Məhkəmə qərarları › İş №2(004)-62/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-62/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-62/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “borcun qaytarılması” tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 (əlli min) manat əsas borcun, qətnamə qəbul olan günədək bank faiz dərəcəsi əsas götürülməklə ümumi məbləğin 15%-i həcmində iki illik 15000 faiz pulunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı arasında olan 50000 manat borcu təsdiq edən 17.07.2019-cu il tarixli qəbzin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 50000 manat əsas borcun, AR MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən hər il vurduğu zərərə görə ümumi borcun 5 faizi həcmində - 2017-ci ilin iyun ayından 2021-ci ilin iyun ayına kimi 10000 manat gecikdirməyə görə faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdeh H.Mirisrəfil 12.09.2020-ci il tarixində barışıq əldə olunduğu üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Borcu qaytaracağını bildirmişdir. Hazırda iddia tələbini müdafiə edir. Məhkəmədən iddiaçı Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmənin 07 aprel 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında tərəflər arasında bağlanmış müqavilənin etibarsız olduğunu, qəbzdəki imzanın Cavabdeh aid olmadığını bildirmiş, məhkəmədən İddiaçı Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 17.07.2019-cu il tarixli qəbzə əsasən görünür ki, Cavabdeh İddiaçı 50000 manat məbləğində borc aldığını və borcu sentyabr ayı ərzində tam bağlayacığını öz imzası ilə təsdiq etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-62/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 31 may 2021-ci il tarixli, 4/493 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş 2(004)-62/2021 nömrəli mülki işin 9-vu vərəqəsində olan 17.07.2019-cu il tarixli qəbzdə “17.07.2019 il” yazıları önündə imza, i/v 33-də olan 12.09.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə Cavabdeh tərəfindən ünvanlanmış ərizədə “Həsənov.M.M” soyadı önündəki imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ 50000 manat borcun qaytarılması və illik 5 faizlə dəymiş 10000 manat ziyanın tutulması” tələbinə dair iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh aldığı borcu öz imzası ilə təsdiq etmişdir. Ekspert rəyinə əsasən imzanın Cavabdeh oğluna aid olduğu təsdiq edilmişdir. İddiaçı borc müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müvafiq sənədin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh 50000 (əlli min) manas əsas borc və ümumi borcun 5%- həcmində 2017-ci ilin iyun ayından 2021-ci ilin iyun ayına kimi 10000 (on min) manat gecikdirməyə görə faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında olan 50000 (əlli min) manat borcu təsdiq edən 17.07.2019-cu il tarixli qəbzin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış 126 (yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar