Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-619/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Biləsuvar Rayon Qeydiyyat Şöbəsi və Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində atası qrafasında – X2, anası qrafasında X7 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1966-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. Ona “ASAN Xidmət" Mərkəzi tərəfindən AA******* nömrəli, xxxxxxx FİN nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. İtmiş doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Biləsuvar rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 dekabr 2023-cü il tarixli, 316-5/8-15-480/2023 nömrəli məktubla Biləsuvar rayon Qeydiyyat Şöbəsinin arxivində və Ədliyyə Nazirliyinin informasiya sistemində doğum haqqında akt qeydinin aşkar olunmadığı və akt qeydinin bərpası üçün əsasın olmadığının müəyyən edildiyi, belə olan halda qeydiyyat şöbəsi tərəfindən Ərizəçi doğumu haqqında akt qeydinin bərpa edilməsinin mümkün olmaması və qanunvericiliyin tələblərinə əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun ərizə verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə xx.xx.2024cü il tarixli ərizə ünvanlayaraq, Ərizəçi doğumu haqqında akt qeydinin məhkəmə qaydasında bərpa edilməsinə etirazları olmadığını və işə onların iştirakı olmadan baxılmasını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, onun Biləsuvar rayon qeydiyyat şöbəsinə daxil olmuş doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizəsi araşdırılmışdır. Ərizəçi barəsində Biləsuvar rayon qeydiyyat şöbəsinin arxivində və Ədliyyə Nazirliyinin informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamış və akt qeydinin bərpası üçün əsasın olmadığı müəyyən edilmişdir. Belə olan halda qeydiyyat şöbəsi tərəfindən Ərizəçi doğumu haqqında akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Əlavə olaraq doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli Arayışda qeyd edilmişdir ki, Ərizəçi barəsində Biləsuvar Rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi (Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan 1963-cü ildən 1969-cu ilədək ilkin və 1967-ci ildən bərpa akt qeydi üzrə yoxlanma üzrə) aşkar olunmamışdır. İş materiallarında AZ-İİ seriyalı 326345 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 238415 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İİİ-JQ seriyalı 477882 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1976-cı il tarixdə Səmədabad qəsəbəsində anadan olmuşdur. X1, anası X4r. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, ərizəçi atadan bir, anadan ayrı qardaşıdır. Ərizəçi ilə münasibətləri yaxşıdır. Ərizəçinin evinə gedişgəlişi vardır. Qardaşı Ərizəçi xx.xx.1966-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsini itirməsi barədə məlumatı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Mülki işin materiallarından da görünür ki, Ərizəçi özünün doğum akt qeydinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədin əsli təqdim edilməyinə görə doğum akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. X1, anası X4r. Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1966-cı il, doğulduğu yer Biləsuvar şəhəri, ata qrafasında – X2 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1966-cı il, doğulduğu yer Biləsuvar şəhəri, ata qrafasında - X2 (milliyyəti azərbaycanlı), ana qrafasında - X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-619/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-619/2024
15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver