Məhkəmə qərarları › İş №2(004)-617/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-617/2023

23.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-617/2023 23.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxarılmağı barədə cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixində verilmiş əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixində vermiş əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edərək işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər sürücü işləmişdir. Lakin cavabdehlə onun arasında yaranan münaqişə nəticəsində xx.xx.2022-ci il tarixində onu işdən azad etmiş, əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin bu hərəkəti nəticəsində o başqa bir yerdə işlə təmin oluna bilməyəcəyini bilərək məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, işdən çıxarılmağı ilə bağlı verilmiş əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. O, 2021-ci ildə işdən çıxmışdır. Əmri işəgötürəndən istəməmişdir. O, həm sürücü, həm də kuryer vəzifəsində işləmişdir. Qəbzlə bağlı aralarında anlaşılmazlıq olmuş, ona görə onu işdən çıxarmışlar. Maşınlara nəzarət edən İlkin bəylə aralarında mübahisə olmuş və ona demişdir ki, işdən azadsan. Uzun müddət idi ki, əmək kitabçası ilə heç yerə müraciət etməmişdir. “Bravo”ya müraciət edən zaman bildirilmişdir ki, onun adına sistemdə maddə var, həmin maddə silinməsə işə götürülməyəcək. İşdən çıxanda hansı maddə ilə çıxmağını soruşmamışdır. İşdən çıxmaqla bağlı ərizə yazmamışdır. Ona İlkin bəy demişdir ki, sabahdan işə gəlmə, maaş da kartına yüklənəcək. Həmin vaxtdan sonra da işə getməmişdir. Əlavə olaraq iddiaçı izahatında qeyd etmişdir ki, cavabdeh təşkilatda işləmək fikri yoxdur və ona görə də işə bərpa olunmaq həmin müəssisədə istəmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də sürücü kuryer vəzifəsində müddətli (xx.xx.2021-ci il tarixə qədər) olaraq işə başlamışdır. İş matetiallarında olan İşçinin heç bir səbəb göstərmədən işə gəlməməsi ilə bağlı xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, sürücü kuryer vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixində işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən işə gəlməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 39/İR/2021 №-li Əmrdən görünür ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-nin sürücü kuryeri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin HŞ-58-1/2013 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixindən etibarən Cavabdeh MMC şirkəti fəaliyyətini dayandırmışdır. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-nin ləğv olunması və hüquqi varisliyinin olması barədə məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən Cavabdeh MMC-nin hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Cavabdeh MMCdə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla Cavabdeh MMC-nin sürücü kuryeri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli, 39/İR/2021 №-li əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxarılmağı barədə cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixində verilmiş əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmamış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, cavabdeh tərəfə dəfələrlə məhkəmə iclasının yeri vaxtı barəsində məlumat verilməsinə baxmamış, səlahiyyətli nümayəndəsinin məhkəmə prosesində iştirakını təmin etməmişdir. Bundan əlavə, Tezibu” MMC-nin məhkəməyə ünvanladığı HŞ-58-1/2013 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2023cü il tarixindən etibarən Cavabdeh MMC şirkəti fəaliyyətini dayandırmışdır. Lakin məhkəmə tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Tezibu” MMC-nin fəaliyyətinin dayandırılması və ya fəaliyyətinə xitam verilməsi barədə məlumat verilməsinə dair sorğu ünvanlanmış və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-nin ləğv olunması və hüquqi varisliyinin olması barədə məlumat aşkar edilməmiş, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən Cavabdeh MMCnin hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsindən görünür ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İş materiallarında olan sənədlərdən də görünür ki, işgötürən işçi ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərəkən İşçinin heç bir səbəb göstərmədən işə gəlməməsi ilə bağlı xx.xx.2021-ci il tarixli Akta əsaslanmışdır. Buradan da müəyyən olunur ki, özü-özlüyündə bu hal müvafiq iş yerində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməmiş və cəmi bir gün müəyyən səbəbdən işə çıxmamaq cavabdeh təşkilat tərəfindən işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Cavabdeh tərəfindən əksini sübut edəcək hal məhkəməyə təqdim edilməmişdir. Habelə iddiaçının da izahatından görünür ki, iş yerində qəbzlə bağlı rəhbərlik ilə aralarında anlaşılmazlıq olmuş, ona görə onu işdən çıxarmışlar. Maşınlara nəzarət edən İlkin bəylə aralarında mübahisə olmuş və iddiaçıya işə gəlməməyi bildirilmişdir. Bundan sonra isə o işə getməmişdir və hansı qayda ilə işdən azad olmasını soruşmamışdır. İşə hansı səbəbə görə gəlməməsi barədə cavabdehdə məlumat olmasına baxmayaraq işçini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışlar. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli, 39/İR/2021 №-li əmri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırda iddiaçı işə bərpa olunmaq istəmir və bu hal cavabdeh işəgötürən üçün iddiaçını qanunvericilikdə nəzərdə tutulmuş digər əsasla işdən çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 39/İR/2021 №-li əmri ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar