Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6159/2025 24.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi X16 övladı X12 16 fevral 2007-ci ildə Bakı şəhərində doğması faktının müəyyən edilməsi barədə qətnamə edilməsi və həmin qətnamənin X13 doğum haqqında şəhadətnamə verilməsi üçün əsas hesab edilməsi qətnamədə qeyd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ünvan 1 ünvanında övladları ilə birlikdə yaşayır, həyat yoldaşı X34 hazırda ƏN PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Ərizəçi X34 ilə rəsmi nikahdadır, birgə nikahlarından 4 uşaqları anadan olmuşdur, nikahlarını xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Ərizəçi ilə həyat yoldaşı R.Abbasovun rəsmi nikahları 2014cü ildən olsa da, 2002-ci ildən faktiki nikah münasibətlərinə girmişlər, rəsmi nikah bağlananadək faktiki ər-arvadlıq münasibətlərindən 3 uşaqları olmuşdur. Ərizəçi 2003-cü ildə qızı X29, 2006-cı il tarixdə digər qızı X30, xx.xx.2007-ci il il tarixdə oğlu X18 və 2014cü il təvəllüdlü X24 anadan olmuşlar. Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X6 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində (keçmiş Sovetski adlanan ərazidə) kirayədə yaşadıqları evdə doğmuşdur, maddi imkanları olmadığına görə hamilə vəziyyətində xəstəxanaya gedə bilməmiş və uşağı anası Göyçək Mamedovanın köməyi ilə kirayədə yaşadığı ev şəraitində təbii yolla doğmuşdur. Uşağın bioloji atası hazırda ərizəçinin nikahda olduğu X25r, anası isə özüdür. Anadan olandan oğlu Təhmasib Abbasova doğum haqqında şəhadətnamə almamışdır. Doğuş zamanı orada həkim və tibb işçisi olmamışdır, doğuş tibb müəssisəsindən kənarda baş vermişdir. Ərizəçinin oğlu X7 olduğu vaxtdan son vaxtlara kimi anası və bacıları ilə ünvan 2 ünvanında kirayədə yaşamışdır. Ərizəçinin digər uşaqları: xx.xx.2006-cı il təvəllüdlü X19 və 2014-cü il təvəllüdlü X17 doğum haqqında şəhadətnamə ala bilmişdir, lakin xx.xx.2007-Cİ ildə doğulmuş oğlu Təhmasib Abbasova sənəd ala bilməmişdir. Uşaq doğulandan sonra həyat yoldaşı Abbasov Ramil cinayət törətdiyinə görə həbs olunmuşdur, azadlıqdan məhrum edilmişdir. Ərizəçi doğma oğlu Təhmasib Abbasov heç yerdə təhsil almamışdır, təhsili yoxdur, hərbi xidmətdə olmamışdır, doğum qeydə alınmadığı üçün Təhmasib Abbasovun doğum haqqında sənədi və şəxsiyyət vəsiqəsi yoxdur. X5 doğum haqqında şəhadətnamə və ya sənəd almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət edilmişdir. Maraqlı şəxsndən ərizəçiyə imtina məktubu verilərək, doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi oğlu - xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş X3 rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir, hazırda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin istintaqı aparılır. Ərizəçinin oğlu Təhmasib Abbasovun şəxsiyyət vəsiqəsi olmadığı üçün cinayət işinin istintaqında çətinliklər yaranmışdır, ərizəçinin oğlunun məhkəmə qaydasında doğum faktı müəyyən edilməli və T.Abbasova şəxsiyyət vəsiqəsi verilməlidir. Doğum faktı müəyyən olunan: xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş olmuş X14r. Anası- Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçidır (Şəxsiyyət vəsiqəsi: AA*******). Atası:- Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1983-cü il təvəllüdlü X25r (Şəxsiyyət vəsiqəsi: AA5404469). Doğum faktını doğuşda birbaşa iştirak edən ərizəçinin anası X26 və doğuş prosesində birbaşa iştirak etməsə də, doğuş baş verən zaman həmin evdə olan ərizəçinin atası X35 təsdiq edə bilərlər. Məhkəməyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə verilməzdən əvvəl X31 2007-ci ildə uşağı doğduğu inzibati ərazi üzrə Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, xx.xx.2007-ci il araıcə Bakı şəhəri Yasamal rayon ərazisində doğduğu X13 doğum haqqında sənəd və ya doğum haqqında şəhadətnamə verilməsi tələb olunmuşdur. Maraqlı şəxs Ərizəçi ərizəsinə cavab olaraq xx.xx.2025-ci il tarixli imtina məktubu ünvanlamışdır. İmtina məktubunda ərizəçiyə doğumun qeydiyyata alınması imkan xaricində olduğu bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Uşağın doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəmədə Ərizəçi anası Göyçək Mamedova, atası Uzaqi Məmmədov, qızı Aydan Abbasovanın, həbsdə olan X8 şahid qismində dindirilmələri zəruridir. Tərəflərindən Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanlanmış sorğuya cavab olaraq Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi H.Nuriyev tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 50/2-29823 nömrəli cavab məktubunda Nərimanov RPİ-nin İstintaq X1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanılmış ********* nömrəli .cinayət işinin istintaqının aparıldığı, onun törətdiyi cinayət əməlinin təsviri, PX-nin 3 saylı fcrmtaq Təcridxanasmda həbsdə saxlanıldığı, X8 şəxsiyyətini təsdiq edən sənədin əldə edilməsinin qeyri-mümkünlüyü, istintaq zamanı X8 atasının X34 olduğu, anasının Ərizəçi olduğu, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olduğu, tutuladək anası Ərizəçi və bacıları ilə birgə yaşadığı qeyd olunmuşdur. Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan istintaqla da müəyyən edilmişdir ki, barəsində cinayət təqibi aparılan şəxs xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, X14r, anası Ərizəçidır, X10dur. X18 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində həbsdə olduğundan və ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasmda saxlanıldığından, məhkəmədə onun 3 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi təmin olunmalıdır. Yasamal rayon İcra Hakimiyyəti MKTB-nin 43 saylı MKİS-dən verilmiş xx.xx.2025-ci il tarixli 604 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 5 ünvanında faktiki surətdə yaşayır. Ərizəçi hüquqi əhəmiyyətli fakt olan xx.xx.2007-ci ildə Bakı şəhərində X12 doğması faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən X18 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulduğunu, anasının Ərizəçi, atasının X34 olduğunu, atasının hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, bağçaya, məktəbə getmədiyini, indiyədək sənədinin olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X32 ifadəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi olduğunu, X8 icraatında olan iş üzrə Cinayət Məcəlləsinin 177.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs olduğunu, istintaq zamanı Təhmasibin xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulduğunun müəyyən edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X26 ifadəsində Ərizəçi onun qızı, Təhmasibin isə onun nəvəsi olduğunu, qızının Təhmasibdən başqa Aytən, Aydan, Xədicə adlı 3 qızının da olduğunu, Təhmasibin xx.xx.2007-ci il tarixdə Bakıda Sovetskidə evdə doğulduğunu, doğuşun həyata keçirilməsinə köməklik göstərdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X35 ifadəsində Ərizəçi onun qızı, Təhmasibin isə onun nəvəsi olduğunu, qızının Təhmasibdən başqa Aytən, Aydan, Xədicə adlı 3 qızının da olduğunu, Təhmasibin xx.xx.2007-ci il tarixdə Bakıda Sovetskidə evdə doğulduğunu, doğuş baş verəndə onun da evdə olduğunu, doğuşun həyata keçirilməsinə yoldaşı Mamedova Göyçəkin köməklik göstərdiyini, qızının yoldaşının adının Ramil olduğunu, qızının ilk vaxtlar Ramillə faktiki nikahda olduqlarını, sonradan rəsmi nikaha daxil olduqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X30 ifadəsində Ərizəçi onun anası, Təhmasibin isə onun qardaşı olduğunu, Təhmasibin xx.xx.2007-ci il tarixdə Bakıda Sovetskidə evdə doğulduğunu, atasının adının Ramil olduğunu, 4 uşaq olduqlarını, anası və atasının rəsmi nikaha 2014-cü ildə daxil olduqlarını, qardaşı Təhmasib tutulana qədər bir yerdə yaşadıqlarını bildirdi. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3165/8-15- 3868/25 nömrəli müraciətə cavab məktubuna əsasən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınmasının imkanları xaricində olduğu bildirilmiş, Maraqlı şəxs tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş, AZ-İ 977844 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X34 və X20 xx.xx.2014-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 277 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ababsov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 50/2-29823 nömrəli sorğuya cavab məktubuna əsasən X9 barəsində icraatda AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə olan ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X18 qabaqcadan əlbir olan bir qrup şəxs halında internet sosial şəbəkəsinin “İnstaqram” səhifəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin ona satış məqsədi ilə qanunsuz olaraq göndərəcəyi ünvandan əldə edəcəyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın sonradan pulunu ödəyəcəyi ilə bağlı xx.xx.2025-ci il tarixdə qabaqcadan razılıq əldə etmiş, həmin tarixdə İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxs tərəfindən 01 ədəd qara rəngli sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 3060 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qoyulduğu ünvan 6 ünvanının yaxınlığından birlikdə əldə edib üzərində saxlamış, həmin tarixdə saat 22:35 radələrində Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq, orada video çəkilişdən istifadə etməklə keçirilən baxış zamanı həmin 01 ədəd qara rəngli sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 3060 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixdə X18 tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir və barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. X33 Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. İstintaq zamanı X8 şəxsiyyətini təsdiq edən hər hansı sənədin əldə edib cinayət işinə əlavə edilməsi mümkün olmamışdır. X4 və anası Ərizəçi istintaq zamanı verdikləri ifadələrində göstərdiklərinə və cinayət işinə əlavə edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, X18 valideynləri xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, 20 Yanvar küçəsi, ev 11-də qeydiyyatda olan X21 və xx.xx.1987-ci ildə Ağdam şəhərində anadan olmuş, Ağdam rayonu, Üçoğlan -2 D Baharlı kəndində qeydiyyatda olan Ərizəçi ilə birgə nikahdan xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Təhmasib Ababsov 08 may 2025-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin NMB-nin - əməkdaşları tərəfindən tutulanadək anası Ərizəçi və bacıları ilə birlikdə ünvan 7 ünvanda müvəqqəti kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs X8 şəxsiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə görə cinayət işinin istintaqı üçün vacib əhəmiyyət kəsb edir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyinin 43 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin xx.xx.2025-ci il tarixli, 604 nömrəli arayışına əsasən Ərizəçi Rza Quliyev döngəsi, 1/3 saylı evin, - mənzil ünvanında qeydiyyatsız müvəqqəti olaraq 2 (iki) qızı ilə birlikdə yaşayırlar. Qızları: 2006-cı il təvəllüdlü X30 və 2014-cü il təvəllüdlü X24. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-577/2025 nömrəli qərarına əsasən vəsatət təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələr nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X8 barəsində həbs qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X22 barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin etmənin əvvəli 08 may 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-1324/2025 nömrəli qərarına əsasən vəsatət təmin edilərək, Azərbaycan Respublikası CM-in 177.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs X8 həbsdə saxlanılma müddəti işin mürəkkəbliyi ilə əlaqədar istintaq müddətinin sonunadək, yəni 09 dekabr 2025-ci il tarixədək kimi uzadılmışdır. Məhkəmə ərizəçi və onun nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi ilə X34 2002-ci ildən faktiki nikah münasibətlərində olsalar da, xx.xx.2014-cü tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından Aytən, Aydan, Təhmasib, Xədicə adlı 4 (dörd) övladları dünyaya gəlmişdir. X6 xx.xx.2007ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində (keçmiş Sovetski adlanan ərazidə) kirayədə yaşadıqları evdə anası X2 ilə təbii yolla doğaraq dünyaya gətirmişdir. Hazırda Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X8 Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi və onun nümayəndəsi və vəkilinin izahatlarına, şahidlərin ifadələrinə və iş materiallarına əsasən müəyyən olunur ki, X18 xx.xx.2007-ci il tarixində Bakı şəhərində evdə doğulmuşdur. X10, anası Ərizəçidır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X8 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi xx.xx.2007-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında – X34 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi xx.xx.2007-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında – X34 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı) yazılsın. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X8 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-6159/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6159/2025
24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver