Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-64/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair birinci iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair ikinci iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlirin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(004)-3146/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3146/2023 saylı mülki işlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3137/2023 (hazırki nömrəsi 2(004)-64/2024) saylı mülki işin birgə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Birinci iddia ərizəsi üzrə iddiaçı, birləşdirilmiş iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil ona mərhum dayısından miras qalıb. Belə ki, o qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzili öz adına rəsmiləşdirmiş və həmin mənzil üzərində öz hüquqlarını dövlət qeydiyyatından keçirib öz adına çıxarış almışdır. O Cavabdehlə rəsmi nikahda olub ailə qurmuşdur. Məhkəmə qərarı ilə nikahları pozulmuş və iki uşağı onun himayəsindədir. Hazırda cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında dayanmasını və yaşamağını istəmir. Aralarında narazılıqlar var. Cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxması barədə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini və əşyaları ilə birlikdə ona məxsus mənzildən çıxarılmasını istəyir. Birinci iddia ərizəsi üzrə cavabdeh, birləşdirilmiş iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-642 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən birinci tərəf İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsini aralarında olan razılaşmaya əsasən ikinci tərəfə yəni, Cavabdeh verməyi öhdəsinə götürmüş və bildirmişdir ki, gələcəkdə mənzilə dair alqı-satqı və istənilən formada özgəninkiləşdirmə olarsa və ya Cavabdeh ilə nikah pozularsa, mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh ödəniləcəkdir. Cavabdeh isə İddiaçı öhdəlik müqaviləsində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmamağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-642 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsini tərəflər məhkəmə qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 286/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında iddiaçı hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 4M-642 reyestr nömrəli öhdəlik müqaviləsinə hüquqi qiymət verilmiş və qeyd edilmişdir ki, “... tərəflərin məhkəməyə bildirdiklərinə əsasən arvada (iddiaçının) məxsus daşınmaz əmlakın birgə nikah dövründə əsaslı tərəf olması nəticəsində bağlanmış olan bu müqavilə mahiyyət etibarı ilə ər-arvadın hər birinin əmlakına paylı mülkiyyət rejimi tətbiq edən, həmçinin nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirən nikah müqaviləsidir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən iddiaçı Cavabdeh nikah pozularsa mənzilin ½ hissəsinə düşən gəliri X4 verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı nikahın pozulması barədə pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehə mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin ½ hissəsinə düşən gəlir barədə müddəanın Mülki Məcəllənin 404-cü maddəsi baxımından təfsir edilməsi müvafiq iddiaya baxan məhkəmənin səlahiyyətinə aid məsələdir”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1099/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2002-ci il tarixdə Səadət Sarayı Bakı Nikah evində bağlanılmış nikah pozulmuşdur. Bakı İnzibati Məhkəməsinə müraciətinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4007/2023 saylı, xx.xx.2023-cü il və xx.xx.2020-ci il tarixli qərarı ilə “Öhdəlik müqaviləsi”nə əsasən ünvan 4 ünvanında yerləşən 16 saylı mənzilin müəyyən edilən ½ hissədə payın onun adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Qərarda qeyd edilmişdir ki, Ali Məhkəmə xx.xx.2020-ci il tarixli müqaviləni nikah müqaviləsi kimi qiymətləndirmiş və həmin müqavilədə nəzərdə tutulan mənzilin ½ hissəsinə düşən gəliri üçüncü şəxs İddiaçı tələb etmək hüququnun olmasını təsbit etmişdir. Həmçinin birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 birləşdirilmiş iddia ərizəsinə dair məhkəməyə etirazla müraciət edərək etirazında göstərmişdir ki, Cavabdeh tərəfindən sabiq arvadı İddiaçı qarşı onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin onların arasında imzalanmış müqaviləyə əsasən 1/2 hissəsinə düşən gəlirin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə iddia ərizəsi verilmişdir. Göstərilən iddia ərizəsini qeyd edilənlərə görə əsassız hesab edir və rədd edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Peosessual Məcəlləsinin 112.4cü maddəsi tələb edir ki, iddianın qiyməti iddiaçı tərəfindən göstərilsin. İddiaçı tərəfindən iddianın qiyməti göstərilməmişdir. Bu hal iddianın rədd edilməsi üçün əsas verir, belə ki, iddia qiymətinin iddia ərizəsində göstərilməsi MPM-nin imperativ tələbidir və qiyməti göstərilməyən iddia buna görə də rədd edilməlidir. Hazırki mübahisə ailə münasibətlərindən doğan mübahisədir, belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi iddianın əsasını təşkil etmiş müqaviləni nikah müqaviləsi qismində qiymətləndirmişdir. Azərbaycan Respublikasının "Mediasıya haqqında" qanununun 3.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı ilkin mediasiya sessiyasının təşkil edilməsi məqsədi ilə nə Cavabdehə, nə də hər hansı bir mediasiya qururmuna müraciət etməmişdir. Bu baxımdan qeyd edilən iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mənzilin birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tam mülkiyyətində olması Ali Məhkəmənin qərarı ilə təsdiq edilir. Həmin qərara əsasən əmlakın bölünməsi iddiası rədd edilmişdir. Buna görə də, mənzil tam olaraq İddiaçı mülkiyyətindədir. Birinci iddia üzrə cavabdehin mənzildə qalması İddiaçı öz mənzilindən qanunla nəzərdə tutulmuş qaydada sərbəst istifadə imkanlarından məhrum edir. Bu da İddiaçı Konstitusiya ilə təsbit edilmiş və qorunan hüquqlarının pozulması ilə nəticələnir. Bununla əlaqədar son insident bundan ibarət olmuşdur ki, İddiaçı öz mənzilinə gələrkən Cavabdeh öz məşuqəsi ilə mənzildə olduğundan İddiaçı iki saat ərzində mənzilə buraxmamışdır. Polis orqanları işə qarışıdıqdan sonra Cavabdeh İddiaçı mənzilə buraxmışdır. Cavabdeh məşuqəsini həmin mənzilə gətirməklə mənzildə qeydiyyatda olaraq istifadə hüququndan sui-istifadə edir və bu azyaşlı uşağın tərbiyəsinə də mənfi təsir göstərir. Həm Mənzil, həm də Mülki Məcəlləyə əsasən qohumluq əlaqələri kəsildiyindən birinci iddia üzrə cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. İkinci iddia ilə bağlı bildirmək istəyir ki, mənzilin ½ hissəsinə düşən gəlirlə bağlı bağlanmış müqavilə şərtlə bağlanmış müqavilədir. Həmin şərt boşanma ilə əlaqədardır. Həmin şərtin qoyulmasının özü qeyri-qanuni olmuşdur. Çünki həmin şərtin baş verib–verməməsi tərəflərin iradəsindən asılı olmuşdur. Əvvəlki proseslərdə bu məsələyə toxunulmamış, heç bir məhkəmə tərəfindən bu məsələ araşdırılmamışdır. AR Mülki Məcəlləsinə əsasən, şərtin baş verməsi onun üçün sərfəli olan tərəf şərtin baş verməsinə vicdansızcasına kömək göstərdikdə şərt baş verməmiş sayılır. Buna görə də hesab edir ki, Cavabdeh boşanma şərtini müqaviləyə daxil etməklə və sonradan boşanmaq üçün aktiv hərəkətlər etməklə həmin şərtin baş verməsinə nail olmuşdur. Bundan başqa Cavabdeh əsas məqsədi mənzilə xərclənmiş pulların geri qaytarılması olmuşdur. Hesab edir ki, ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmə qərardadında Cavabdeh mənzil üçün xərclədiyi xərcin nə qədər olması ilə bağlı sual da qoyulmalı, həmin xərclərin hal-hazırda amortizasiya qalıq dəyərinin nə qədər olması müəyyən edilməli idi. Halhazırda həmin mənzildə Cavabdeh yaşayır. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı izahatında nümayəndə və vəkilinin dedikləri ilə razı olduğunu və əlavəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, əslində onlar ikinci iddia təmin ediləcəyi halda, birinci iddianın da təmin edilməsinə etiraz etmirlər. Hesab edirlər ki, hər iki iddia təmin edilərsə, eyni vaxtda icra edilməlidir. İkinci iddia təmin edilməyəcəyi halda, birinci iddianın da təmin edilməsinə etiraz edirlər. Hesab edirlər ki, həmin mənzil üzərində Cavabdeh hüquqları vardır. Nə qədər ki, həmin hüquqlar həyata keçməmişdir, həmin mənzildə onların istifadə hüquqlarına xitam verilməsi əqdin mahiyyətinə və əvvəlki məhkəmə qətnamələrinə zidd olacaqdır. Əqd bugünkü gündə mübahisə predmeti deyildir, çünki Ali Məhkəmənin qərarında da göstərilir ki, Cavabdeh həmin əqddən irəli gələn, mənzilin ½ hissəsinə düşən gəliri istəmək hüququ var. Hüquqlarını təmsil etdiyi tərəf vaxtilə həmin mənzilə pul xərcləmiş, ekspert rəyindən də görünür ki, iki otaqlı mənzil üç otaqlı mənzilə çevrilmiş, mənzilə avadanlıqlar yerləşdirilmiş və mənzil təmir edilmişdir. Onlar həmin xərci deyil, mənzilin ½ hissəsinə düşən gəliri tələb edirlər, çünki bu öhdəliyin mahiyyətindən irəli gəlir. Cavabdeh mənzil üzərində istifadə hüququ vardır.Cavabdeh mənzil üzərində istifadə hüququnun olub-olmamasına məhkəmə tərəfindən qiymət veriləcəkdir. Cavabdeh mənzil üzərində istifadə hüququ tərəflərin nikah münasibətlərinə əsaslanır. Nikah hal-hazırda qüvvədə deyil. İkinci iddia təmin ediləcəyi halda, birinci iddianın da təmin edilməsi ilə bağlı bildirmək isəyir ki, qanunda vəkilin açıq formada fikrini ifadə etməsi qadağan edilməmişdir. İddianın şərti qəbul edilməsinə məhkəmə tərəfindən qiymət veriləcəkdir. Konstitusiya Məhkəməsinin müvafiq mövqeyinə əsasən artıq tələbdə əqddən söhbət gedirsə, əqdlərin etibarsızlığı ilə bağlı tələblə müraciət edilibedilməməsindən asılı olmayaraq, həmin əqdə hüquqi qiymət verilir. Əvvəlki məhkəmə qərarlarında əqdə ümumi olaraq qiymət verilmişdir. Nikahın pozulması iradə ifadəsi deyil. Onlar hesab edirlər ki, 207000 manat evin real bazar dəyərinə uyğundur. Onlar həmin qiymətlə razıdırlar. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh izahatında nümayəndə və vəkilinin dedikləri ilə razı olduğunu və əlavəsi olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, həm birinci iddia ərizəsi üzrə iddia tələbi, həm də birləşdirilmiş iddia ərizəsi üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA ******* seriya nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətçisi olduğu ünvan 3 ünvanından Cavabdeh qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ASAN 3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, X3, X5 və Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4007/2023 saylı, xx.xx.2023cü il tarixli Qərarına əsasən iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X8 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “payın naturada bölünməsi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X8 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “payın ayrılması” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Öhdəlik müqaviləsinin şərrtlərinə əsasən birinci tərəf- İddiaçı bildirir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61 kv.m olan 2 otaqlı mənzil onun mülkiyyətinə 12 saylı notariat ofisində bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə-142 reyestr nömrəli bağışlama müqaviləsi əsasında keçmişdir. xx.xx.2002-ci il tarixində həyat yoldaşı Cavabdeh ilə nikaha girmişlər. Aralarında olan razılaşmaya əsasən göstərilən mənzilin ½ hissəsini əri Cavabdeh verməyi öhdəsinə götürür. Bildirir ki, gələcəkdə göstərilən mənzilə dair alqı-satqı və həmçinin istənilən formada özgəninkiləşdirmə olarsa və ya Cavabdeh ilə nikahları pozularsa mənzilin ½ hissəsinə düşən gəlir onun tərəfindən həyat yoldaşı Cavabdeh ödəniləcəkdir. İkinci tərəf - Cavabdeh müqavilənin 1.1-ci bəndində göstərilən şərlə razıdır və həyat yoldaşı İddiaçı öhdəlik müqaviləsində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmayacaqdır. Bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2002-ci il tarixdə Səadət Sarayı Bakı nikah evində 1500 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün İddiaçı yanında qalmaları, 03 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7184-9/7269 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan mənzilin ümumi sahəsinin 61 kv.m təşkil etdiyi nəzərə alındıqda, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 156000 manat (2563x61), həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 207000 manat (2563x81) məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşdur. Hazırda tərəflər arasında mübahisənin predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzil İddiaçı onun dayısı tərəfindən xx.xx.2011-ci il tarixdə bağışlanmış və xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları dövrdə hazırki mübahisə predmetini təşkil edən mənzil ilə bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətinə keçmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsini Cavabdeh verməyi, gələcəkdə mənzilə dair alqı-satqı və istənilən formada özgəninkiləşdirmə olarsa və ya Cavabdeh ilə nikahları pozularsa mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh verməyi, Cavabdeh isə İddiaçı öhdəlik müqaviləsində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmamağı öhdəsinə götürmüşdür. Daha sonra, münasibətləri pozulduğundan İddiaçı “nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Nikah məhkəmə qaydasında pozulduqdan sonra tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzillə bağlı bir sıra məhkəmə mübahisələri olmuşdur. Belə ki, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X8 və Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh isə İddiaçı qarşı “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildəki payının naturada ayrılması və bu mümkün olmadıqda isə ona kompensasiya ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə mənzilin hərracda satılması və satışdan əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Həmin mülki işlə əlaqədar olaraq yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X8 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “payın naturada bölünməsi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X8 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “payın ayrılması” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair birinci iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlirin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işdə birinci iddia üzrə İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi Cavabdeh həmin mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun qanuni mülkiyyətində və istifadəsində olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə həmçinin Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə geyim əşyaları ilə birlikdə çıxarılması barədə birinci iddia tələbinə münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Odur ki, əvvəlcə Cavabdeh həmin mənzilə istifadə hüququnun mövcud olub olmaması məsələsi aydınlaşdırılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Baxmayaraq ki, Cavabdeh ilə İddiaçı arasında nikah 2002-ci ildə bağlanmışdır, belə qəbul edilir ki, tərəflər həmin mənzilə mənzil İddiaçı dayısı tərəfindən bağışlandıqdan sonra, yəni 2011-ci ildə köçmüşlər. Məhkəmə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə birinci iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, tərəflər arasında olan hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələblərinə baxılarkən 2009-cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Mənzil Məcəlləsinin müddəalarına istinad olunmalıdır. Odur ki, Cavabdeh həmin mənzilə istifadə hüququnun yaranıb yaranmaması və bundan irəli gələn digər məsələlərə 2009-cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri ilə bağlı müddəalar şamil olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi ilə müəyyən olunur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilmişdir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsi ilə müəyyən olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin maddələr nəzərə alınmaqla məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə mənzil mülkiyyətçisinin həyat yoldaşı kimi 2011-ci ildə istifadə hüququ yaranmışdır. Lakin tərəflər arasında 2021-ci ildə nikah münasibətlərinə xitam verildiyindən və keçmiş ailə üzvü ilə mülkiyyətçi arasında həmin mənzilə istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmadığından keçmiş ailə üzvü olan Cavabdeh istifadə hüququ saxlanılmamalıdır. Odur ki, birinci iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməli və o, geyim əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbinə münasibət bildirərkən qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Öhdəlik müqaviləsi hazırda qüvvədədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə həmin müqavilənin etibarsız olmadığı öz təsdiqini tapmışdır. Öhdəlik müqaviləsinə nəzər yetirdikdə görmək olur ki, həmin müqavilə şərtlə bağlanmış müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.4-cü maddəsinə əsasən pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtindən müəyyən olunur ki, iddiaçı nikahın pozulması barədə pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlirin İddiaçı tərəfindən Cavabdeh verilməsi öhdəliyi tərəflər arasında nikahın pozulması şərtindən asılı edilmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulduğundan, yəni öhdəliyin asılı edildiyi şərt baş verdiyindən müqavilədə də qeyd edildiyi kimi ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlir İddiaçı tərəfindən Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə gəlinən nəticə də belə olmuş və qərarda Cavabdeh mübahisəli mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Habelə məhkəmə tərəflər arasında bağlanmış müqavilədə qeyd edilmiş mənzilin ½ hissəsinə düşən gəlir ifadəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsi nəzərə qalınmaqla təfsir edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 404.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu baxımdan məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə bağlanan zaman tərəflərin həqiqi iradə ifadəsinin mənası nəzərə alınaraq müqavilədə qeyd edilmiş mənzilin ½ hissəsinə düşən gəlir ifadəsi mənzildən əldə edilən qazanc mənasında deyil, onun dəyəri kimi başa düşülməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birləşdirilmiş mülki iş üzrə iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlir, yəni həmin mənzilin mövcud dövr üçün olan bazar dəyəri cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlirlə bağlı isə məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7184-9/7269 nömrəli ekspert rəyi ilə razılaşır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin bazar dəyəri müəyyən olunarkən həm mənzilin sənəddə qeyd edilmiş 61 kv.m üçün olan dəyəri, həm də faktiki ümumi sahəsi nəzərə alınmaqla olan 81 kv.m üçün olan dəyəri müəyyən edilmişdir. Məhkəmə isə qeyd edtməyi zəruri hesab edir ki, mənzilin bazar dəyəri dedikdə mənzilin faktiki ümumi sahəsinin dəyəri başa düşülür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alınmaqla ekspertiza tərəfindən müəyyən edilmiş mənzilin hazırki dövr üçün bazar dəyərinin yarısı (207000:2=103500), yəni 103500 (yüz üç min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, birinci iddia üzrə iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilsin və o, geyim əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalı, birləşdirilmiş mülki iş üzrə iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlir, yəni 103500 (yüz üç min beş yüz) manat məbləğində pul vəsaiti (207000:2=103500) cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə həmçinin Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması ilə 103500 (yüz üç min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsinin eyni vaxtda icra olunmasını zəruri hesab edir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni həm birinci iddia, həm də birləşdirilmiş mülki iş üzrə iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat pul birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci iddia üzrə iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilsin və o, geyim əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Birləşdirilmiş mülki iş üzrə iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlir, yəni 103500 (yüz üç min beş yüz) manat məbləğində pul vəsaiti (207000:2=103500 ) cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu ikinci iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması ilə 103500 (yüz üç min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi eyni vaxtda icra olunsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat pul birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-64/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-64/2024
05.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver