Məhkəmə qərarları › İş №2(004)-6229/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6229/2025

17.02.2026 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6229/2025 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “kompensasiya ödənilməsinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “kompensasiya ödənilməsinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə onların hər birinə kompensasiyanm ödənilməsinə dair əvəzləşdirmə müqavilələrinin bağlanması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahİmbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "RR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "RR Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. ünvan 5vanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin evdə İddiaçı2 və İddiaçı1 azyaşlı uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2019-cu İl təvəllüdlü X12 və o cümlədən ahıl yaşdakı anası X5 ilə birgə yaşayırlar və yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 5vanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçılar orada qeydiyyatda olmaqla yaşayan həmin şəxslər kimi həmin evin istifadəçisi hesab olunurlar. Həmin evdə qeydiyyatda olan digər şəxslər (qardaş və bacıları) İddiaçı2 müvafiq kompensasiya alaraq həmin ünvandakı hüquqlarından onun (İddiaçı2) xeyrinə imtina etmişlər. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından bu barədə notariusda əqd rəsmiləşdirə bilməmişlər və bu səbəbdən öz aralarında Akt tərtib edərək imzalamışlar. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamının və Yasamal İH ilə bağladığı müqavilənin şərtlərini pozur, iddiaçılara aid həmin evin olduğu ərazıdə söküntü işlərini həyata keçirməsinə, kommuniyalar sıradan çıxarılaraq kommunal xidmətlərə çatımlılıq aradan qaldırmasına, yollar dağıtmasına və s. baxmayaraq, iddiaçılarla əvəzləşdirmə müqaviləsinə bağlamır, onlara yaşadıqları mənzilin əvəzində kompensasiya vermir və iddiaçıların hüquqlarını kobud şəkildə pozur. İddiaçılar evin qanuni sahiblərindədir, cavabdeh evin digər sakini Xanımana Abdullayeva ilə əvəzləşdirmə müqaviləsi bağlayıb. Lakin, Xanımana Abdullayeva evin tək sakini deyil, iddiaçılar da evin sakinlərdir, cavabdeh, yalnız bir nəfərlə əvəzləşdirmə müqaviləsi bağlayıb evin yetkinlik yaşında olan digər sakinlərini kənarda saxlaya bilməz, ona görə də cavabdeh iddiaçıların hər ikisi ilə də kompensasiya ödənilməsi barədə vəzləşdirmə müqaviləsi bağlamalıdır. Göründüyü kimi hazırki işdə bu şərt pozulmuşdur. Belə ki, evin istifadəçiləri olan iddiaçılarla (İddiaçı2 və İddiaçı1 ilə) əvəzləşdirmə müqaviləsi bağlanmamış, onlar kompensasiya ilə təmin olunmamışlar. Halbuki, mövcud işgüzar adətlərə görə, tikinti şirkətlərinə istismar müddəti bitmiş tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikintisi həvalə edilən zaman həmin şirkətlər oradakı sakinlərə müqavilə əsasında kompensasiya ödəmək öhdəliyini də bəri başdan öz üzərlərinə götürürlər. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Xanımana Abdullayevanın və onun ailə üzvlərinin ünvan 5vanında yerləşən fərdi yaşayış evindən müqavilədə qeyd olunan kompensasiya məbləğinin ödənilməsi ilə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı X5 Cavabdeh MMC ilə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 51 saylı evlə bağlı Xanımana Abdullayeva ilə MMC arasında bağlanmış 31 may 2024-cü il tarixli “Əvəzləşmə müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 259/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) ilk iddia tələbinin təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Xanımana Abdullayeva və onun ailə üzvlərinin ünvan 5vanında yerləşən fərdi yaşayış evindən MMC-nin tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılması qarşılıqlı iddianının isə rədd edilməsi qət edilmişdir. Bundan sonra qətnamədən Xanımana Abdullayeva apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(103)-2171/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Xanımana Abdullayeva apellyasiya məhkəməsinin qətnaməsi ilə də razılaşmadığı üçün həmin qətnamədən kassasiya şikayəti vermiş lakin Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(102)-2907/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətmaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(103)-2171/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsindən Xanımana Abdullayeva ilə yanaşı hazırki iş üzrə İddiaçı1 (Xanımananın gəlini) və onun əri X16 (Xanımananın oğlu) Ali Məhkəmənin sədirinə ərizə ünvanlayaraq işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxslər kimi işə cəlb edilmələrini və həmin ərizəyə kasassiya şikayəti əlavə etmişdir. Bununla bağlı Ali məhkəmə 2(102)-3284/2025 saylı, xx.xx.2025-ci il taarixdə qərardad qəbul edərək onların ərizələrini təmin etməmişdir. Ali Məhkəmənin 2(102)-3284/2025 saylı, xx.xx.2025-ci il tarixli həmin qərardadından əsas və hesab edirlər ki, icraatda olan mübahisəyə aydınlıq gətirən mövqeyi olduğu kimi diqqətə çatdırırlar: “25. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nicat Ramazanov ərizədə, barəsində mübahisə gedən ünvan 5vanında yerləşən fərdi yaşayış evində iddiaçılar yanaşı qeydiyyatda olan və yaşayan şəxslərin İddiaçı2 müvafiq kompensasiya alaraq həmin ünvandakı hüquqlarından sonuncunun (İddiaçı2) xeyrinə imtina etmələrini qeyd edərək, bununla bağlı öz aralarında tərtib edilərək imzalanmış Akta istinad etmişdir. 26. Halbuki ərizəyə əlavə edilmiş Aktın sonunda qeyd olunan tarixdən məlum olur ki, həmin AKT xx.xx.2025-ci il tarixdə, yəni ‘‘RR Constructions” MMC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Əvəzləşmə müqaviləsi”ndən təxminən bir il sonra imzalanmışdır. Aktın əvvəlində isə xx.xx.2024-cü il tarixi qeyd olunmuşdur ki, bu da, Aktın formal olaraq keçmiş tarixdə tərtib olunması cəhdinin mövcudluğunu təsdiq edir. 29. Qəbul edilmiş qətnamə ilə onun maraqlarına toxunan iddiaya hüquqi qiymət verilsə də ərizədən göründüyü kimi, iddiaçılar İddiaçı2 və İddiaçı1 mövqeyi məhkəməyə ayrıca iddia ilə müraciət etmiş Xanımana Abdullayevanın mövqeyi ilə eyni olduğu üçün məhkəməyə təqdim edə biləcəkləri sübutlar Xanımana Abdullayeva tərəfindən təqdim edilmiş, bu səbəbdən onun aşağı instansiya məhkəmələrində işə cəlb edilməyə prosessual maraqları olmadığı üçün buna təşəbbüs göstərməmişlər. 33. Göründüyü kimi İddiaçı2 xx.xx.2022-ci il tarixdən xarici ölkədə olsa da, İddiaçı1 mübahisəli ünvanda qeydiyyatda olmaqla yanaşı, həmin ünvanda faktiki olaraq yaşamışdırsa onun Cavabdeh MMC ilə Xanımana Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Əvəzləşmə müqaviləsi”ndən, habelə Musa Abdullayev, Sara Abdullayeva və Gülçöhrə Abdullayeva tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən məlumatı olmuşdur. Odur ki, bu halda, İddiaçı1 İddiaçı2 ona verdiyi etibarnamədən istifadə edərək işə qoşulmaq imkanına malik olsa da, həmin imkandan istifadə etməmişdir. Bu səbəbdən də hazırkı halda iddiaçıların prosesə cəlb edilməsi üçün müraciət etmələri məhkəmə kollegiyası tərəfindən hüquqdan sui-istifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktının prosessual əsasla ləğv edilməsinə nail olmaq cəhdi kimi qiymətləndirilir.” Beləliklə, Ali Məhkəmənin də mövqeyindən göründüyü kimi iddiaçıların birinci instansiya məhkəməsindən başlayaraq Abdullayeva Xanımana ilə “ RR CONSTRUCTİONS" arasında olan mülki mübahisədən xəbərdar olmuş, lakin onlar Ali Məhkəmənin iş üzrə yekun qərarı çıxana qədər nə maraqlarına toxunan şəxs kimi, nə də ki müstəqil iddiaçı kimi bunun ilə bağlı iddia qaldırmamışdır. Ali Məhkəmənin qərarı xx.xx.2025-ci il tarixində qəbul edilmiş və iddiaçılar isə Yasamal Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdirlər. Bundan əlavə, İddiaçı1 söküntü ərazisində özünəməxsus **********311-10301 reyestr nömrəli çıxarışa əsasən mənzil mövcud olmuş və onun ilə bu istiqamətdə xx.xx.2023-cü il tarixdə K/114 saylı əvəzləşmə müqaviləsi bağlanaraq tərəflərindən mənzilin əvəzinə ona tikiləcək binadan 45 kv.m sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı1 özünəməxsus və özünün yaşadığı mənzili şirkətlərinə sökülməsi üçün təhvil verdikdən sonra bilərəkdən qayınanası olan Abdullayeva Xanımananın evinə məskunlaşmış və qayınanası ona pay vermədiyi üçün bu cür hərəkətlərə əl atır. Mübahisə predmeti olan ev sənədsiz, özbaşına tikilidir və həmin mənzilə dair heç bir kəsin mülkiyyət hüquqlarını təsdiq edən sənəd yoxdur. Bu səbəbdən evin faktiki sahibi Abdullayeva Xanımana ilə müqavilə bağlanarkən onun bütün övladlarının razılıq ərizələri alınmış və iddia ərizəsində bütün ailə üzvlərinin çıxarılması qeyd edilmişdir. Hazırda iddiaçının söküntüyə qadağa edilməsi ilə bağlı ərizəsinin yeganə məqsədi hüquqdan sui-istifadə edərək Ali Məhkəməyə qədər qüvvədə qalan Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin icrasına maneə törətməkdir. Qeyd olunan qərardadın qəbul edilməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəməyə qədər qüvvədə qalmış icra sənədinin icra edilməsini dayandırılması mənasına gələ bilər, bu isə qanun çərçivəsindən kənar və yolverilməz haldır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 (həmçinin İddiaçı2 nümayəndəsi) iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən İddiaçı1 ünvan 5vanında xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X56, xx.xx.1984; X17, xx.xx.1987; X73, xx.xx.2023; X18, xx.xx.2009; X19, xx.xx.1956; X58, xx.xx.1986; X29, xx.xx.2006; X27, xx.xx.1984; X42, xx.xx.2003; X57, xx.xx.2007; X20, xx.xx.1958; X37 Oğlu, xx.xx.2019; X30, xx.xx.2008; X59, xx.xx.1995; X21, xx.xx.2015; X13, xx.xx.2009; X60, xx.xx.1990; X11, xx.xx.2006; İddiaçı2, xx.xx.1983; X31, xx.xx.2014; X12, xx.xx.2013; X43, xx.xx.2016; X44, xx.xx.2012. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli abonent saldosuna əsasən akı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 51 ünvanı üzrə **********00020 nömrəli abonent kodu İddiaçı2 adınadır. İş materiallarında olan X7 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən anası X4 şirkətlə yaşadıqları evə dair əvəzləşmə müqaviləsi bağlanmasına etiraz etmədiyini, gələcəkdə bu məsələ ilə bağlı şirkətə dair hər hansı bir tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan X26 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən anası X4 şirkətlə yaşadıqları evə dair əvəzləşmə müqaviləsi bağlanmasına etiraz etmədiyini, gələcəkdə bu məsələ ilə bağlı şirkətə dair hər hansı bir tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan X22 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən anası X4 şirkətlə yaşadıqları evə dair əvəzləşmə müqaviləsi bağlanmasına etiraz etmədiyini, gələcəkdə bu məsələ ilə bağlı şirkətə dair hər hansı bir tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Cavabdeh MMC-yə ünvanladığı müraciətə cavab məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-259/2025-030 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən cavabdehlər X8 və onun ailə üzvləri ünvan 5vanında yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılmalıdırlar. Sözügedən icra sənədinin icrasına xx.xx.2025-ci il tarixli qərar ilə başlanılmış, lakin borclular tərəfindən icra sənədinin tələbi könüllü müddət ərzində təmin olunmamışdır. Bu səbəbdən qeyd olunan icra sənədinin məcburi icrası xx.xx.2026-cı il tarixdə həyata keçirilmiş və sözügedən fərdi evdə yaşayan şəxslər oradan çıxarılmışlar. Eyni zamanda nəzərə çatdırılır ki, Cavabdeh MMC tərəfindən şöbənin depozit hesabına ödənilən 120000 manat kompensasiya məbləği iş üzrə borclu tərədindən şöbəyə bank hesabının rekvizitləri təqdim olunduqda həmin pul vəsaiti ona ödənilməsi təmin olunacaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən X14, X15, X45 və X32 Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə 51 ünvanında pasport qeydiyyatında olduqlarını, Onlar və ailə üzvləri, eləcə də, uşaqları həmin ünvandan kompensasiyalarını İddiaçı2 aldıqlarını, həmin ünvandan onun xeyrinə imtina etdiklərini, gələcəkdə həmin ünvanla bağlı heç bir tələbləri olmaacaqlarını, əks təqdirdə məsuliyyət daşımağa hazır olduqlarını, onlar kompensasiyanı İddiaçı2ı təmsil edən AR-İİ 745758 10 avqust 2022-ci il tarixli etibarnamə əsasında İddiaçı1 aldıqlarını bildirmişlər. İş materiallarında olan “Layihəçi” Cavabdeh MMC ilə “Mülkiyyətçi” İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/114 nömrəli əvəzləşmə müqaviləsinin 3.1-ci yarımbəndinə əsasən “Layihəçi” ünvan 4 ünvanında yerləşən (DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışa əsasən) "Mülkiyyətçi”yə məxsus çıxarışa əsasən 17.4 kv.m faktiki ölçülərlə 36 kv.m. sahəsi olan mənzilin əvəzinə “Mülkiyyətçi“-yə həmin mənzilin yerində tikiləcək yeni tikilinin 6-cı mərtəbəsində sahəsi 45 kv.m sahəsi olan tam təmirli mənzil verməyi öz öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2026-cı il tarixli aktına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-259/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra sənədində qeyd olunan Cəlil Məmmədquluzadə küçəsində yerləşən 51 nömrəli ünvanına icra əməkdaşları gəlmiş, əvvəlcədən icra prosesi barədə mənzildə yaşayan İddiaçı1 məlumat verilsə də, o evin qapısını açmaqdan imtina etmişdir. Nəticədə mənzilin qapısının məcburi qaydada açılmış, qapı açıldıqdan sonra evdə olan əşyaların səliqəli şəkildə evdən daşınmışdır. Eyni zamanda, Abdullayeva Ülviyyə evdə ona məxsus pul və qızıl-zınət əşyasının olmadığını bildirmiş və evdə olan əşyaların isə əmisinin evinə daşınmasını xahiş etmişdir. İş üzrə tələbkar tərəfindən evdə olan əşyaların İddiaçı1 göstərdiyi ünvana daşınması təmin olunmuş, qeyd olunan fərdi ev boş vəziyyətdə tələbkarın nümayəndəsinə təhvil verilmişdir. İş materiallarında olan X33 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən X59 2012-ci ildən İddiaçı1 ünvan 5vanında yaşadığını bildirmişdir. İş materiallarında olan X10 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən X23 2012-ci ildən İddiaçı1 ünvan 5vanında yaşadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-259/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilərək, ilkin iddia üzrə cavabdehlər X9 və onun ailə üzvləri ünvan 5vanında yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılması, iddiaçı X1 qarşılıqlı iddia üzrə Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh X1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-259/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azəryacan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən birinci iş üzrə cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2171/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azəryacan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3284/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2171/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili X34 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardadın 25-ci bəndində qeyd olunmuşdur ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nicat Ramazanov ərizədə, barəsində mübahisə gedən ünvan 5vanında yerləşən fərdi yaşayış evində ərizəçilərlə yanaşı qeydiyyatda olan və yaşayan şəxslərin İddiaçı2 müvafiq kompensasiya alaraq həmin ünvandakı hüquqlarından sonuncunun (İddiaçı2) xeyrinə imtina etmələrini qeyd edərək, bununla bağlı öz aralarında tərtib edilərək imzalanmış Akta istinad etmişdir. Həmin qərardadın 26-cı bəndində qeyd olunmuşdur ki, halbuki ərizəyə əlavə edilmiş Aktın sonunda qeyd olunan tarixdən məlum olur ki, həmin AKT xx.xx.2025-ci il tarixdə, yəni Cavabdeh MMC ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Əvəzləşmə müqaviləsi”ndən təxminən bir il sonra imzalanmışdır. Aktın əvvəlində isə xx.xx.2024-cü il tarixi qeyd olunmuşdur ki, bu da, Aktın formal olaraq keçmiş tarixdə tərtib olunması cəhdinin mövcudluğunu təsdiq edir. Həmin qərardadın 29-cu bəndində qeyd olunmuşdur ki, qəbul edilmiş qətnamə ilə onun maraqlarına toxunan iddiaya hüquqi qiymət verilsə də ərizədən göründüyü kimi, ərizəçilər İddiaçı2 və İddiaçı1 mövqeyi məhkəməyə ayrıca iddia ilə müraciət etmiş Xanimana Abdullayevanın mövqeyi ilə eyni olduğu üçün məhkəməyə təqdim edə biləcəkləri sübutlar Xanimana Abdullayeva tərəfindən təqdim edilmiş, bu səbəbdən onun aşağı instansiya məhkəmələrində işə cəlb edilməyə prosessual maraqları olmadığı üçün buna təşəbbüs göstərməmişlər. Həmin qərardadın 33-cü bəndində qeyd olunmuşdur ki, göründüyü kimi ərizəçi İddiaçı2 xx.xx.2022-ci il tarixdən xarici ölkədə olsa da, ərizəçi İddiaçı1 mübahisəli ünvanda qeydiyyatda olmaqla yanaşı, həmin ünvanda faktiki olaraq yaşamışdırsa onun Cavabdeh MMC ilə Xanimana Abdullayeva arasında bağlanmış 31,05.2024-cü il tarixli “Əvəzləşmə müqaviləsi”ndən, habelə Musa Abdullayev, Sara Abdullayeva və Gülçöhrə Abdullayeva tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 31,05.2024-cü il tarixli ərizələrdən məlumatı olmuşdur. Odur ki, bu halda, ərizəçi İddiaçı1 İddiaçı2 ona verdiyi etibarnamədən istifadə edərək işə qoşulmaq imkanına malik olsa da, həmin imkandan istifadə etməmişdir. Bu səbəbdən də hazırkı halda ərizəçilərin prosesə cəlb edilməsi üçün müraciət etmələri məhkəmə kollegiyası tərəfindən hüquqdan sui-istifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktının prosessual əsasla ləğv edilməsinə nail olmaq cəhdi kimi qiymətləndirilir. Bundan başqa iş materiallarına mübahisə predmeti olan tikilinin yerləşdiyi ərazinin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin prinsiplərindən biridir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mütənasiblik prinsipi baxımından özbaşına tikili ilə qanuni əsaslarla əldə edilmiş əmlak eyni meyarlarla kompensasiya edilə bilməz və kompensasiya müəyyən edilərkən tikilinin hüquqi statusu, onun qanuniləşdirilməsinin mümkünlüyü, tikinti aparan şəxsin gözləntiləri və işin digər halları nəzərə alınmalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Bu kompensasiyanın forması tikilinin hüquqi statusu və mütənasiblik prinsipi nəzərə alınmaqla müəyyən edilməlidir. Kompensasiya müəyyən edilərkən söküntüyə məruz qalan şəxslər arasında ayrı-seçkiliyə yol verilməməli, tərəflərin maraqları arasında ədalətli tarazlıq qorunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 5vanında qeydiyyatdadırlar. ünvan 5vanında yerləşən fərdi yaşayış evi ilə bağlı İddiaçı2 anası və İddiaçı1 qayınanası X5 ilə Cavabdeh MMC arasında məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-259/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən X5 və onun ailə üzvlərinin ünvan 5vanında yerləşən fərdi yaşayış evindən Cavabdeh MMC tərəfindən 120.000 manat kompensasiya ödənilməklə çıxarılması qət edilmiş və X2 Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə də həmin qətnamə qanuni qüvvədə saxlanılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3284/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 işə maraqlarına toxunan şəxs qismində cəlb olunmaları barədə ərizəsi təmin edilməmiş, onların əvvəlki iş üzrə prosessual imkanlardan istifadə etmədikləri və sonradan müraciətlərinin hüquqdan suiistifadə xarakteri daşıdığı göstərilmişdir. Hazırda isə İddiaçı2 və İddiaçı1 hər birinə kompensasiyanın ödənilməsinə dair əvəzləşdirmə müqavilələrinin bağlanması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (qərardadı) ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnaməsinin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmuşdursa, bu zaman həmin qətnamənin (qərardadın) müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3284/2025 nömrəli, xx.xx.2025-ci il qərardadına əsasən hazırki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 prosesə cəlb edilməsi üçün müraciət etmələri məhkəmə kollegiyası tərəfindən hüquqdan sui-istifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktının prosessual əsasla ləğv edilməsinə nail olmaq cəhdi kimi qiymətləndirilmişdir. Belə ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdən xarici ölkədə olsa da, ərizəçi İddiaçı1 mübahisəli ünvanda qeydiyyatda olmaqla yanaşı, həmin ünvanda faktiki olaraq yaşamışdırsa onun Cavabdeh MMC ilə Xanımana Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Əvəzləşmə müqaviləsi”ndən, habelə Musa Abdullayev, Sara Abdullayeva və Gülçöhrə Abdullayeva tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən məlumatı olmuşdur. Odur ki, bu halda, ərizəçi İddiaçı1 İddiaçı2 ona verdiyi etibarnamədən istifadə edərək işə qoşulmaq imkanına malik olsa da, həmin imkandan istifadə etməmişdir. Beləliklə, iddiaçılar prosessual hüquqlarından istifadə etməyərək məhkəmə prosesinə qoşulmamışlar və işin nəticələrinə təsir etmək imkanından imtina etmişlər. Bu halda onların prosessual müraciəti hüquqdan sui-istifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktını ləğv etməyə yönəlmiş cəhd kimi qiymətləndirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin prinsiplərindən biri müqavilə azadlığı prinsipidir, hər bir fiziki və hüquqi şəxs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, yəni tərəflər müqavilə şərtlərini sərbəst, könüllü, azad şəkildə müəyyənləşdirirlər və müqavilə bağlamağa məcburetməyə yol verilmir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh MMC arasında əvəzləşdirmə müqaviləsi bağlanması öhdəliyi qoyulması müqavilə azadlığı prinsipinə ziddir və qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “kompensasiya ödənilməsinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “kompensasiya ödənilməsinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar