Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6283/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçiyə və onun nümayəndəsi və vəkilinə mübahisəli iş üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı notariusun imtina məktubunu məhkəməyə təqdim etməsini təklif edir və əks halda mülki işin baxılmamış saxlanacağını bildirir. Məhkəmə iclasında iştirak edən ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı notariusa müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında onlarda belə bir məktub olmadığı üçün məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməsinə dair məktubun cavabdehə göndərilməsinə dair sübut təqdim edə bilmədiyindən hazırki mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl etməsi barədə sübut müəyyən edilməmiş və məhkəmə tərəfindən ərizəçiyə və onun nümayəndəsi və vəkilinə sübut məhkəməyə notariusun imtina məktubunu məhkəməyə təqdim etməsi təklif edilmiş, ərizəçi və nümayəndəsi elə bir məktuvb olmadığından təqdim edə bilməyəcəyini bildirmişdir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 185, 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6283/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6283/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver