Məhkəmə qərarları › İş №2(004)-626/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-626/2024

10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-626/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə, “doğum qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə, “doğum qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayon Qeydiyyat Şöbəsinin üzərinə doğumun qeydə alınması və doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1952-ci ildə Xızı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Həmin tarixdə doğum akt qeydində qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında pasport, sonra isə şəxsiyyət vəsiqəsi əldə etmişdir. Hal-hazırda doğum haqqında şəhadətnaməni itirmişdir. Bununla əlaqədar həm Xızı rayon qeydiyyat şöbəsinə və Maraqlı şəxsnə müraciət etsə də, həmin şəhadətnaməni əldə edə bilməmişdir. Doğum haqqında şəhadətnamənin başqa formada əldə edilməsi mümkün deyildir. Doğum haqqında şəhadətnamə əldə olunmadan ərizəçi pensiya sənədlərini və digər lazım olan sənədləri əladə edə bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx xxxx 1952-ci ildə Xızı rayonu, Qasımlı kəndində anadan olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli, xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1952-ci il tarixdə Xızı rayonu, Qasımlı kəndində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-777-15/23 nömrəli arayışından görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xızı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-10-A-12/2-78/2023 nömrəli arayışa əsasən Ərizəçi barəsində Xızı rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 1733 saylı texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, 80 saylı ev X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan SSSR-nin Vİİİ-JQ 587206 saylı vətəndaş pasportunun surətindən görünür ki, pasportun familiya, ad və soyad qrafasında “X2” qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçinin ata tərəfindən uzaq qohumudur. Ərizəçi atası X4, anası X1r. O, Xızı rayonunda doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçinin atası onun dayısıdır. Ərizəçi atası Məmməd, anası Şahzadə xanımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Xızı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Atasının adı Məmməddir. Anasının adı Şahzadədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1952-ci il, doğulduğu yer Xızı rayonu, Qasımlı kəndi, ata qrafasında – X4 (milliyyəti azərbaycanlı), ana qrafasında – X2 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il tarixdə Xızı rayonunun Qasımlı kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1952-ci il, doğulduğu yer Xızı rayonu, Qasımlı kəndi, ata qrafasında – X4 (milliyyəti azərbaycanlı), ana qrafasında – X2 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar