Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6158/2025 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Ərizəçi Ədliyyə Nazirliyi Qeydiyyat, Notariat və Reyest Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Tarix Arxivi maraqlı şəxslər qismində cəlb edilməklə "şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında Yasamal Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ədliyyə Nazirliyi Qeydiyyat, Notariat və Reyest Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Tarix Arxivi maraqlı şəxslər qismində cəlb edilməklə "şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması" tələbinə dair ərizə ilə 22 oktyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası tərəflərə məlumat verilməklə 05 fevral 2026-cı il tarixə, saat 15:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, iddia ərizəsinin geri qaytarılaraq, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən cavabdehin işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclas protokoluna imza edilməklə rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən ərizənin qaytarılması barədə ərizə verildiyindən Ərizəçi Ədliyyə Nazirliyi Qeydiyyat, Notariat və Reyest Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Tarix Arxivi maraqlı şəxslər qismində cəlb edilməklə "şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması" tələbinə dair ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi Ədliyyə Nazirliyi Qeydiyyat, Notariat və Reyest Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Tarix Arxivi maraqlı şəxslər qismində cəlb edilməklə "şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi tarixən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6158/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6158/2025
05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver