Məhkəmə qərarları › İş №2(004)-618/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-618/2024

22.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-618/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, əsassız olaraq xx.xx.2023-cü il tarixili Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18- 1-3/3-1-893/20 nömrəli əmrin ləğv edilməsi və Ak.M.A.Mirqasımov adma Respublika Klinik Xəstəxanasına işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Ak.M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası xx.xx.2005-ci il tarixli 46k nömrəli əmri ilə əmək müqaviləsi bağlanmışdır. 18 il həmin xəstəxanada qüsursuz, layiqincə işləmişdir. Sentyabr ayında Ak.M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kadrlar şöbəsindən çağırıldı və ona işdən azad olmağı ilə bağlı ərizəyə imza atmağı tələb etdilər, səbəbini öyrəndikdə isə cavab olaraq “işdən çıxmalısan, xoşluqla ərizəyə imza at işdən çıx, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə səni işdən azad edəcəyik” deyərək xəbərdarlıq etdilər. O, ərizəyə imza atmaqdan imtina etdi. Bundan sonra, onun xəbəri, məlumatı olmadan əsassız olaraq xx.xx.2023-cü il tarixində 18-1-3/3-1-893/20 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərək onu işdən azad etdilər. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icraatda olan mülki işlə bağlı bildirir ki, İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsində təsərrüfat bacısı vəzifəsində işləmişdir. İddiaçının əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə 18-1-3/3-1-893/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70.ç bəndi ilə ləğv edilmişdir. Mübahisələndirilən xitam əmri qanuni və əsaslıdır. İddiaçının ərizəsində qeyd olunanlar tamamilə əsassızdır və iddia rədd olunmalıdır. Beləki, iddiaçı MPM-nin tələbinə və Əmək Məcəlləsinin 296.2-ci bəndi ilə müəyyən olunmuş iddia müddətini buraxmışdır. Elektron kabinetə bu barədə ərizə yerləşdirilib. Qeyd edir ki, Əmək məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri təsbit edilmişdir. Həmin maddənin 296.6-cı hissəsində göstərilib; Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasında heç bir üzürlü səbəb yoxdur. İddiaçı əmək hüquqlarının pozulduğunu hesab etdiyi andan Məhkəməyə müraciət etməli idi. Məhkəməyə hazırlıq iclasında iddiaçı və onun nümayəndəsi iddia müddətinin buraxılmasını əsaslandıra bilməmişdir. İddiaçı ərizədə götərib ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70.ç bəndi ilə xitam verilməsi qanuni deyil. Həmin iddia üzrə bildirir ki, iddiaçıya əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində intizam tənbehinin tətbiqi məqsədilə töhmət verilmişdir. Növbəti intizam məsuliyyətinə cəlb olunmasına səbəb olacaq hərəkətlərə yol verdiyi üçün “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsində təsərrüfat bacısı vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə 18-1-3/3-1-893/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70.ç bəndi ilə ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinin ləğv olunması ilə bağlı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinin də rəyi alınmışdır. İddiaçı ilə bağlı vaxtaşırı olaraq tərtib olunmuş aktlar və iş üçün zəruri sayılacaq digər sənədlər Elektron Məhkəmə sistemi vasitəsi ilə kabinetə yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdehndə təsərrüfat bacısı vəzifəsində işləmişdir. Cavabdeh 22 iyul 2023-cü il tarixli İddiaçı ilə bağlı aktından görünür ki, işçiyə intizam tənbehi verilməsi ilə bağlı əmrdən çıxarışın verilmə biləcəyi izah olunmuşdur. xx.xx.2023-cü il tarixdə 18-1-3/3-1-893/2023 saylı əmrə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/13/2023 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü il, mediasiya üçün müraciətin tarixi xx.xx.2023-cü il və mediasiyanın tarixi isə xx.xx.2023-cü ildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Məcəllənin 296.7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehndə təsərrüfat bacısı vəzifəsində uzun müddət fəaliyyət göstərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə 18-1-3/3-1-893/2023 saylı əmrə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdən əmrdən məlumatlı olduqdan sonra İddiaçı Bakı 13 saylı Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Daha sonra Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/13/2023 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı işə “işə bərpa” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı əmək qanunvericiliyi ilə tənzimlənən məhkəmə müdafiəsindən istifadə etmək üçün müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinə xitam verilməsi barədə əmr 27 sentyabr 2023-cü il tarixdə olmuşdur. Həmçinin mediasiya arayışı xx.xx.2023-cü il tarixində tərtib olunmuşdur. Bununla da Cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası iddia müddəti tətbiq olmaqla təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar