Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6173/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə “işə bərpa tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə “işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, iddia ərizəsində istinad edilən hallardan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı ‘‘əmrin ləğvi və işə bərpa” tələbi ilə əvvəlcədən mediasiya prosedurasına deyil, birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Lakin hazırki, iş üzrə icraat materiallarından da məlum olur ki, iddiaçı tərəfindən mediasiya prosesinə hər hansı müraciət olunmamış, o cümlədən medasiya prossesi barədə arayış iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən həmin iddia ərizəsi 07 sentyabr 2021-ci il tarixdə tərtib edilmişdir. Mediasiya prosesinin məcburiliyi barədə normalar 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Ona görə də o, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə “işə bərpa tələbi”nə dair iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etmir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasını mümkün hesab edir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməli və mülki iş baxılmamış saxlanılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 3-cü maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etməməklə məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. İstinad olunan qanunvericilik aktlarının müvafiq maddələrindən də göründüyü kimi, 01 iyul 2021-ci il tarixdən etibarən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak məcburidir. Qanunvericilik tərəfindən mediasiya sessiyasında iştirak imperativ norma olaraq təsbit edilmişdir. Lakin, iş materiallarından göründüyü kimi sözügedən iddia tələbi üzrə əvvəlcədən hər hansı mediasiya sessiyasında iştirak edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə “işə bərpa tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6173/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6173/2021
14.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver