Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6377/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı kommunal xərcin, müamilə pulunun ödənilməsi, kommunal xidmət üçün işlətmə müqaviləsinin imzalanması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı kommunal xərcin, müamilə pulunun ödənilməsi, kommunal xidmət üçün işlətmə müqaviləsinin imzalanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh kooperativə kommunal xidmətlərə görə olan 1855 manat əsas borc və 210 manat müamilə pulunun ödənilməsi və kommunal xidmət üçün işlətmə müqaviləsinin imzalanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" MTK-nın iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı "xxxx" MTK tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən və iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulduğu kimi iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə etmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi iddiaçının iddia tələblərindən biri “kommunal xidmət üçün işlətmə müqaviləsinin imzalanması” tələbidir ki, bu qiymətləndirilməyən iddiadır. Eyni zamanda, məhkəmə bildirir ki, iddia tələblərinin qiymətləndirilən hissəsi isə cəmi 2065 manatdır ki, bu da iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olan iddia tələblərinə daxildir. Bundan əlavə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanları göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehin poçt ünvanı kimi göstərilən ünvan səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş müvafiq sənədlə təsdiq olunmur və həmçinin məhkəmə tərəfindən AZEMİS elektron sistemdən Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarını əldə etmək mümkün deyildir, AZEMİS elektron sistemdən bu şəxsə dair məlumatlar çıxmır. Belə ki, fiziki şəxsin “poçt ünvanı” onun yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olduğu ünvandır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin iddia ərizəsində göstərilən ünvanda, yaxud başqa hər hansı bir ünvanda yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olması haqqında iddia ərizəsinə sübut əlavə edilmədiyindən bu hal çəkişmə prinsipini poza və gələcəkdə qətnamənin icrası mərhələsində müəyyən çətinliklər yarada bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçı "xxxx" MTK tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı kommunal xərcin, müamilə pulunun ödənilməsi, kommunal xidmət üçün işlətmə müqaviləsinin imzalanması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MTK-na qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6377/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6377/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver