Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-62/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi X3, iddiaçının vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Araş firmasına qarşı keyfiyyətsiz əmlakın geri qaytarılması və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aldığı Kandella markalı lazer aparatının (GentleLASE Plus) geri qaytarılması, 35000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ixtisasca həkimdir. Gəlirini artırmaq üçün əsas işindən sonra, insanların üzündə və görkəmində gözəllik yaratmaq məqsədilə CL3193 markalı lazer aparatı almaq istəmiş, internet saytlarının birində həmin aparatın satıldığı elanı oxumuş, göstərilən telefon nömrəsinə zəng edib Cavabdeh1 ilə danışaraq, aparata baxıb qiymətini dəqiqləşdirmək istəyini bildirmişdir. Cavabdeh1 aparatın ünvan 1 ünvanda yerləşən və onun yaxını olan Cavabdeh2 məxsus olan “Esmira gözəllik studiosu”nda olduğunu bildirərək həmin ünvana gəlməsini istəmişdir. Daha sonra aparata həmin ünvanda baxmış və aparatın nə dərəcədə işlək vəziyyətdə olması barədə cavabdehlərlə sorğu-sual etmişdir. Aparatın faktiki sahibi, vergi ödəyən və "xxxx" servis xidmətində adı keçən Cavabdeh2 ilə dili qüsurlu olduğundan (kəkələmə) söhbət edə bilməmişdir. Cavabdeh1 aparatın servis xidmətinin "xxxx" firması tərəfindən aparıldığı barədə məlumat vermiş və 35.000 manata satacağını bildirmişdir. Bir gün sonra cavabdeh "xxxx" firmasının ustası və həmin aparata xidmət edən Elsevəri dəvət etmişdir. Elsevər onun iştirakı ilə aparata kənardan baxış etdikdən sonra, işlək olduğunu deyərək sözlə zəmanət vermişdir. Cavabdeh də eyni sözləri vermişdir. Mütəxəssis qismində dəvət olunmuş ustanın və cavabdehin bu sözlərinə inanıb, həmin aparatı almaq istəyini qətiləşdirmiş, xx.xx.2019-cu il tarixində atası X5 ilə birlikdə ilk olaraq cavabdehlərə 31.000 manat, bir ay ərzində isə Cavabdeh2 qalan 4.000 manatı vermişdir. Daha sonra Cavabdeh2 300 manat icarə haqqı ödəməklə aparat obyektdə qalmaqla onun hesabına işlədilməli olmuşdur. xx.xx.2019-cu il tarixdə aparat xırda nasazlıq səbəbindən işləməmiş, servisdən usta dəvət edib özü 170 manat xərc çəkib aparatı düzəltdirmişdir. Lakin, 35.000 manata aldığı aparat 2 ay 6 gün işlədikdən sonra, yəni may ayının 08-də nasazlıq səbəbindən dayanmış, cavabdehə bu barədə dedikdə Elsevəri çağırmışdır. Elsevər aparata baxış keçirdikdən sonra xeyli, cəmi 5.500 manat xərci olduğunu söyləmişdir. Cavabdehlərə vermiş olduğu zəmanət sözlərini xatırlatmış, onlar isə texnikaya cavabdehlik edə bilməyəcəyini söyləmişdir. Sonradan apardığı araşdırtmalar göstərdi ki, həmin dəyişiləcək hissələrin işləmə müddətinin bitməsinə çox az müddət qaldığı halda, cavabdeh aparatı satarkən bunları bilərəkdən gizlədərək aldatmışdır. Bununla da cavabdeh 5.500 manat xərci onun üzərinə qoymuşdur. Belə olan halda məsələyə atası qarışmış və cavabdehlə olan söhbətlərində kompromisə gedərək yarı-yarı pul qoymaqla, aparatı düzəltdirib satmağa, yaxud cavabdehin aparatı geri götürməsi üç aya bitməli və aparatı geri alarkən verdiyi 35.000 manat pulu, üstəgəl təmir üçün verilən 2.500 manat, ümumilikdə 37.500 manatın cavabdeh tərəfindən ona qaytarılacağı haqqında razılaşmışlar. xx.xx.2019-cu il tarixində aparat tam düzəldilib fəaliyyətə başlamışdır. Cavabdeh razılaşmadan tam imtina edərək, aparatın qüsurlarının aradan qaldırılması üçün, cəmi 5180 manat məbləğində çəkdiyi xərcin onun üzərində qaldığını və 35.000 manat pulun qaytarılmayacağını, aparatı da geri götürməyəcəyini bildirmişdir. xx.xx.2019cu il tarixdə hadisə ilə əlaqədar olaraq Yasamal rayon polis idarəsinə müraciət etmiş, aparılmış araşdırma nəticəsində xx.xx.2019-cu il tarixdə Yasamal RPİ-nin İŞ tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar qəbul edilmişdir. Məcbur olub məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. xx.xx.2020-ci il tarixdə "xxxx" servis firması tərəfindən verilən 0675 nömrəli nasazlıq aktına əsasən GL3193 seriya nömrəli aparatın təmir xərcinin təxminən 20.000 manatdan çox ola biləcəyi bildirilmiş, eyni zamanda aparat 1999-cu ildə istehsal olduğundan və bütün əsas hissələrin istismar müddətinin başa çatdığından, təzə qoyulan hissələrin köhnələrlə müəyyən texniki səbəblərdən uyğunlaşmadığına görə 20000 manat xərcin bu aparata qoyulması mütəxəsislər tərəfindən məsləhət bilinməmişdir. Hansı ki, "xxxx" serviz xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli zəmanət şərtlərində bəzi hissələrə 1 il zəmanət müddəti verilmiş, zəmanət müddətinin başa çatmasına 3 ay qalmış həmin hissələr xarab olmuş, lakin "xxxx" serviz xidməti həmin aparatı təmir etməkdən imtina etmişdir. Səbəb isə aparatın köhnə olduğu və gələcəkdə qoyulacaq yeni hissələrin də tez bir zamanda sıradan çıxacağı idi. Cavabdehlər konkret olaraq qadınlığından, rəftarından və vicdanlı alıcı olduğundan istifadə edərək "xxxx" serviz xidmətinin rəisi Elsevər adlı şəxsin köməyi ilə 1999-cu ildə istehsal olunmuş, istismar müddəti bitmiş, tam yararsız vəziyyətdə olan və texniki pasportu olmayan CL 3193 seriyalı aparatı ona sataraq və bu ciddi çatışmamazlıqları bilərəkdən ondan gizlədərək, onu aldadtmış və 35000 manat pulunu ələ keçirməyə nail olmuşdular. Eyni zamanda aparatı aldığı 18 ay müddət ərzində 9 ay sınıq vəziyyətdə işləmiş, işlədiyi 9 ay müddət ərzində, xx.xx.2020-ci il tarixə qədər servizə 10000 manatdan artıq xərc qoymuşdur. Bu aparatın bərpası üçün yenidən 20000 manat xərc qoyulsa, bu 30000 manat edir. Bu da yalnız servis xidmətinin qazancı deməkdir. İcarə haqqını hər ay üçün 400 manatdan hesab etsə, 18 ay üçün 7000 manat edir. Nəticə olaraq dəymiş ziyanın miqdarı 72000 manat olmuş olur. xx.xx.2019-cu il tarixdə xırda nasazlığı təmir olmuş aparatı 08.052019-cu ildə, yəni 2 aydan sonra xarab oldu və 5180 manat məbləğində xərc kəkib təmir etdirib xx.xx.2019-cu il tarixində işə salmış, yenidən 9 ay sonra nəticə olaraq xx.xx.2020-ci il tarixdə aparat tam dayanmış və tam sıradan çıxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı, Cavabdeh1 aldığı lazer aparatını istifadə etdikdən təxminən 2 ay sonra aparatda nasazlıqlar yaranmağa başlamış, iddiaçı tərəfindən bu barədə cavabdehə bildirilsə də, cavabdeh ilk öncə ona aparatın təmiri üçün lazım olan puldan köməklik edəcəyini bildirmiş, lakin sonradan bu vədindən yayınmışdır. Bu səbəbdən də, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəməyə müraciət etmiş, Cavabdeh1 “Kondella" lazer aparatının təmir olunması üçün xərclənən 5180 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan başqa tərəflər arasında məhkəmə çəkişməsi davam edərkən, iddiaçının aldığı Kandella markalı lazer aparatı (GentleLASE Plus) avadanlıqda yaranmış olan digər qüsurlar səbəbindən (nasaz olan hissələr - kristal, fıber və fokus linzalar. Ehtiyyat hissələrin qiyməti kristal- 20000 AZN, fıber- 5000 AZN, fokus linzalar- 590 AZN) xx.xx.2020-ci il tarixdən bugünkü günə kimi istifadəyə yararsız haldadır. Həmin qüsurlarında aradan qaldırılması üçün 20000 manatdan artıq vəsait tələb olunur. Göründüyü kimi cavabdeh iddiaçıya yararsız mal satmışdır. Eyni zamanda sözü gedən bu hallar iş materiallarında olan Araş firmasının rəyi və aktı ilə də təsdiq edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı cavabdehlərdən lazer aparatını alarkən aparatın köhnə olmasından xəbəri var idi. Lazer aparatının buraxılış ili aparatın üzərində qeyd olunmuşdur. Aparata düzgün və vaxtında qulluq edilməyib, bu səbəbdən də detallar sıradan çıxıb. Həqiqətən də, cavabdehlərin xaricə getmək fikirləri olmuşdur, sonradan onlar bu qərarlarından daşınmışdırlar. Əgər aparat xarab vəziyyətdə iddiaçıya satılmış olsa idi, cavabdehlərin onu öz salonlarında saxlaması heç bir məntiqə sığmır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 2018-ci ildə "xxxx" firmasının vasitəçiliyi ilə sözü gedən aparatı almışdır. Aparat istifadə olunmuş yəni, işlənmiş aparat idi. Bankdan kredit götürərək lazer cihazını əldə etmişdir. Bir müddət sonra həmin lazer aparatını istifadə edən xanımlardan biri işdən çıxmış və bu səbəbdən həmin aparatı əldə etmək üçün bankdan götürdüyü borcu ödəmək çətinləşmişdir. LAZER adlanan CL3193 markalı cihazı internet vasitəsi ilə satmaq qərarına gəlmişdir. Bir müddət sonra iddiaçı Gülay xanım telefon vasitəsi ilə zəng edib cihaza baxmaq istədiyini bildirmiş, cihaza baxdıqdan sonra isə bəyəndiyini və alacağını demişdir. Cihaz Gülay xanıma satılarkən orada "xxxx" firmasının əməkdaşı olan Tahir müəllim də iştirak edirdi və tərəfindən lazer aparatının işlək vəziyyətdə olduğu barədə akt da tərtib olunmuşdur. Həmin lazer aparatı 2 ay 14 gün müddətində dayanmadan işləyirdi. Aparatda problem yarandıqdan sonra isə Tahir müəllim gəlmiş və cihaza baxış keçirmiş, bu zaman Tahir müəllim bildirmişdir ki, cihaza baxılmamış hazırki problem də bununla bağlıdır. Həmin cihazda “linza” adlanan hissəsin pis vəziyyətə düşmüşdür. Bundan əlavə LAZER adlanan CL3193 markalı aparat iddiaçıya satılarkən ili və markası bildirilmiş və sənədi təqdim edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3044/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5180 AZN məbləğində pulun və ödədiyi 31 manat dövlət rüsumunun alınıb ona verilməsi və cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilərək Prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə ilə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh1 “Kondella" lazer aparatının təmir olunması üçün xərclənən 5180 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya baxışı zamanı iş materiallarında olan lazer aparatının texniki göstəricilərini özündə əks etdirən fotoşəkildən müəyyən olunmuşdur ki, "Kondella" adlanan 3193 seriya nömrəli Lazer aparatı 1999-cu ildə istehsal olunmuşdur. Bakı Apellyasiya Məhəkəməsinin 2(103)-3119/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə lazer aparatının alğı-satqı zamanı texniki saz olub-olmaması və aparatdakı qüsurların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməməsinin səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, həm ekspert, həm də mütəxəssis ekspertizanın aparılması üçün gəlmiş və lazer aparatını tədqiq etməyə başlamışlar, lakin cavabdehin nümayəndəsi olan vəkil buna imkan verməmiş, ekspertlə mübahisə etməyə başlamış, bu zəmində orada səs-küy və davadalaş yaranmış, bundan sonra ekspert və mütəxəssis tədqiqatın aparılması mümkün olmadığından çıxıb getmişlər. Nəticədə ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4663/2021 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İşin birinci, apellyasiya və kassasiya baxışları zamanı müəyyən olunmuş mübahisəsiz hallarına əsasən, xx.xx.2019-cu il tarixli qəbzlə X4 “Kondella" adlanan Lazer aparatını 35.000 manata İddiaçı satmış, qeyd edilən aparat İddiaçı istifadəsinə keçmiş, İddiaçı 30.400 manat pulu cavabdehə vermiş və 4.600 manat borclu qalmışdır. Qalıq borcdan xx.xx.2019-cu il tarixdə 1600 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat və xx.xx.2019- cu il tarixdə 1000 manat verilmişdir. İddiaçı Cavabdeh1 aldığı lazer aparatını sonuncunun həyat yoldaşının işlətdiyi ünvan 2 ünvanda yerləşən "Esmira" gözəllik salonunda istifadə etdikdən təxminən 2 ay sonra aparatda nasazlıqlar yaranmağa başlamış, aparata baxış keçirmiş mütəxəssis onun normal işləməsi üçün daha bir neçə detalının dəyişilməli olduğunu bildirdikdə İddiaçı qeyd olunan məsələnin çoxlu xərc tələb edəcəyini düşünüb Fərhada aparatını geri qaytarmasını bildirərək ondan pulunu geri qaytarmasını tələb etmiş, bununla da tərəflər arasında mülki xarakterli mübahisə yaranmışdır. 25 05.2019-cu il tarixdə vətədaş İddiaçı Yasamal RPİ-yə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X6 xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarı ilə tərəflər arasında olan mübahisənin mülki xarakterli olması və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edərək, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsini təmin edərkən hesab etmişdir ki, “Kondella” lazer aparatının 1999-cu il buraxılışlı olması, Cavabdeh1 həmin aparatın təmirinə çəkilən xərcləri mübahisələnidirməməsi, cavabdeh tərəfin aparatdakı qüsurların nə vaxt və hansı səbəbdən yaranmasının müəyyən olunması üçün keçirilən ekspertizaya maneçilik törətməsi MPM-in 77.1 və 106.2-ci maddələrinin tələbləri baxmından İddiaçı iddia tələbinin təmin olunmasını tam əsaslı edir. Cavabdeh tərəfin işin hərtərəfli araşdırılmasına - hazırkı işin həlli üçün mühüm sübuti əhəmiyyət kəsb edən ekspert rəyinin alınmasına (ekspertizanın keçirilməsinə) mane olması Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsin təsiri altına düşür, başqa sözlə, iddiaçı tərəfi lazer aparatının ona satılarkən qüsurlu olmasını sübut etmə vəzifəsindən azad edir. Bakı şəhəri Yasamal Rayon Məhəkəməsinin 2(004)-62/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və "xxxx" Firmasının ekspertlərinə (mütəxəssislərinə) tapşırılmaqla, Kandella markalı lazer aparatının (GentleLASE Plus) alqı-satqı zamanı və hazırda işlək olub-olmamasının, sonradan aşkar olunan qüsurların hansı səbəbdən olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" firmasının Servis xidmətinin mühəndisi T.Tahirov tərəfindən verilmiş rəydən və əlavə olunmuş 3778 saylı xx.xx.2022-ci il tarixli nasazlıq aktından görünür ki, Kandella markalı lazer aparatı (GentleLASE Plus) hazırda texniki cəhətdən işlək vəziyyətdə deyil. (nasaz olan hissələr - kristal, fıber və fokus linzalar. Ehtiyyat hissələrin qiyməti kristal- 20000 AZN, fıber- 5000 AZN, fokus linzalar- 590 AZN) Avadanlıqda yaranmış olan qüsurların mənbəyi kimi hissələrin köhnəlməsi, texniki amortizasiya və aşınma (avadanlığın buraxılış ili 1999-cu il) olması kimi şərtlər nəzərə alına bilər. Qeyd edilən avadanlıq yaranmış olan mövcud nasazlığa görə xx.xx.2020-ci il tarixdən bugünkü günə kimi istifadəyə yararsız haldadır. Beləliklə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı, Cavabdeh1 aldığı lazer aparatını istifadə etdikdən təxminən 2 ay sonra aparatda nasazlıqlar yaranmağa başlamış, iddiaçı tərəfindən aparatın müəyyən hissələrinin dəyişdirilməsi ilə bağlı çəkilmiş xərclərinin dəyəri, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilərək Cavabdeh1 “Kondella" lazer aparatının təmir olunması üçün xərclənən 5180 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan başqa tərəflər arasında məhkəmə çəkişməei davam edərkən, iddiaçının aldığı Kandella markalı lazer aparatı (GentleLASE Plus) avadanlıqda yaranmış olan digər qüsurlar səbəbindən (nasaz olan hissələr - kristal, fıber və fokus linzalar. Ehtiyyat hissələrin qiyməti kristal- 20000 AZN, fıber- 5000 AZN, fokus linzalar- 590 AZN) xx.xx.2020-ci il tarixdən bugünkü günə kimi istifadəyə yararsız haldadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə görə isə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və satıcıdan əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən mühüm qüsur dedikdə — maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur nəzərdə tutulur. Həmin Qanunun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə isə satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən Cavabdeh1 tərəfindən İddiaçı istismar müddəti bitmiş, təyinatına müvafiq surətdə istifadə olunması qeyri-mümkün olan, aradan qaldırıla bilməyən və ya aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edilən qüsurları olan Kandella markalı lazer aparatının (GentleLASE Plus) satılmasını, digər cavabdeh X1 mübahisəli lazer aparatının iddiaçıya satılması ilə bağlı təqsirinin müəyyən edilməməsini nəzərə alıb, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Kandella markalı lazer aparatı (GentleLASE Plus) Cavabdeh1 qaytarılmalı və Cavabdeh1 aparata görə ödənilmiş 35000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödəniməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Kandella markalı lazer aparatı (GentleLASE Plus) Cavabdeh1 qatarılmaqla, Cavabdeh1 Kandella markalı lazer aparatın (GentleLASE Plus) dəyəri olan 35000 (otuz beş) manat pul məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-62/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-62/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver