Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6319/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “vərəsəlik hüququnun, miras əmlakın qəbul edilməsinin tanınması” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “vərəsəlik hüququnun, miras əmlakın qəbul edilməsinin tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2019-cu il tarixdə vəfat etmiş Nağıyev nazim İmran oğlunun vərəsəsi kimi o, yəni İddiaçı və X2 tanınmaqla, mrəhumdan miras qalmış ** TJ *** dövlət qeydiyyyat nişanlı, Mercedes Benz E 270 CDİ minik markalı avtomobilə dair vərəsəsi kimi qəbul edilməsi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirilən zaman müəyyən olundu ki, iddia ərizəsi Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədikdə sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən 21.10.2019-cu il tarixdə vəfat etmiş Nağıyev nazim İmran oğlunun vərəsəsi olmasının tanınması və adına vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə müvafiq notariat orqanına müraciət etməsi, yəni notariat orqanı ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə olunmamışdır. Belə müəyyən olunur ki, İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı müvafiq notariat orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçı tərəfindən Cavabdeh3 poçt ünvanı barədə məlumatın olmadığı qeyd olunmuşdır və həmçinin məhkəmə tərəfindən AZEMİS elektron sistemdən Cavabdeh3 şəxsiyyət vəsiqəsi məlumatlarını əldə etmək mümkün deyildir, AZEMİS elektron sistemdən bu şəxsə dair məlumatlar çıxmır. Belə ki, fiziki şəxsin “poçt ünvanı” onun yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olduğu ünvandır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin Cavabdeh3 qeydiyyatı barədə məlumatın olmamasına dair arayış əlavə edilsə də, cavabdehin sonuncu yaşayış yeri və ya əmlakının olduğu yer haqqında iddia ərizəsinə məlumat əlavə edilmədiyindən, həmin cavabdehin məhkəmə iclasına dəvət edilməsi mümkün olmayacağından, bu hal çəkişmə prinsipini poza və gələcəkdə qətnamənin icrası mərhələsində müəyyən çətinliklər yarada bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra onlar ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “vərəsəlik hüququnun, miras əmlakın qəbul edilməsinin tanınması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6319/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6319/2021
24.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver