Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-625/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X12 qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eyni zamanda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, eyni zamanda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi qaldırılması tələbinə dair” ilkin və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri 53 saylı X8rşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, mərhum X5 miras qalmış bütün əmlakı üzərində qanun üzrə birinci növbədə olan vərəsələri sayılan İddiaçı1 Əlibala qızının, Cavabdeh1 Sıbzəli qızının, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququnun tanınması və bərabər paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə baxışı zamanı iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzili və Şabran rayonu, Borbor kəndində yerləşən 0.15 ha torpaq sahəsi və torpaq sahəsi üzərində tikilmiş 173.9 kv.metr sahəsi olan fərdi yaşayış evi üzərində qanun üzrə birinci növbədə olan vərəsələri sayılan İddiaçı1 Əlibala qızının, Cavabdeh1 Sıbzəli qızının, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququnun tanınması və bərabər paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbinə dair” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X5 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzili və Şabran rayonu, Borbor kəndində yerləşən 0.15 ha torpaq sahəsində tikilmiş 173.9 kv.metr sahəsi olan ev üzərində Cavabdeh1 Səbzalı qızının, Cavabdeh3 və Cavabdeh2 vərəsəlik hüququ tanınması, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzili və Şabran rayonu, Borbor kəndində yerləşən 0.15 ha torpaq sahəsində tikilmiş 173.9 kv.metr sahəsi olan ev üzərində Cavabdeh1 Səbzalı qızının 4/6 hissədə, Cavabdeh3 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə pay hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən miras qoyan X5 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzili, Şabran rayonu, Borbor kəndində yerləşən 0.15 ha torpaq sahəsi və torpaq sahəsi üzərində tikilmiş 173.9 kv.metr sahəsi olan ev və “Opel Corsa” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Cavabdeh1 4/6 hissədə, Cavabdeh3 1/6 hissədə, Cavabdeh2 oğlunun 1/6 hissədə pay hüququnun tanınması, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzili, Şabran rayonu, Borbor kəndində yerləşən 0.15 ha torpaq sahəsi və torpaq sahəsində tikilmiş 173.9 kv.metr sahəsi olan ev və “Opel Corsa” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Cavabdeh1 Səbzalı qızının 4/6 hissədə, Cavabdeh3 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eyni zamanda İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mərhum X9 xx.xx.2017-ci ildə ürəyin xroniki işemik xəstəliyi səbəbindən vəfat etmişdir. ünvan 1 ünvanında ümumi sahəsi 65 m2 olan daşınmaz əmlak və ünvan 2n 0.15 ha torpaq sahəsində 173.9 m2 olan daşınmaz əmlak mərhum Zakir Məlikova məxsus olmuşdur. X17 ölümündən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəsiyyətnamə tərtib edilmədiyindən və vərəsəliklə bağlı məsələlərə vaxt ayırmadıqlarından həmin daşınmaz əmlak mərhum atasının adında qalmış, eləcə də aşağıda adlan çəkilən şəxslər onun qanun üzrə birinci növbədə olan vərəsələri kimi tanınmalıdır: Anası - İddiaçı1 Əlibala qızı, həyat yoldaşı - Cavabdeh1 Sıbzəli qızı, oğlu - İddiaçı2, qızı - Cavabdeh2, qızı -Cavabdeh3. Bununla əlaqədar miras əmlakın qəbul edilməsi və payların müəyyənləşdirilməsi üçün Bakı şəhəri 53 saylı Notariat Ofisinə müraciət etsələr də, notariat orqanı özünün xx.xx.2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsini rəhbər tutaraq mirasın açıldığından altı ay müddəti keçdiyi üçün məhkəməyə müraciət etmələrini bildirmişdir. Bu səbəbdən hesab edir ki, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və müvafiq payların məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, eyni zamanda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, miras qoyan X9 xx xxxxxx 2017-ci il tarixdə ölmüş və onun ölümü barədə İddiaçı1 Əlibala qızı və İddiaçı2 məlumatlı olmuşlar. Buna baxmayaraq birinci növbə vərəsələr hesab olunan İddiaçı1 Əlibala qızı və İddiaçı2 miras qoyan X5 miras qalan əmlakları qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə qəbul etməmişlər. Həmçinin miras qoyan X5 qalmış miras əmlak kütləsinə daxil olan əmlaklardan heç biri İddiaçı1 Əlibala qızı və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Lakin digər birinci növbə vərəsələr kimi arvadı Cavabdeh1, qızları Cavabdeh3 və Cavabdeh2 miras qoyan X5 miras qalan əmlakları qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə qəbul etməsələr də, miras kütləsinə aid olan əmlakları faktiki olaraq qəbul etmişdirlər. Belə ki, miras kütləsinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzildə miras qoyanın sağlığında olduğu kimi hazırda da yaşayırlar, həmçinin Şabran rayonu, Borbor kəndində yerləşən 0.15 ha torpaq sahəsində 173.9 kv.metr sahəsi olan evə mütamadi olaraq baş çəkir, lazım olduqda həmin evdə yaşayırlar. İddiaçı Məlikova X7 rayonu, Borbor kəndində özünə məxsus evdə yaşamış və hazırda da öz evində yaşamaqdadır. Digər İddiaçı2 isə miras kütləsinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmasına və miras qoyanın sağlığında yaşamasına baxmayaraq miras qoyanın ölümündən öncə həmin evdə yaşamamışdır. Bu faktı 135 saylı MKİS-in xx.xx.2020-ci i il tarixli arayışı təsdiq edir. Belə olan halda, İddiaçı1 Əlibala qızı və İddiaçı2 miras əmlaklari qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə, o cümlədən faktiki olaraq qəbul etmədikləri üçün sözügedən miras əmlaklarla bağlı vərəsə kimi pay hüquqlarını itirmişlər. Həmçinin özləri sözügedən miras əmlakları faktiki qəbul etdiklərindən miras qoyanın birinci növbə vərəsələri hesab olunaraq ondan miras qalan əmlakları paylarına uyğun şəkildə qəbul etməlidirlər. Miras qoyan X9 xx.xx.1981-ci il tarixdə Bayramova (Məlikova) Zöhrə Səbzalı qızı ilə nikaha daxil olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil və Şabran rayonu, Borbor kəndində yerləşən 0.15 ha torpaq sahəsində 173.9 kv. metr sahəsi olan ev birgə nikah zamanı alınmışdır. Belə olan halda sözügedən miras əmlakların yarı hissəsi, yəni 1/2 hissəsi Cavabdeh1 Səbzalı qızının hesab olunmalı, yerdə qalan 1/2 hissə ilə bağlı qanun üzrə birinci növbə vərəsə kimi bir payı qəbul edilməli və onun hər iki miras əmlak üzrə payı ümumi olaraq 4/6 hissədə, digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 isə hər biri 1/6 hissədə olmaqla pay hüququ tanınmalıdır. Ona görə də, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək iddiaçı Cavabdeh3 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs Bakı şəhəri 53 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X14 xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********04 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 29, 18 saylı mənzil 027431 nömrəli, xx.xx.1998-ci il tarixli orderə, 285 nömrəli, xx.xx.2005-ci il tarixli Forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixində X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X14 xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********04 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X3 (fərdi yaşayış evinin 113,0 kv.m-i və torpaq sahəsinin 0,021235 ha hissəsi) və X6 (fərdi yaşayış evinin 60,09 kv.m-i və torpaq sahəsi isə 0,0646 ha hissəsi) adına qeydiyyata alınmışdır. Həmçinin sözügedən 0,15 ha torpaq sahəsinin yerdə qalan hissəsi paylı mülkiyyət hüququ ilə X1 (0,021235 ha hissəsi), X4 (0,021235 ha hissəsi) və X2 (0,021235 ha hissəsi) adlarına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2021-ci il tarixli 38481-1221 saylı məktubundan görünür ki, DİN-in Baş X19 idarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə X6 adında xx.xx.2007-ci il tarixdən "Opel Corsa" markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İİ-JQ seriyalı, 470570 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Bayramova (Məlikova) Zöhrə Səbzalı qızı arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Vİİİ-JQ seriyalı 425030 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X9, anası qrafasında Cavabdeh1 Səbzalı qızı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İX-JQ seriyalı 490568 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Atası qrafasında X9, anası qrafasında Cavabdeh1 Səbzalı qızı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xİİİ-JQ seriyalı 452824 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X9, anası qrafasında Cavabdeh1 Səbzalı qızı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 910641 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Rəhimli Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 17 saylı məktubundan görünür ki, X6 Şabran rayon Bor Bor kəndində olan şəxsi evinə və həyətyanı torpaq sahəsinə 2017-ci ilin dekabr ayından anası İddiaçı1 və oğlu İddiaçı2 birlikdə qulluq etmişdir və hal hazırda da qulluq edirlər. İş materiallarına əlavə edilmiş 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 135 saylı MKİS-nin 0138 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, S135 saylı MKİ i-in 2 i il tarixli arayışından məlum olur ki, Cavabdeh1 Səbzalı qızı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 29, 18 saylı mənzildə qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli 1751 nömrəli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın qəbuluna dair notariat ofisinə təqdim etdiyi ərizəsinə cavab olaraq Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsi, miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 adına 027431 nömrəli, xx.xx.1998-ci il tarixli orderə, 285 nömrəli, xx.xx.2005-ci il tarixli Forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 29, 18 saylı mənzil, xx.xx.2016-cı il tarixdə Şabran rayonu, Bor-Bor kəndində yerləşən fərdi yaşayış evinin 60,09 kv.m-i və torpaq sahəsinin 0,0646 ha hissəsi vəxx.xx.2007-ci il tarixdə "Opel Corsa" markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. X9 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, qeyd olunan daşınar və daşınmaz əmlaklar ondan miras qalmışdır.Miras qoyanın birinci növbəli vərəsələri anası İddiaçı1, arvadı Cavabdeh1, oğlu İddiaçı2, qızları Cavabdeh2 və Cavabdeh3dır. İş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, miras qalmış əmlaklar- Şabran rayonu, Bor-Bor kəndində yerləşən fərdi yaşayış evinin 60,09 kv.m-i və torpaq sahəsinin 0,0646 ha hissəsi ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 29, 18 saylı mənzil isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Şabran rayonu, Bor-Bor kəndində yerləşən fərdi yaşayış evinin 60,09 kv.m-i və torpaq sahəsinin 0,0646 ha hissəsi və "Opel Corsa" markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 Cavabdeh1 ilə birgə nikahları dövründə əldə olunmuş əmlaklardır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzilinə dair vərəsəlik hüquqları tanınaraq, hər birinin 1/5 hissədə payları müəyyən edilməli, Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsinə və torpaq sahəsinin 0,0646 ha hissəsinə dair vərəsəlik hüquqları tanınaraq hər birinin 1/10 (onda bir) hissədə payları müəyyən edilməli, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzilinə dair iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları tanınmalı və hər birinin 1/5 hissədə payları müəyyən edilməli, birgə nikah dövründə əldə olunmuş Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsinə və torpaq sahəsinin 0,0646 ha hissəsinin və “Opel Corsa” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində iddiaçı Cavabdeh1 1/2 hissədə payı müəyyən edilməli, Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsindən və torpaq sahəsinin 0,0646 ha hissəsinin və “Opel Corsa” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 1/2 hissəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınmalı, Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsindən və torpaq sahəsinin 0,0646 ha hissəsinin və “Opel Corsa” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 1/2 hissəsindən 6/10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə İddiaçı1 və 1/10 hissədə İddiaçı2 payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İlkin iddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzilinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınsın və hər birinin 1/5 (beşdə bir) hissədə payları müəyyən edilsin. X5 miras qalmış Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsinə və torpaq sahəsinin 0,0646 ha hissəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınsın və hər birinin 1/10 (onda bir) hissədə payları müəyyən edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 29 saylı evin 18 saylı mənzilinə dair iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları tanınsın və hər birinin 1/5 (beşdə bir) hissədə payları müəyyən edilsin. Birgə nikah dövründə əldə olunmuş Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsinə və torpaq sahəsinin 0,0646 ha hissəsinin və “Opel Corsa” markalı, **- UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində iddiaçı Cavabdeh1 1/2 (ikidə bir) hissədə payı müəyyən edilsin. X5 miras qalmış Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsindən və torpaq sahəsinin 0,0646 ha hissəsinin və “Opel Corsa” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 1/2 (ikidə bir) hissəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınsın. X5 miras qalmış Şabran rayonu, Bor-Bor kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinin 60,09 kv.m hissəsindən və torpaq sahəsinin 0,0646 ha hissəsinin və “Opel Corsa” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 1/2 (ikidə bir) hissəsindən 6/10 (onda altı) hissədə Cavabdeh1, 1/10 (onda bir) hissədə Cavabdeh2, 1/10 (onda bir) hissədə Cavabdeh3, 1/10 (onda bir) hissədə İddiaçı1 və 1/10 (onda bir) hissədə İddiaçı2 payları müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-625/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-625/2021
23.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver