Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-63/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X28 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, X13 və X19 qarşı "yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı "yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında olan fərdi yaşayış evinin ona məxsus 2/4 hissəsindən istifadə hüquqları olmayan şəxslər hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin 2\4 hissəsi atası X2 məxsus olmuş və 2015-ci ildə ölümündən sonra qanun üzrə vərəsəlik qaydasında həmin hissə ona qalmışdır. 27.05.2017-ci il tarixdə yaşayış evinin 2\4 pay hissəsi mülkiyyət hüququ üzrə adıba daşınmaz əmlakın dövlət reyestrində 36 №-li reyestr kitabının 3369 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin hissədə onunla yanaşı əri X8, qızları X14, X11 və X6, tanışları Cavabdeh1, onun övladları Cavabdeh2 və Cavabdeh3, hazırda vəfat etmiş X1 qayını Cavabdeh5, onun arvadı Cavabdeh4 və onun övladları X21 və Cavabdeh6 qeydiyyatdadırlar. Belə ki, tanışları Cavabdeh1 hələ 1984-cü ildə həmin evə qeydiyyata düşsə də, faktiki olaraq ata evində hec vaxt yaşamamışdır. Həmişə Gəncə şəhərində yaşamış, sadəcə Bakı şəhərində qeydiyyata düşmək zərurəti yarandığı üçün atasının pay hissəsinə qeydiyyada düşmüşdür. 1984-cü ildə azyaşlı olan övladları Cavabdeh2 və Cavabdeh3 analarının qeydiyyat yeri üzrə atasına məxsus hissədə qeydiyyata alınmışlar. Hazırda onların harada olmaları, sağ olub-olmamaları belə məlumatı yoxdur və ona məxsus yaşayış evində qeydiyyatda qalmaları formal xarakter daşıyır. X1 qayını Cavabdeh5, onun arvadı Cavabdeh4 və onun övladları X21 və Cavabdeh6 atasının razılığı ilə 2003-cü ildə ona məxsus hissəyə qeydiyyata düşmüşlər. Bakı şəhərində yaşamağa yerləri olmadığı üçün atası evin bir otağını yaşamaq üçün onlara vermişdir. 2015-ci ildə vəfat edəndən sonra Cavabdeh5 ailəsi ilə bir müddət orada yaşamış, daha sonra köçüb getmişlər. Bildiyi qədər Sumqayıt şəhərində özlərinə məxsus həyət evində yaşayırlar. Hazırda həmin şəxslərin ona məxsus olan evin pay hissəsində qeydiyyatda qalmaları mülkiyyət hüquqularının həyata keçirilməsində maneçilik törədir, ona mənsub olan əmlaka (əşyaya) istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Cavabdehlərin yaşayış sahəsində qeydiyyatda qalmaları formal xarakter daşıyır. Cavabdehlərin ona məxsus yaşayış sahəsində qeydiyyatda olmalarının qanunsuzluğu ondan ibarətdir ki, mülkiyyətçi kimi atası Nürəddin İbrahimov cavabdehlərin istifadə hüququnun əmələ gəlməsinə səbəb olan, yaşayış evinə pasport qeydiyyatına alınması üçün notarial qaydada razılıq ərizəsi, yəni onların qeydiyyata alınması üçün əsas olmuş sənədi verməmiş və bununla da istifadə hüquqları dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə tərəfindən ünvan 1 saylı fərdi yaşayış evinin digər payçıları X12, X9 və X15 üş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində tanınmmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi paylı mülkiyyətdir, üstəlik paylar da müəyyən deyil, istifadə hüququ olmayan mülkiyyətçilərin hamısı tələb irəli sürməlidir, onlarda ərizələrini geri götürüblər, mübahisəli mənzili naturada da ayırmaq olmur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onlarn iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla, işə digər cavabdehlərin iştirakı olmadan da baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1, 152.1,152.5, 385.1, 386.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı 27.05.2017-ci il tarixli çıxarışına əsasən ki, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 13 saylı evin 1/4 hissədən 1 otağı X20, 1/4 hissədən qalan hissə X7, 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi X5, adlarına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 20.05.2019-cu il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh1 Abus qızı, X22, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X21 və X27 mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 26.10.2019-cu il tarixli ərizədən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin digər payçıları X12, X9 və X15 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 və qeyrilərinin ünvan 1 saylı fərdi yaşayış evində heç vaxt yaşamadıqlarını bildirmişdirlər. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli, 2(004)-4031/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sayad qızı, Cavabdeh5, X21 və Cavabdeh6 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi tələbinə dair” iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.06.2019-cu il tarixli məktubuna əsasən, cavabdehlər Cavabdeh4, Cavabdeh5, X21 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə, icarə hüquqlarının qeydiyyatı haqqında dövlət reyestrində hər hansı bir məlumat aşkar olunmadığı müəyyən edilərək, iddia rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05.02.2021-ci il tarixli, 2(103)-1262/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi barədə” iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi ilə, iddiaçının ev üzərində hər hansı hüququ dövlət reyestrində qeydə alınmadığına görə onun, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından, rədd edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Yasamal Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Nurəddin qızına qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi barədə” iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12.08.2021-ci il tarixli, 2(102)-3981/2021 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1262/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, cavabdehlər Cavabdeh4 və qeyrilərinin ünvan 1 ünvanında olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 2/4 hissəsinə dair istifadə, icarə hüquqlarının olmaması iş materialları və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış ıasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından fadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət festrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İstinad olunan maddələrin tələblərinə əsasən şəxsin yaşayış binasının tərkib səsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında diqlənmiş müqavilə bağlanmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdehlərin mənzilə olan istifadə hüquqları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının paylı mülkiyyətində olan evdə qeydiyyatda qalmaları sonuncunun əmlakı üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evə istifadə hüquqları olmayan şəxslər hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 10 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Abus qızına, X16, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X21 və X27 Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinə (İddiaçı mülkiyyətində olan 2/4 hissəsindən) istifadə hüquqları olmayan şəxslər hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən, onun aldığı (təqdim edildiyi) andan 1 (bir) ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-63/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-63/2021
09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver