Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6198/2021 22.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X11 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 15.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək İddiaçı, X11, övladları Cavabdeh Novruz qızı, X17 və X8 ünvan 1, 38 saylı mənzilin iki yataq otağına, bir qonaq otağına, mətbəx və hamam otağına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 05.10.2021-ci il tarixdə cavabdehlər X11 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı, X11, azyaşlı övladları X17, Cavabdeh Novruz qızı və X8 ünvan 1, 38 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq onun sahibliyinə və sərəncamına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahat verərək bildirir ki, ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə mərhum X2na məxsus olmuşdur. X2 vəfat etdikdən sonra həmin mülkiyyət vərəsəlik qaydasında anası Cavabdeh mülkiyyətinə keçmişdir. Həmin yaşayış evi 7 yaşayış otağından ibarətdir. Anası Cavabdeh, qardaşı X12 və bacısı Nümayəndə onu təqsirləndirərək polisə şikayət etmişlər. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-l 158/2021 saylı qərarı ilə onun İddiaçı barəsində başlamış cinayət işinə xitam verilmiş və o, bəraət almışdır. 15 avqusi 2021-ci il tarixində o, işdə olduğu zaman anası Cavabdeh, qardaşı X12 və bacısı Nümayəndə məcburi olaraq onun həyat yoldaşı X11, övladları Cavabdeh Novruz qızı, X17 və X13 öz yaşadıqlarını otaqlardan həmin evdə çıxarmış və baxımsız, təmirsiz bir otağa yerləşdirmişlər. Hal-hazırda o, həyat yoldaşı və övladları baxımsız, təmirsiz bir otaqda yaşamağa məcbur qalmışlar. Həmçinin onlar ona məxsus əmlakları-divan, stol, stul, qarderobu mənimsəmişlər. Artıq 1 aydır ki, cavabdeh onu və uşaqlarını indiyədək nəinki evə buraxmır, hətta, onlara evdən şəxsi əşyalarını götürməyə belə imkan vermir. Bununla bağlı Yasamal rayon 29-cu Polis bölməsinə müraciət etmiş, lakin ona işi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, ünvan 1, 38 saylı mənzil Cavabdeh mərhum yoldaşı X4 adına olmuşdur. Həmin əmlakı o, həyat yoldaşı ilə birgə nikah dövründə əldə etmiş və əri dünyasını dəyişdikdən sonra vərəsəlik əsasında onun mülkiyyətinə keçmişdir. Bu barədə AR ƏM DK DƏDRX tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlak üzərində tam paylı hüququ dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla 02.09.2018-ci il tarixdə qeydiyyata almmışdır. Hazırkı iddia üzrə cavabdehlər və onun azyaşlı övladları Cavabdeh Novruz qızı, X17 və X18 onun mülkiyyətində olan evdə müvvəqəti yaşayırlar. Belə ki, cavabdeh İddiaçı 2015-ci ildə ailə qurarkən əri X1 bildirdi ki, o, bu evdə özünə ev alana və ya kirayəyə çıxanadək müvvəqəti yaşaya bilər. Çünki ondan balaca qardaşı bu evdə öz ailəsi və valideyinləri ilə yaşayır. Novruz isə əvvəl razılaşsa da, atası dünyasını dəyişdikdən sonra evdən çıxmaq istəməmiş, hətta anasına qarşı iddia qaldıraraq evin digər otaqlarına da daxil olmaq istəmişdir. Nə Cavabdeh, nə də onun həyat yoldaşı tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərə mənzildə yaşamaları üçün heç bir hüquq verici sənəd və ya notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq verilməmişdir. Əlavə olarq bildirir ki, o, mülkiyyətçi kimi öz evində sərbəst yaşaya bilmir. Cavabdehlər çox münaqişəli ailədir. İddiaçıya və onun ailə üzvlərinə mənzilin əsas qapısından girib-çıxmağa maneələr törədir və o, xüsusi mülkiyyətində ciddi maneələrlə təhqirlərlə evdə yaşamalı olur. Onlara mənzili könüllü tərk etmələrini xahiş etsə də, sözlərinə məhəl qoyulmamış, mənzili boşaltmamışlar. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İlkin iddianın rədd, qarşıqlıqlı iddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X11 izahat verərək bildirmişdir ki, o, ilkin iddia üzrə iddiaçının həyat yoldaşıdır. ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə mərhum qaynX2na məxsus olmuşdur. O, vəfat etdikdən sonra həmin mülkiyyət vərəsəlik qaydasında qaynanası Cavabdeh mülkiyyətinə keçmişdir. Həmin yaşayış evi 7 yaşayış otağından ibarətdir. Uzun müddətdir ki, o, həyat yoldaşı və uşaqları ilə birlikdə həmin evdə yaşayır. Lakin qaynanası suni narazılıqlar yaradır və nəticədə ailədə münaqişələr olur. Artıq 1 aydır ki, cavabdeh onu və uşaqlarını indiyədək nəinki evə buraxmır, hətta, onlara evdən şəxsi əşyalarını götürməyə belə imkan vermir. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olumasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X11 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfinfən verilmiş 07.09.2021-ci il tarixli, 319 nömrəli arayışa əsasən İddiaçı ünvan 1, 38 saylı mənzildə qeydiyyatdadır, X11, Cavabdeh Novruz qızı, X17 və X18 isə həmin mənzildə qeydiyyatsız yaşayır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2016-cı il tarixli, AZ-İİ № 098812 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və X3 12.03.2016-cı ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əzimov, arvada Əzimova soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17.03.2018-ci il tarixli, AZ-İV 099515 seriyalı doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahdan 09.03.2018-ci il təvəllüdlü X17 adlı övladları vardır. İş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17.03.2018-ci il tarixli, AZ-İV 099514 seriyalı doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahdan 09.03.2018-ci il təvəllüdlü X18 adlı övladları vardır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.03.2016-cı il tarixli, AZ-İİİ 707889 seriyalı doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahdan 07.11.2015-ci il təvəllüdlü Cavabdeh Novruz qızı adlı övladları vardır. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 030723 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 1, 38 saylı mənzil tam mülkiyyət hüququ üzrə X6 mülkiyyətində olmuş və bu barədə 04.09.1996-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan birinci tərəfdən Cavabdeh ilə ikinci tərəfdən X15, X16, Nümayəndə, İddiaçı arasında notarial qaydada bağlanmış 28.08.2016-cı il tarixli miras payın bağışlanma müqaviləsinin surətinə əsasən X15, X16, Nümayəndə, İddiaçı 28.08.2016-cı il tarixli, 2V/621 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ünvan 1, 38 saylı mənzilin onlara məxsus olan paylarını Cavabdeh bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1, 38 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir və bu barədə 02.09.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh oğludur. Qarşılıqlı iddia üzrə cavabdeh X11 isə ilkin iddia üzrə iddiaçının həyat yoldaşı, cavabdehin isə gəlinidir. Onların birgə nikahdan üç uşağı olmuş və hazırda onlar birgə nikahdan olan uşaqları ilə birlikdə mübahisə predmeti olan evdə yaşayırlar. Mübahisə predmeti olan mənzil ilkin iddia üzrə iddiaçının atasının mülkiyyətində olmuşdur. Qanun üzrə vərəsələr, o cümlədən, ilkin iddia üzrə iddiaçı mirasda olan payını Cavabdeh bağışlamışdır. Hazırda ilkin iddia üzrə iddiaçı onun və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələrini, qarşılıqlı iddia üzrə iddiaçı isə ilkin iddia üzrə iddiaçı və onun ailə üzvlərinin əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılmalarını xahiş edir. Məhkəmə ilkin iddianı əsassız hesab edir . Belə ki, AR Mülki Məcəlləsinin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnu, o cümlədən istifadə hüququnu nizamlayan 226-237-ci maddələrində «yaşayış sahəsi üzrə istifadə qaydasının müəyyən edilməsi» kimi anlayışı nəzərdə tutmamışdır. Məhkəmə qeyd edir ki, yaşayış binasının tərkib hissəsinin vahidi (konkret olaraq hər hansı bir yaşayış otağı) ilə əlaqədar yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin (şəxslərin) istifadə hüququnun müəyyən edilidyi halda, evin mülkiyyətçisinin (mülkiyyətçilərinin) və digər istifadəçilərinin həmin yaşayış otağı üzərində istifadə hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə həmçinin qeyd edir ki, uşaqların yaşayış yeri onların valideynlərinin yaşadığı yer hesab olunur. İlkin iddia üzrə iddiaçı izahatında da bildirmişdir ki, ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, X11, azyaşlı övladları X17, Cavabdeh Novruz qızı və X8 mübahisə predmeti olan mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, X11 qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvü deyil və onun həmin mənzilə hüququ yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətində olan əmlakı başqalarının qanunsuz sahibliyindən geri tələb edə bilər. Lakin cavabdeh İddiaçının ailə üzvü olduğu, həmçinin həmin mənzildə miras payını bağışlayanadək yaşadığından həmin mənzilə istifadə haqqı mövcuddur və o, mənzildən kompensasiya ödənilmədən çıxarıla bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynananın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı İddiaçı, X11, övladları Cavabdeh Novruz qızı, X17 və X8 ünvan 1, 38 saylı mənzilin iki yataq otağına, bir qonaq otağına, mətbəx və hamam otağına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi barədə ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, X11 ünvan 1, 38 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı İddiaçı, X11, övladları Cavabdeh Novruz qızı, X17 və X8 ünvan 1, 38 saylı mənzilin iki yataq otağına, bir qonaq otağına, mətbəx və hamam otağına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. X11 ünvan 1, 38 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6198/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6198/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver