Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6355/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Osmanova Esmı̇ ra Hı̇ dayət qızının iştirakları ilə, İddiaçı̇ Abdurrahman oğlunun cavabdeh Osmanova Esmı̇ ra Hı̇ dayət qızına qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı̇ Abdurrahman oğlu cavabdeh Osmanova Esmı̇ ra Hı̇ dayət qızına qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 983 ABŞ dolları məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 50 manatın və 30 manat dövlət rüsumunun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, iddia tələbinin həcminin artırılmasına dair ərizə vermiş, Cavabdeh 983 ABŞ dolları məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 50 manatın, 500 manat əldən çıxmış faydanın, 5.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Esmiranı əvvəllər tanımamışdır. Həyat yoldaşı X1 ilə həmkənddir. Esmira onunla evlənməyə qərar vermişvə ona bildirmişdi ki, Türkiyəyə gələrək onunla ailə qurmaq istəyir. Esmira Türkiyəyə gəlmək və onunla ailə qurmaq məqsədilə ondan ayrı-ayrı vaxtlarda 983 ABŞ dolları almışdır. Esmiraya Türkiyə iş Bankası vasitəsilə 10.02.2020-ci il tarixdə 154 ABŞ dolları, 10.03.2020-ci il tarixdə 154 ABŞ dolları, 06.04.2020-ci il tarixdə 204 ABŞ dolları, 08.05.2020-ci il tarixdə 307 ABŞ dolları, 10.06.2020-ci il tarixdə 154 ABŞ dolları, 20.01.2020-ci il tarixdə 10 ABŞ dolları, cəmi 983 ABŞ dolları göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Esmira Türkiyə Respublikasının Samsun şəhərində dini nikahla digər bir şəxslə evlidir. Cavabdehin məqsədi ailə qurmaq yox, ondan pul qoparmaq olmuşdur. Buna görə də Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət etmiş, PB-nin 16.09.2021-ci il tarixli, 125- 4807H-3221 saylı məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Dəfələrlə cavabdehə verdiyi pulları geri tələb etsə də, o əsassız bəhanələr gətirərək həmin pulları qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, hazırkı iş üzrə mənəvi sarsıntı və iztirab keçirməsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir ki, həmin mənəvi zərərin məbləğini 5.000 manat məbləğində qiymətləndirir. Belə ki, iddia ərizəsində qeyd olunan tələblə bağlı əsəb, həyəcan və stress keçirmiş, həmçinin məsələnin həlli həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəlmiş, ilkin olaraq cavabdehdən pulun alınması ilə əlaqədar polis orqanına, bundan sonra isə məhkəməyə müraciət etmiş, bu müddət ərzində də xəstəliyi ilə bağlı səhhətində müxtəlif problemlər əmələ gəlmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində gəlirlərindən məhrum edilmişdir. Ümumilikdə 1 ay ərzində götürə biləcəyi gəlirin dəyərindən məhrum edilmişdir. Türkiyə Respublikası, Ankara şəhərində kənd təsərrüfatı ilə məşğul olur. Gördüyü iş müqabilində hər ay 500 manat gəlir əldə edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 500 manat, gəlir əlindən çıxmışdır. Bununla da pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil idda ərizəsinə və iddia tələbinin həcminin artırılmasına dair ərizəyə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Osmanova Esmı̇ ra Hı̇ dayət qızı iddia tələbini qismən qəbul edərək, verdiyi izahatında mübahisə edilən 983 ABŞ dolları pul məbləğini iddiaçıdan müalicə məqsədi ilə borc aldığını, lakin, maddi imkanının ağır olması səbəbindən qaytara bilmədiyini göstərmiş, ona görə də məhkəmədən iddianın qalan hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 6, 14, 21, 359.3, 385.1, 386.1, 425 390.1 və 739-cu maddələrini, AR Mülki Məcəlləsinin 191.3və 220.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan qəbzlərə əsasən İddiaçı̇ Abdurrahman oğlu tərəfindən cavabdeh Osmanova Esmı̇ ra Hı̇ dayət qızına Türkiyə iş Bankası vasitəsilə 10.02.2020-ci il tarixdə 154 ABŞ dolları, 10.03.2020-ci il tarixdə 154 ABŞ dolları, 06.04.2020-ci il tarixdə 204 ABŞ dolları, 08.05.2020-ci il tarixdə 307 ABŞ dolları, 10.06.2020-ci il tarixdə 154 ABŞ dolları, 20.01.2020-ci il tarixdə 10 ABŞ dolları, cəmi 983 ABŞ dolları göndərilmiş, cavabdeh tərəfindən həmin pullar qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, tərəflər arasında börc münasibətlərindən yarnmış öhdəliyin şərtlərinə cavabdeh tərəfindən riayət edilməməsi işin materialları və cavabdehin etirafı ilə təsdiq olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərini yerinə yetirməyən cavabdehdən verdiyi borcu tələb etməkdə haqlıdır və cavabdehdən 983 ABŞ dolları məbləğində borc tutularaq iddiaçıya verilməldir. Bununla yanaşı, iddia hüquqi yardıma görə ödənilmiş 50 manatın, əldən çıxmış fayda qismində tələb olunan 500 manatın və mənəvi zərərə görə 5000 manat kompensasiyanın ödənilməsi hissələrində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissələrdə əsaslandırılmamış və sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Osmanova Esmı̇ ra Hı̇ dayət qızından 983 (doqquz yüz səksən üç) ABŞ dolları məbləğində borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi İddiaçı̇ Abdurrahman oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6355/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6355/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver