya vurulmalıdır. Beləliklə, cəmiyyət tərəfindən məzuniyyətə görə kompensasiya ödənişi olaraq 7079 manat artıq hesablanmışdır. Əlavə iş vaxtına görə hesablama demək olar ki, eynidir. Ezamiyyə zamanı orta aylıq əmək haqqına gəldikdə, Azər müəllim iyun ayında Ruminyada 8-9 gün ezamiyyətdə olub. Burada cəmiyyət tərəfindən nəzərə alınmayan məsələ də var. Əmək Məcəlləsinə görə ezamiyyət vaxtı bayram günlərinə və istirahət günlərinə düşürsə, həmin günlər əlavə olaraq hesablanmalıdır. Lakin ezamiyyə zamanı orta aylıq əmək haqqı hesablanılan zaman 689.73 manat cəmiyyət tərəfindən artıq hesablanmışdır. İşdənçıxma müavinəti kimi Azər müəllimə 5220.60 manat hesablanmalı idi, lakin cəmiyyət 2.04 əmsalla (1.04 əmsalı əvəzinə) hesablayaraq 10456.64 manat müəyyən etmişdir. Burada da 5236.04 manat artıq hesablama var. Onun əsas vəzifəsi cəmiyyətin həm qanunvericiliklə, həm də əmək müqaviləsi ilə işçilər – Azər müəllim və Çingiz müəllim qarşısında əsas öhdəliklərini müəyyən etmək olmuşdur. Ona görə də o müəyyən etmişdir ki, cəmiyyət tərəfindən 152036.86 manat müəyyən edilməli idi. Lakin cəmiyyət tərəfindən 156897.44 manat müəyyən edilmişdir. Əmək haqqının bəzi elementləri üzrə artıq, bəzi elementləri üzrə isə əksik hesablamalar olmuşdur. Belə ki, Azər müəllimə yekun məbləğ 4860.58 manat artıq hesablanmışdır. “Saipem” tərəfindən gündəlik müavinət adlanan ödəmə də var. Lakin, bununla bağlı nə əmək qanunvericiliyində, nə də əmək müqaviləsində heç bir öhdəlik yoxdur. Bu məbləğ Azər müəllimə dəniz şəraitinə görə dənizdə olduğu günlərdə əlavə olaraq verilmişdir. Eyni zamanda, 2020-ci ilin may və ya iyun ayında mükafat verilib. Bu mükafat da könüllü olaraq verilib, öhdəliyə daxil deyil. Beləliklə cəmiyyət tərəfindən verilən öhdəliklərdən əlavə hesablanmış məbləğ 30901.07 manat təşkil edir. Yekun olaraq İddiaçı2 2019-cu ilin yanvarı, 2020-ci ilin avqust ayları dövründə öhdəliklərlə bağlı 156897.44 manat, öhdəliklərdən kənar 30901.07 manat, ümumilikdə 187798.51 manat cəmiyyət tərəfindən hesablanmışdır. O, isə yalnız öhdəliklərlə bağlı 152036.86 manat məbləğ hesablamışdır. Beləliklə cəmiyyət tərəfindən 35761.65 manat artıq hesablama olmuşdur. Çingiz müəllimlə bağlı hesablamalara nəzər yetirilsə, onun müqaviləsində Azər müəllimdən fərqli olaraq “sahillə əlaqə rejimindən asılı olmayaraq” ifadəsi yoxdur. Bu Nazirlər Kabinetinin 137 saylı Qərarı ilə tam tənzimlənməlidir. Buna görə də Çingiz müəllimin sahildən uzaq olduğu yerlərdə 1.75, sahilə yaxın olduğu yerlərdə isə 1.04 əmsal tətbiq olunmaqla yenidən hesablama aparılmışdır. Cəmiyyət tərəfindən dəniz şəraitinə görə həmin əmsalların hesablanması zamanı Çingiz müəllimlə bağlı olan hissədə çox kobud səhvə yol verilmişdir. Yəni Azər müəllimdə olduğu kimi bütün hesablama 1.75 əmsalı tətbiq olunmaqla aparılmışdır. Əgər Çingiz müəllimlə əlavə razılaşma olubsa, yəni razılaşmada həmin maddəyə düzəliş olunubsa, onda bunu səhv hesablama kimi qəbul edir. Lakin əlavə razılaşmanın olduğuna dair ona heç bir sənəd təqdim olunmayıb. Nəticədə cəmiyyət tərəfindən dəniz şəraitinə görə Çingiz müəllimdə 19679.31 manat artıq hesablanmışdır. 2-ci olaraq ağır və zərərli işə görə 1.04 əmsalla 2312.97 manat hesablamışdır. Bunu “az hesablanmışdır” kimi qeyd etmişdir. 3-cü olaraq gecə vaxtı iş rejiminə görə olan hesablamalarda böyük bir fərq yoxdur. 4-cü olaraq təlim günləri ilə bağlı hesablamada bir problem yoxdur. 5-ci olaraq istirahət, səsvermə, bayram və hüzn günləri ilə bağlı hesablamada kiçik bir fərq var. 5-ci olaraq 30 günlük vaxtalararası istirahət günlərinə düşən iş günlərinə görə 31153.01 manat əlavə vəait hesablamışdır. 6-cı olaraq iş vaxtının cəmlənmiş uçotu qaydasına görə bonuslarla bağlı hesablamalarda bayram və istirahət günləri çıxıldı. Nəticədə cəmiyyət tərəfindən 33658.51 manat artıq hesablama olduğu üzə çıxdı. 7-ci olaraq məzuniyyətə görə kompensasiya ödənişi ilə bağlı hesablamada cəmiyyət tərəfindən 12231.99 manat artıq hesablandığını qeyd etmişdir. 8-ci olaraq cəmiyyət tərəfindən işdənçıxma müavinəti ilə bağlı hesablama 1.04 əmsalla deyil, 2.04 əmsalla aparılmışdır. Buna görə də 9105.70 manat artıq hesablama baş vermişdir. Yekunda əmək müqaviləsi və əmək qanunvericiliyindən əmələ gələn öhdəliklər üzrə cəmiyyətin 38624.84 manat artıq vəsait hesabladığı ortaya çıxdı. Öhdəliklərdən əlavə hesablamalar olan hissədə isə gündəlik müavinət və 20% əlavə bonus toplamda 37334.30 manat edir. Yekunda cəmiyyət tərəfindən 2019 mart - 2020 avqust ayları ərzində Çingiz müəllim üçün əmək haqqı və digər ödənişlər şəklində 225100.82 manat hesablanmışdır. Onun hesablamasına görə isə bu 149141.68 manat edir. Yəni onun hesablaması ilə cəmiyyətin hesablaması arasında 75959.14 manat fərq yaranır. Hesab edir ki, bütün hesablamalar qanunauyğun şəkildə aparılmışdır. Təbii ki, bu hesablamalarda müəyyən qədər - 100, 200 manat və s. məbləğində səhvlər ola bilər. Lakin bu səhvlər əhəmiyyətli hesab edilə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iddiaçıların iddia tələbi ilə bağlı izahatında bildirdi ki, “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı layihə əsasında dənizdə fəaliyyət göstərir. Əvvəl 5 gəmi fəaliyyət göstərmişdir. Hər bir gəmi müxtəlif layihələri həyata keçirir. İşçilər layihənin müddətinə uyğun işə götürülürlər. Layihələrdə müəyyən boşdayanma halları olur və bu zaman işçilər ixtisar olunur. “Qurban Abbasov” gəmisində vertalyot meydançası yoxdur, hər hansı bir işçi xəsarət alarsa təxliyyə olunması üçün platforma cəlb edilir. Həmin gəmidə işləyən işçilərin peşəkarlıq səviyyəsi şirkətin insan qaynaqları şöbəsi tərəfindən müəyyən edilir. Hər il işçilərin fəaliyyəti qiymətləndirilir. “Qurban Abbasov” gəmisi layihə üzrə işini 2020-ci ilin yayında başa çatdırmış və fəaliyyətini dayandırmiışdır. Gəmidə faəliyət göstərən işçilərdən müqavilə müdddəti bitən şəxslərlə yeni müqavilə bağlanmamış, digər işçilər isə layihə başa çatdığından və yeni iş təklif olunmadığından ixtisar olunmuşlar. Hazırda 4 gəmi fəaliyyətini davam etdirir. “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının sifarişi əsasında "xxxx" ASC tərəfindən gəmidə işləmələri üçün 11 həkim ayrılmışdır. İddiaçılar da həmin 11 nəfər həkimin siyahısına daxildir. İddiaçılar İddiaçı2 və İddiaçı1 “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Qurban Abbasov” gəmisinə təhkim edilmişlər və onlar növbəlik əsasında bir-birini əvəz etməklə gəminin işçilərinə tibbi xidmət göstərmişlər. “Dalğıc” gəmisində işləmək üçün əlavə sertifikat tələb olunur. İddiaçılar işlədikləri müddət ərzində “Qurban Abbasov” gəmisində 3 ay sınaq müddəti müəyyən edilməklə fəaliyyət göstəriblər və peşəkarlıq səviyyələri həmin gəmiyə uyğun olmuşdur. “Qurban Abbasov” gəmisində işləyən şəxsləri “Dalğıc” gəmisində işlə təmin etmək mümkün deyildir, digər gəmilərdə isə işçilər ixtisar olunmamışdır. Əgər işçi onların şirkətində işləyib və layihənin başa çatması ilə bağlı işdən çıxıbsa yeni vakant vəzifə olduğu halda onların işlə təmin olunmasına üstünlük verilir. İddiaçılarla bağlanılmış müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, layihə olmadığndan iş dayanmış və “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı “Qurban Abbasov” gəmisində fəaliyyət dayandığına görə iddiaçılara ehtiyacı qalmadığını işəgötürən "xxxx" ASC-yə bildirmişdir. Bu barədə işəgötürənin emal adresinə yazılı məlumat göndərmişlər. İşəgötürən iddiaçılara xx.xx.2020-ci il tarixdə ixtisarla bağlı bildiriş vermiş və xx.xx.2020-ci il tarixdən onlarla bağlanmış əmək müqavilələrinə xitam vermişdir. İş təlimatı iddiaçıların əmək müqaviləsinə əlavə edilib. Onlar layihə bitəndə işçilərə və işəgötürən "xxxx" ASC-yə məlumat vermişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, iş yeri, gəmilər “Saipem” şirkətinə aiddir. Mövqeləri ondan ibarətdir ki, tərəf onlara 1.04 əmsalla bağlı hesablamaları təqdim etmişdir, attestasiya komissiyasının protokolu iş materiallarına təqdim olunmadığına görə işçilərin maaşının minimum əmsal 1.04 əmsalı ilə hesablanması təsdiq edilmişdir. Ona görə də auditorun da rəyində məbləğin 1.04 əmsalla hesablanması göstərilib. Düşünür ki, bu mübahisə mövzusu deyil, mübahisə mövzusu olan 1.04-ün hesablanması qaydasıdır. Yəni onlar qeyd edirlər ki, 1000 manat maaşa görə 1.04 əmsal hesablananda 40 manat olmalıdır, qarşı tərəf deyir ki, 1000 + 1040 olmalıdır. Demək istədiyi odur ki, burada mübahisə predmeti zərərli və ağır iş şəraitinin olub-olmaması deyil. Hər iki tərəf qəbul edir ki, burada 1.04 əmsal hesablanmalıdır. Attestasiya komissiyasının rəyi ilə bağlı o, “Saipem” şirkətinə müraciət etməlidir. Onlar düşünürlər ki, attestasiyanın keçirilib-keçirilməməsi mübahisə predmeti deyil, ona görə də bu barədə sənəd təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 21K nömrəli “İşə qəbul barədə” Əmrə əsasən İddiaçı2 xx.xx.2019-cu il tarixdən etibarən əmək haqqı ştat cədvəlinə uyğun olaraq 2100 manat məbləğində ödənilməklə "xxxx" ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 700k nömrəli Əmrə əsasən İddiaçı2 müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi işçilərin sayı ixtisar edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilməsi, ƏM-nin 77.3-cü maddəsinə əsasən ixtisarla bağlı orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, ƏM-nin 135-ci maddəsinə əsasən istifadə olunmamış 40 təqvim günü üçün məzuniyyət pulu kompensasiya və son haqq-hesab verilməsi müəyyən olunmuşdur. Əsas: HİK-nın qərarı və xx.xx.2020-ci il tarixli bildiriş. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 008-İQ nömrəli “İşə qəbul barədə” Əmrə əsasən İddiaçı1 25 yanvar 2017-ci il tarixdən etibarən "xxxx" ASC-nin Tibbi Koordinasiya şöbəsinin korporativ müştərilərlə iş bölməsinə həkim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 701k nömrəli Əmrə əsasən İddiaçı1 müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi həkim-terapevti işçilərin sayı ixtisar edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilməsi, ƏM-nin 77.3-cü maddəsinə əsasən ixtisarla bağlı orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, ƏM-nin 135-ci maddəsinə əsasən istifadə olunmamış 40 təqvim günü üçün məzuniyyət pulu kompensasiya və son haqq-hesab verilməsi müəyyən olunmuşdur. Əsas: HİK-nın qərarı və xx.xx.2020-ci il tarixli bildiriş. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 699 nömrəli Təqdimatdan görünür ki, klinikanın təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 əmək müqaviləsinə 22 avqust 2020-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə bağlı öz qərarlarını təqdim etməkləri xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 24 iyul 2020-ci il tarixli Qərarına əsasən "xxxx" ASC-nin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 əmək müqavilələrinə 22 avqust 2020-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunvericiliyə uyğundur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ştat ixtisarı ilə bağlı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus xidməti mailto:vusala.huseynova@saipem.comElektron ünvan email ünvanından ünvanlanmış məktubda qeyd edilmişdir ki, aşağıda adları qeyd olunan işçilərin də (İddiaçı2 və İddiaçı1) təhkim olunduğu “Absheron URF” layihəsi üzrə işlər tamamlandığı üçün ştat ixtisarı nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin işçilərin əmək müqaviləsini AR ƏM –nin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi xahiş olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "xxxx" ASC tərəfindən "xxxx" ASC-də həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 ünvanlanmış “İşçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı” xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə Saipem şirkəti arasında bağlanmış müqaviləyə əsasən mövcud pandemiya şəraitinə görə fəaliyyətin dayandırılması səbəbi ilə işçilərin azaldılması (ixtisar olunması) məqsədə müvafiq hesab edilmişdir. Bu səbəbdən də onlar işçi kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunurlar. Onların Cəmiyyətdə əmək stajları 1 il 6 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən dörd təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. 22 iyul 2020-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 22 avqust 2020-ci il tarixdə başa çatacaq. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən işçi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə götürülmüşdür. İşçi əmək fəaliyyətinə xx.xx.2019-cu il tarixində başlayacaq. Bu müqavilə xx.xx.2019-cu il tarixinədək qüvvədə olacaq. Həmin müqavilənin 4.2-ci bəndinə əsasaən işçi dənizdə növbəli iş üsulu ilə işləyir. 4.3-cü bəndə əsasaən işəgötürənin iradəsindən asılı olmayan səbəblərdən (hava şəraiti, maddi texniki təchizat və s.) dəniz şəraitində işdə boşdayanma hallarına yol verilməməsi məqsədilə illik iş vaxtı normasına riayət edilməklə vaxta müddəti 30 günündən çox olmayan (zəruri hallar istisna olmaqla) müxtəlif müddətli vaxta və vaxtlararası istirahət günləri müəyyənləşdirilən vaxta rejimi təqbiq edilə bilər. 4.4-cü bəndə əsasən otuz dəqiqəlik nahar fasiləsi nəzərə alınmaqla gündəlik iş vaxtının müddəti 12 saatdan (müstəsna hallar istisna olmaqla) artıq ola bilməz. 5.1-ci maddəyə əsasən işçiyə hər ay 2100 manat tarif maaşı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 0008 nömrəli Əmək müqaviləsinə əsasən işçi işə qəbul edilmiş və işə 25 yanvar 2017-ci il tarixdən başlayır və həmin əmək müqaviləsi 25 yanvar 2018-ci il tarixədək müddətdə bağlanır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 0008 nömrəli Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Sazişə əsasən tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il tarixli, 0008 nömrəli Əmək müqaviləsinə aşağıdakı məzmunda əlavə və dəyişikliklər edilsin: 1.1. Müqavilənin iş təklifi əlavəsinin 2 bəndində 4202 AZN sözləri 2553 AZN sözləri ilə əvəz edilsin. İş materiallarında olan iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunmuş Arayışa əsasən iddiaçıların işlədikləri dövrdə "xxxx" ASC tərəfindən ödənilməmiş əmək haqqı kimi İddiaçı2 münasibətdə 141958,42 AZN (gross), İddiaçı1 münasibətdə 122009,94 AZN (gross) təşkil edir. İş materiallarında olan X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı2 İddiaçı1, onların nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və və Vəkil2 "xxxx" ASC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair 2(004)-507/2021 saylı mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin vəsatətinə əsasən X10 Xidmətinin mütəxəssisinin tədqiqata cəlb edilməsi barədə bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti haqqında Əsasnamə”nin 2.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti öz səlahiyyətləri daxilində əmək qanunericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır. Həmin Əsasnamə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti hər hansı ödəncin hesablanması ilə bağlı rəyin verilməsi səlahiyyəti müəyyən edilməmişdir. "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 9/6421 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi ekspertiza tədqiqatı ilə təqdim edilmiş mülki iş materiallarında olan sənədlərə, o cümlədən əmək müqavilələri və əlavə sazişlər, əmək haqqı kartı üzrə bank hesabından çıxarışlar, tabel uçot vərəqələri, hesablama vərəqələri, iddiaçılar tərəfindən təqdim edilən arayış məlumatları, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin mütəxəssis rəyin və müvafiq qanunvericiliyin tələblərinə əsasaən ekspertiza təyini haqqında qərardadda ekspert qarşısına qoyulmuş suallar üzrə cavabdeh "xxxx" ASC tərəfindən İddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməli olan məbləğlər arasındakı fərq məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı2 üzrə: tutulmalar nəzərə alınmadan ümumi hesablanmış məbləğ (gross məbləğ) 141.958,42 AZN, İddiaçı1 üzrə: tutulmalar nəzərə alınmadan ümumi hesablanmış məbləğ (gross məbləğ) 122.009,94 AZN. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli, 9/827 nömrəli təkrar məhkəməmühasibatlıq ekspertiza tədqiqatının nəticəsi olan ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1-ci sual üzrə : Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş birinci sual üzrə bildirilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdelT “Respublika Diaqnostika Mərkəzi" ASC-də işlədikləri dövr, üçün əmək haqqı, son haqq hesabları, tam və düzgün hesablanmamışdır. Belə ki, İddiaçı2 141958.42 AZN, İddiaçı1 122009.94 AZN borc yaranmışdır. 2-ci sual üzrə: Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş ikinci sual üzrə bildirilir ki, İddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanılmış - əmək müqaviləsində 6 günlük -36 saatlıq təqvimin aşkar göstərilməsi nəzərə alınaraq, onlara istehsalat təqviminə və əmək müqaviləsinin şərtlərinə görə əmək haqqı düzgün hesablanmamışdır. Belə ki, İddiaçılar həkim olduqlarına görə, əmək qanunvericiliyinə (Əmək Məcəlləsi maddə 93 və NK-nin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısımın təsdiq edilməsi barədə 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarında olan cədvəlin 3cü bəndinə) əsasən, onlara həftəlik norma 36 saat nəzərə alınmaqla hesablamalar aparılmalı idi. RDM ASC tərəfindən ödənişlərin hesabatı 40 saatlıq həftə və 8 saatlıq gün rejiminə uyğun aparılması göstərilib. İddiaçılar xüsusi qrupa aid peşə sahibləri olduqlarına görə, bu qrupa aid olan peşə sahiblərinə istehsalat cədvəli həftədə 36 saatlıq norma saxlanılmaqla uyğunlaşdırılmalı və ona müvafiq olaraq hesablanmalıdır.Həmin hesablamalar rəyə əlavə olunmuş cədvəl məlumatlarında öz əksini tapmışdır 3-cü sual üzrə: Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş üçüncü sual üzrə bildirilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinin şərtlərinə görə 30 gündən çox olmayaraq vaxta və vaxtalar arası istirahət müddətinin işəgötürən tərəfindən pozulması yəni, istirahət günlərində iş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 109 və 164-cü maddələri ilə tənzimlənir. İddiaçılarla RDM ASC arasında bağlanmış fərdi əmək müqaviləsinə görə, iş vaxtlarının illik cəmlənmiş uçotu tətbiq-edilir. Təqdim edilmiş hesablama cədvəllərində, faktiki olaraq, 4 aydan bir tətbiq edilib. Uçot dövrünün faktiki 4 ay olduğunu və iddiaçıların 4 aylıq uçot dövrü ərzində faktiki iş, saatlarının, 4 ayın tətbiq olunmalı olan həftəlik 36 saatlıq normaya müvafiq aylıq təqvim saatlarından artıq olduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsi 164-ü maddəsinə əsasən, həmin günlərdə maaşın hesablanması maaşdan əlavə gündəlik vəzifə maaşına ikiqat məbləğindən aşağı olmamaqla ödənilməli idi. Belə olan halda iddiaçılar üzrə-yaranmış borc məbləği İddiaçı2 40796.88 manat, İddiaçı1 39769,05 manat təşkil edir. 4-cü sual üzrə: Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş dördüncü sual üzrə bildirilir ki, iddiaçılara əmək şəraiti və əmək funksiyasının xarakteri nəzərə alınmaqla əlavə məzuniyyət günlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə 5 iyul 2004- cü il tarixli 92 saylı qərarın XXXVİİ Səhiyyə bölməsinin 176-cı bəndinə əsasən məzuniyyət günləri nəzərə alınıb, hesablanmalı idi. Məzuniyyət hüququna görə məzuniyyət haqqı düzgün və tam ödənilmədiyindən yaranmış borc İddiaçı2 25257.58 AZN, İddiaçı1 30914.84 AZN təşkil edir. 5-ci sual üzrə: Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş beşinci sual üzrə bildirilir ki, iddiaçılara xaricdə işə görə ezamiyyət xərcləri qanunvericiliyin tələblərinə görə İddiaçı2 xaricə ezamiyyət zamanı orta əməyin saxlanılmasına görə olan hesablama düzgün aparılmadığına görə yaranmış borc məbləği 3281.41 AZN təşkil edir. 6-cı sual üzrə: Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş altıncı sual üzrə bildirilir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə və fərdi əmək müqavilələrinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 əmək haqqlarına işlədikləri müddət ərzində iddiaçılara Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə və əmək müqaviləsinə əsasən, hər ay sahillə əlaqə şəraitindən asılı olmayaraq artımın maksimum əmsalı(NK xx.xx.2002-ci il qərar 137, bənd 4-də göstərilmiş 1.75 əmsalı), gecə vaxtında iş saatları olarsa, hər saata saatlıq tarif maaşının . 20%-i həddində əlavə, iş yerlərinin attestasiya nəticələrinə əsasən, iş yerinin şəraitinin ağırlıq və zərərlilik dərəcəsindən asılı olaraq faktiki iş saatlarına tətbiq edilən əmsal (NK xx.xx.2002-ci il qərar 137, bənd 1-ə müvafiq əmsal) ödənilməlidir. Attestasiya nəticələri təqdim edilmədiyinə görə minimum əmsal (1.04) tətbiq olunaraq hesablanmışdır. 7-ci sual üzrə: Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş yeddinci sual üzrə bildirilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 əmək haqqlarından işlədikləri müddət ərzində hər ay hesablama nəticəsində yaranmış əmək haqqı borcu (İddiaçı2 üçün 141958.42 AZN (gross), İddiaçı1 üçün 122009.94 AZN (gross)) ödənilərkən, dövrünə müvafiq tutulmalar, yəni İddiaçı2 üçün gross məbləğdən(141958.42 AZN) 16848.05 AZN gəlir vergisi, 14881.83 AZN Pensiya fondü, 744.09 AZN İşsizlik sığortasına, Qədiməliyev.Çingiz Bəkir oğlu üçün isə gross məbləğdən (122009.94 AZN) 15866.21 AZN gəlir vergisi., 12954.95 AZN Pensiya Fondu, 647.75 ÄZN İşsizlik sığortasına görə tutulmalar aparılmalıdır. Eyni zamanda, RDM ASC tərəfindən göstərilən tutulmalara müvafiq İddiaçı2 üçün Pensiya Fonduna 21981,23 AZN, işsizlik sığortasına 744,09 AZN, İddiaçı1 üçün isə Pensiya Fonduna 19432,43 AZN, işsizlik sığortasına görə 647,75 AZN tutulmalar aparılmalı idi. 8-ci sual üzrə: Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş səkkizinci sual üzrə bildirilir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinin və fərdi əmək müqavilələrinin şərtlərinə uyğun olaraq cavabdeh “Respublika Diaqnostika Mərkəzi" ASC-nin iddiaçılar İddiaçı2 və İddiaçı1 2019-2020-ci illər üzrə ödənilməmiş əmək haqqı borcu İddiaçı2 141958.42 AZN (gross), İddiaçı1 122909.94 (gross) AZN təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin auditoru X2 26 iyul 2022-ci il tarixli auditor hesabatında qeyd edilmişdir ki: a) İddiaçı2 işlədiyi 2019-cu il yanvar ayından 2020-ci ilin avqust ayınadək olan dövrdə ümumilikdə 152036.86 manat əmək haqqı və digər ödənişlər hesablanmalı idi. Həmin dövrdə Cəmiyyət tərəfindən İddiaçı2 156897.44 manat əmək haqqı və digər ödənişlər (əmək müqaviləsindən və əmək qanunvericiliyindən irəli gələn öhdəliklər üzrə) hesablanmışdır. Eyni zamanda, həmin dövr üçün Cəmiyyət tərəfindən İddiaçı2 əmək qanunvericiliyində və tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmayan 30901.07 manat əlavə məbləğ hesablanmışdır. Beləliklə, əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərindən irəli gələn öhdəliklər Cəmiyyət tərəfindən İddiaçı2 müəyyən hallar üzrə əskik məbləğ hesablanmasına baxmayaraq, digər hallar üzrə artıq məbləğlər hesablandığı üçün son nəticədə həmin şəxsə 486.58 manat (156897.44 – 152036.86) artıq əmək haqqı və digər ödənişlər hesablanmışdır. Yuxarıda qeyd edilən 30901.07 manat məbləğ də nəzərə alınmaqla Cəmiyyət tərəfindən İddiaçı2 cəmi 187798.51 manat (156897.44+30901.97) əmək haqqı və digər ödənişlər hesablanmışdır ki, bu da Cəmiyyətin həmin dövr ərzində qeyd olunan şəxs qarşısında faktiki öhdəliklərindən 35761.65 manat (187798.51 – 152036.86) artıqdır. b) İddiaçı1 işlədiyi 2019-cu il mart ayından 2020-ci ilin avqust ayınadək olan dövrdə ümumilikdə 149141.68 manat əmək haqqı və digər ödənişlər hesablanmalı idi. Həmin dövrdə Cəmiyyət tərəfindən İddiaçı1 187766.52 manat əmək haqqı və digər ödənişlər (əmək müqaviləsindən və əmək qanunvericiliyindən irəli gələn öhdəliklər üzrə) hesablanmışdır. Eyni zamanda, həmin dövr üçün Cəmiyyət tərəfindən İddiaçı1 əmək qanunvericiliyində və tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmayan 37334.30 manat əlavə məbləğ hesablanmışdır. Beləliklə, əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərindən irəli gələn öhdəliklər Cəmiyyət tərəfindən İddiaçı1 müəyyən hallar üzrə əskik məbləğ hesablanmasına baxmayaraq, digər hallar üzrə artıq məbləğlər hesablandığı üçün son nəticədə həmin şəxsə 38624.84 manat (187766.52 – 149141.68) artıq əmək haqqı və digər ödənişlər hesablanmışdır. Yuxarıda qeyd edilən 37334.30 manat məbləğ də nəzərə alınmaqla Cəmiyyət tərəfindən İddiaçı1 cəmi 225100.82 manat (187766.52+37334.30) əmək haqqı və digər ödənişlər hesablanmışdır ki, bu da Cəmiyyətin həmin dövr ərzində qeyd olunan şəxs qarşısında faktiki öhdəliklərindən 75959.14 manat (225100.82 – 149141.68) artıqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin b bəndinə görə əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən xitam edilə bilər: Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71.3-cü işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən:

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; Həmin Məcəllənin 80-ci maddəsinə əsasən: 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən 1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Həmin Məcəllənin 136-cı maddəsinə əsasən bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Həmin Məcəllənin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”na əsasən iş yerindən asılı olmayaraq digər həkimlər üçün qısaldılmış iş vaxtının həftəlik müddəti (saatla) 36 saat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır : əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində 1,04; orta səviyyəsində 1,08; yuxarı səviyyəsində 1,12. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi qərara alınmışdır. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X4 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilməsi qərara alınmışdır. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixli, 700k nömrəli Əmrə əsasən müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi işçilərin sayı ixtisar edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən, xx.xx.2020-ci il tarixli, 701k nömrəli Əmrə əsasən müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi həkim-terapevti işçilərin sayı ixtisar edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. Hazırda İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə dair cavabdeh "xxxx" ASC-nin 22 avqust 2020-ci il tarixli 701K və 700K nömrəli əmrlərinin ləğv edilməsi, iddiaçılara məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə onların vəzifələrinə bərpa edilməsi və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi İddiaçı2 25200 manat və İddiaçı1 22950 manat əəlavə əmək haqqı müəyyən edilərək, ümumilikdə işlədikləri dövrdə ödənilməmiş əmək haqqı kimi İddiaçı2 (141.958,42+25.200) cəmi 167.158,42 AZN və İddiaçı1 (122.009,94+22.950) cəmi 144.959,94 AZN məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 da təhkim olunduğu “Absheron URF” layihəsi üzrə işlər tamamlandığı üçün ştat ixtisarı nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin işçilərin əmək müqaviləsini Azərbaycan Respublikası ƏM–nin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi xahiş olunmuşdur. Habelə iş materiallarında olan xx.xx.2020-ci il tarixli "xxxx" ASC tərəfindən "xxxx" ASC-də həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 ünvanlanmış “İşçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı” xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə Saipem şirkəti arasında bağlanmış müqaviləyə əsasən mövcud pandemiya şəraitinə görə fəaliyyətin dayandırılması səbəbi ilə işçilərin azaldılması (ixtisar olunması) məqsədəmüvafiq hesab edilmişdir. Bu səbəbdən də onlar işçi kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunurlar. Onların Cəmiyyətdə əmək stajları 1 il 6 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən dörd təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. 22 iyul 2020-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 22 avqust 2020-ci il tarixdə başa çatacaq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. "xxxx" ASC-nin "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 699 nömrəli Təqdimatdan görünür ki, "xxxx" ASC həkimlərlə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulan zəruri şərtə əməl etmişdir. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 24 iyul 2020-ci il tarixli Qərarından görünür ki, "xxxx" ASC-nin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 əmək müqavilələrinə 22 avqust 2020-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunvericiliyə uyğun hesab edilmişdir. Bununla da əsaslı olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə "xxxx" ASC arasındakı əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi “İşlədikləri dövrdə ödənilməmiş əmək haqqı kimi İddiaçı2 141.958,42 AZN və İddiaçı1 122.009,94 AZN məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” hissəsində də qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən 2(004)-507/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad qəbul olunaraq cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 işlədikləri müddət ərzində əsas və əlavə iş vaxtları üçün əmək haqqlarının və əlavələrin, məzuniyyət günlərinin və hesablanan məzuniyyət haqlarının, işdən azad olunankən son haqqhesablarının düzgün hesablanaraq ödənilib-ödənilməməsini, həmçinin vergilərin və digər tutulmaların düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin qərardada müvafiq olaraq ekspertiza tədqiqatı aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 9/6421 nömrəli ekspert rəyi daxil olmuşdur. Belə ki, rəydə qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi ekspertiza tədqiqatı ilə təqdim edilmiş mülki iş materiallarında olan sənədlərə, o cümlədən əmək müqavilələri və əlavə sazişlər, əmək haqqı kartı üzrə bank hesabından çıxarışlar, tabel uçot vərəqələri, hesablama vərəqələri, iddiaçılar tərəfindən təqdim edilən arayış məlumatları, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin mütəxəssis rəyin və müvafiq qanunvericiliyin tələblərinə əsasaən ekspertiza təyini haqqında qərardadda ekspert qarşısına qoyulmuş suallar üzrə cavabdeh "xxxx" ASC tərəfindən İddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməli olan məbləğlər arasındakı fərq məbləğləri İddiaçı2 üzrə: tutulmalar nəzərə alınmadan ümumi hesablanmış məbləğ (gross məbləğ) 141.958,42 AZN, İddiaçı1 üzrə: tutulmalar nəzərə alınmadan ümumi hesablanmış məbləğ (gross məbləğ) 122.009,94 AZN-dir. Daha sonra məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərardadda işin düzgün və obyektiv araşdırılması məqsədi ilə ekspert qarşısında bir neçə sualın qoyulmasına baxmayaraq ekspert tərəfindən heç bir sual üzrə araşdırma aparılmamış, suallara aid hər hansı təhlil aparılmamış, sualların heç birinə cavab verilməmişdir. Bundan əlavə ekspert tərəfindən rəyin verilməsi üçün tədqiqat aparılarkən hər hansı riyazi hesablamaların və təhlilin aparılması müəyyən edilmir, sadəcə iddiaçı tərəfindən verilmiş bir arayışda göstərilən nəticələri ekspert öz rəyində təkrarən göstərmişdir. Həmçinin 2(004)-61/2022 saylı mülki iş üzrə 12 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verən ekspert X9 ekspert rəyində göstərdiyi nəticələri əsaslandıra bilməmiş, qərardadda göstərilən sualların heç birinə cavab verməmişdir. Bu baxımdan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-61/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə 2(004)- 61/2022 saylı mülki işi üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli, 9/827 nömrəli təkrar məhkəməmühasibatlıq ekspertiza tədqiqatının nəticəsi olan ekspert rəyinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin ekspert rəyi ilə ümumiyyətlə razılaşmaq olmaz. Belə ki, sonuncu ekspert rəyinin nəticə hissəsi yenə də həm ilkin ekspert rəyi ilə, həm də iddiaçılar tərəfindən təqdim edilmiş arayışda göstərilən nəticələrlə üst üstə düşür. Bundan əlavə 2(004)-61/2022 saylı mülki iş üzrə 11 avqust 2022-ci il tarixli məhkəmə iclasında ifadə verən ekspert X6 öz rəyini ümumiyyətlə əsaslandıra bilməmiş, rəydə göstərilən rəqəmlərin haradan alınması ilə bağlı hansı hesablaşmaları apardığına dair bir fikir söyləyə bilməmişdir. Həmçinin ekspert qərardadda göstərilən yalnız nəzəri sualları cavablandıra bilmiş, riyazi hesablamaların və təhlilin zəruri olduğu suallar üzrə ekspertin cavabları özü tərəfindən verilmiş rəyin nəticələrinə uyğun olmamış, hətta yekunda ekspert rəyinin nəticə hissəsində göstərilən məbləğin (İddiaçı2 141958.42 AZN, İddiaçı1 122909.94 AZN) hansı məbləğlərin cəmi nəticəsində yaranmasını göstərə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 9/6421 nömrəli rəyi həm də 25 noyabr 2021-ci il tarixli, 9/6421 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan "xxxx" MMC-nin auditoru X5 tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli auditor hesabatı əsaslıdır. "xxxx" MMC-nin auditoru X5 məhkəmə iclasındakı izahatı ilə öz rəyini tam əsaslandırmış və həmin hesabat mötəbər sübut kimi qiymətləndirilə bilər. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Məhkəmə həmçinin iddia tələbini “yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli təcili tibbi yardım xidməti göstərən tibb işçiləri kimi İddiaçı2 25200 manat və İddiaçı1 22950 manat əlavə əmək haqqı müəyyən edilərək cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” hissəsində də qanunsuz və əsassız hesab edir. Belə ki, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamı, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarı və Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Sərəncamı bütün həkimlərə deyil, yalnız covid-19 infeksiyası ilə birbaşa mübarizə şəraitində çalışan həkimlərə aiddir. İddiaçılar isə həmin şəraitlə mübarizə çərçivəsində çalışan həkimlər kateqoriyasına aid deyil. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar