Məhkəmə qərarları › İş №2(004)-620/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-620/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-620/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə iddiaçının vəkili Vəkil1 İsmail oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanındakı yaşayış sahəsinə istifadə hüququnun tanınması, onun və onun və azyaşlı uşaqları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X6 Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanındakı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanındakı ayrıca girişi olan, üç otaqdan, ayrıca sanitar qovşağından ibarət ümumi sahəsi 69,32 m2 olan yaşayış sahəsinə istifadə hüququnun tanınması, onun və azyaşlı uşaqları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X6 Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanındakı ayrıca girişi olan, üç otaqdan, ayrıca sanitar qovşağından ibarət ümumi sahəsi 69,32 m2 olan yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ünvan 1 saylı evdə olan yataq dəsti mebeli, künc divan, çilçıraq, xalça, stol-stul, tozsoran, soyuducu, paltaryuyan, qab-qacaq və digər əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı izahat verərək bildirir ki, xx xxxxxx 2015-cı ildə birgə Cavabdeh1 ilə rəsmi nikaha daxil olub, birgə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvan 1 ünvanındakı yaşayış sahəsinə gəlin köçmüşdür. Həmin ünvanda ümumi həyətdir və onun da gəlin köçdüyü yaşayış sahəsi daxil olmaqla bir neçə yaşayış sahəsi yerləşir. Onun Cavabdeh1 ilə nikahdan iki övladımı var, xx.xx.2017-ci ildə doğulmuş X12 və xx.xx.2019-cu ildə doğulmuş X11, xx xxxx 2020-ci ildə cavabdehlər onu iki azyaşlı uşağı ilə birlikdə yaşadığı ünvan 1 ünvandakı yaşayış sahəsindən qovmuş və yaşayış sahəsinin açarını dəyişərək onu və azyaşlı uşaqlarını həmin yaşayış sahəsinə buraxmırlar. Eyni zamanda cavabdehlər onun və azyaşlı uşaqlarının həmin mübahisəli yaşayış sahəsində yaşaya bilməməsi üçün yaşayış sahəsinin suyunu, qazını və elektrik enerjisini kəsmişlər. Lakin bildirir ki, onun bütün cehiz əşyaları mübahisəli yaşayış sahəsində qalmışdır. Uşaqlarının hər ikisi həmin evdə qeydiyyatdadırlar və hazırda onunla bir yerdə yaşayırlar. Dadaş Bünyadzadə küçəsi 73 ünvanındakı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının vəkili Vəkil1 İsmail oğlu izahat verərək bildirir ki, iddia tələbi hüquqa əsaslanır, iddiaçı həmin mənzildən işıq, qaz və suyu kəsilərək oradan qovulub. Evin status məsələsini qarşı tərəf özbaşına tikili kimi bildirsə də, evin statusuna dair sənədləri, evin layihəsini təqdim etmişdir. İddiaçının 2 uşağı var və həmin evə qeydiyyatdadırlar. İlkin iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahat verərək bildirir ki, həmin evi o, özü tikmişdir iddiaçıya aidiyyatı yoxdur. Yaşamaq üçün müvəqqəti olaraq qardaşına vermişdir. Kommunal xərclər onun adınadır, işığı qazı və suyu o kəsmişdir. Evin ona aid olduğuna dair hüquqi sənədi yoxdur, iddiaçı həmin evdə 2016-cı ildən yaşayır. İlkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahat verərək bildirir ki, həmin ev onun deyil. Qardaşı Cavabdeh2 tikib. Öz evi olsa qəbul edərdi, amma ev onun olmadığı üçün qərar verə bilmir,buna görə də köçürülmə tələbi ilə razı deyil. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 izahat verərək bildirir ki, iddiaçının həmin mənzilə iddia hüququ əsassızdır. Onların bir yerdə yaşaması münaqişə cəhətdən mümkün deyil. İddiaçının qeydiyyat yeri də fərqli ünvandır. Evin kommunal xərclər Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İlkin iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti 22 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfinfən verilmiş xx.xx.2021-ci il tarixli, 28 №-li arayışa əsasən ünvan 1 saylı evə kommunal xərclərinin kimin adına olması barədə MKİS-də heç bir məlumat aşkar olunmamış, məişət tullantılarının daşınmasına görə haqq Cavabdeh2 tərəfindən ödənilmiş və qəbz onun adına yazılmışdır. İş materiallarında olan “Azəriqaz” İB ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-00521xx/xx-2018 №-li qazın alğı-satqısı barədə müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi 73 saylı evdə yaşayan istehlakçını qazla təmin etməyi, istehlakçı isə müqavilədə nəzərdə tutulan qaydada qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AR X14 Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin **********26 №-li, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1 saylı fərdi yaşayış evinin bir hissəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4-Ə/248 №-li alğı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X1, digər hissəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4-Ə-2092 №-li alğı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Yasamal rayon Məhkəməsinin 2(004)-3534/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 3 saylı Bakı “ASAN Xidməti” X5 xx.xx.2015-ci il tarixdə 2548 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, qarşılıqlı iddia üzrə cavabdehlər ünvan 1 saylı evdə yaşayırlar. Onların yaşadığı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmamışdır. Buna baxmayaraq Cavabdeh2 mənzilə gözlənilən mülkiyyət hüququ var. Belə ki, həmin mənzilə olan qazın alğı satqısı, məişət tullantılarına dair müqavilə Cavabdeh2 ilə bağlanmışdır. Cavabdeh2 qeyd edir ki, həmin mənzili o tikmişdir. Müvəqqəti yaşamaq üçün qardaşına şərait yaratmışdır. Qardaşı Cavabdeh1 deyilənləri təsdiqləyir. İlkin iddia üzrə İddiaçı hazırda həmin ünvanda yaşamır. Uşaqları ilə birlikdə həmin evə köçürülməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki iddaçı İddiaçı Cavabdeh2 ailə üzvü deyil. Onun həmin mənzilə köçürülməsi üçün əsas yoxdur. İddiaçı bildirir ki, uşaqlar həmin mənzildə qeydiyyatda olduğuna görə oraya köçürülməlidir. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, birgə nikahdan olan uşaqların məhkəmə qətnaməsi ilə ananın yanında qalması müəyyən edilmişdir. Uşaqların yaşayış yeri himayəsində olduğu valideynin yaşayış yeridir. Qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh İddiaçı məxsus əşyaların mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, İddiaçı artıq qarşılıqlı iddia üzrə iddiaçıların ailə üzvü deyil. Həmin əşyaların orada qalması mənzildə yaşayanların mənafeyinə uyğun deyil. Lakin qarşılıqlı iddia ərizəsində əşyalar sadalamaqla yanaşı “və sair” əşyalar da qeyd edilmişdir. Məhkəmə iddianı bu hissədə qeyri-dəqiq olmasına görə təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). AR Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanındakı ayrıca girişi olan, üç otaqdan, ayrıca sanitar qovşağından ibarət ümumi sahəsi 69,32 m2 olan yaşayış sahəsinə istifadə hüququnun tanınması, onun və azyaşlı uşaqları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X6 Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanındakı ayrıca girişi olan, üç otaqdan, ayrıca sanitar qovşağından ibarət ümumi sahəsi 69,32 m2 olan yaşayış sahəsinə köçürülməsi barədə ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ünvan 1 saylı evdə olan İddiaçı məxsus yataq dəsti mebeli, künc divan, çilçıraq, xalça, tozsoran, stol-stul dəsti, soyuducu, paltaryuyan və qab-qacaq İddiaçı təhvil verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanındakı ayrıca girişi olan, üç otaqdan, ayrıca sanitar qovşağından ibarət ümumi sahəsi 69,32 m2 olan yaşayış sahəsinə istifadə hüququnun tanınması, onun və azyaşlı uşaqları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X6 Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanındakı ayrıca girişi olan, üç otaqdan, ayrıca sanitar qovşağından ibarət ümumi sahəsi 69,32 m2 olan yaşayış sahəsinə köçürülməsi barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. ünvan 1 saylı evdə olan İddiaçı məxsus yataq dəsti mebeli, künc divan, çilçıraq, xalça, tozsoran, stol-stul dəsti, soyuducu, paltaryuyan və qab-qacaq İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar