Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-64/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən pozulmuş öhdəliyin bərpası, yəni müqavilə üzrə nəzərdə tutlmuş 144,06 kv.m olan 2 (iki) təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93,6 kv.m olan 2 otaqlı mənzil olmaqla) İddiaçı təhvil verilməsi və ya cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv.m, 2 otaqlı sahəsi 77,46 kv.m olmaqla, ümumi sahəsi 121,46 kv m olan, 2 mənzil) 2 mənzilin sahəsi ilə müqavilə üzrə razılaşdırılmış sahə arasında yaranmış 20,6 kv.m (əlavə razılıq üzrə 2 kv.m pulu ödənilmədiyi üçün həmin saəh istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 manat maddi zərərin və ödənilmiş 190 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh MMC-nin fəaliyyətinin araşdırlması üçün (vergidən yayınma və digər pozuntulara dair) xüsusi qərardad elan edib, aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ”Grand Plaza“ MMC arasında xx.xx.2017- ci il tarixli müqavilə imzalanmış və müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində 12 öz nömrəli reyestr kitabının 1807-ci səhifəsində 30/18316 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 125073 nömrəli Qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çox mənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2017- ci il tarixli müqaviləyə əlavə imzalanmış və həmin əlavəyə əsasən ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142.08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürülmüşdür. Daha sonra tərəflər arşında əlavə 2 kv l-sahənin əlavəedilməsini nəzərdə tutan, yəni, 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak mülkiyyətçisi”-nə 144.06 kv m olan 2 (iki) mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2020- ci il tarixli müqaviləyə əlavə imzalanmışdır. Hal-hazırda cavabdeh şirkət müqavilə üzrə öhdəliyini pozaraq, müqavilədə mülkiyyətçi ilə razılaşdırdığı 144.06 kv. m əvəzinə ümumi sahəsi 121.46 kv m olan (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olan) 2 mənzil təqdim etmişdir. Dəfələrlə cavabdeh şirkətdən öhdəliyi düzgün icra edilməsi, müqavilə üzrə razılaşdırılmış sahəyə uyğun mənzillərin təhvil verilməsi və ya verilməyən 20.6 kv m (əlavə razılıq üzrə 2 kv m pulu tərəflərindən ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 (otuz iki min doqquz yüz altmış) manat (20.06 kv m x 1600 manat) maddi zərərərin cavabdeh şirkət tərəfindən ödənilməsi tələbləri şirkət tərəfindən imtina ilə qarşılanmışdır. Buna dair tərəfindən pretenziya qaydasında müraciət edilmişdir. Cavabdeh şirkət tərəfindən müqavilənin tələbləri kobud surətdə pozulmuş və mülkiyyətçiyə ümumilikdə 32.960 manat maddi zərər vurulmuşdur. İddiaçının nümayəndəsi və vəkili X2 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək, iddianın tam təmin edilməsi, Cavabdeh MTK - dən pozulmuş öhdəliyin bərpası, yəni xx.xx.2017- ci il tarixli müqaviləyə 2 saylı, xx.xx.2020- ci il tarixli əlavə ilə razılaşdırılaraq öhdəlik götürülmüş hər iki mənzil üzrə ümumi 144.06 kv m olan 2 (iki) təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olmaqla, ümumi sahəsi 121.46 kv m olan, 2 mənzil) 2 mənzilin sahəsi arasında yaranmış 20.6 kv m (1 kv.m x 1600 manat) fərqin əvəzinin, yəni 32.960 (otuz iki min doqquz yüz altmış) manat maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul məbləğinin cavabdeh şirkət olan Cavabdeh MTK-dən tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ”Grand Plaza“ MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmış və müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində 12 öz nömrəli reyestr kitabının 1807-ci səhifəsində 30/18316 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 125073 nömrəli Qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çox mənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə imzalanmış və həmin əlavəyə əsasən ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142.08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürülmüşdür. Daha sonra tərəflər arsında əlavə 2 kv m sahənin əlavəedilməsini nəzərdə tutan, yəni, 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak mülkiyyətçisi”-nə 144.06 kv m olan 2 (iki) mənzilin ( 51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə imzalanmışdır. Hal- hazırda cavabdeh şirkət müqavilə üzrə öhdəliyini pozaraq, müqavilədə mülkiyyətçi ilə razılaşdırdığı 144.06 kv. m əvəzinə ümumi sahəsi 121.46 kv m olan (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olan) 2 mənzil təqdim etmişdir. Dəfələrlə cavabdeh şirkətdən öhdəliyi düzgün icra edilməsi, müqavilə üzrə razılaşdırılmış sahəyə uyğun mənzillərin təhvil verilməsi və ya verilməyən 20.6 kv m (əlavə razılıq üzrə 2 kv m pulu tərəflərindən ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 (otuz iki min doqquz yüz altmış) manat (20.06 kv m x 1600 manat) maddi zərərərin cavabdeh şirkət tərəfindən ödənilməsi tələbləri şirkət tərəfindən imtina ilə qarşılanmışdır. Buna dair tərəflərindən pretenziya qaydasında müraciət edilmişdir. Cavabdeh şirkət tərəfindən müqavilənin tələbləri kobud surətdə pozulmuş və mülkiyyətçiyə ümumilikdə 32.960 manat maddi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında 09 dekabr 2017-ci il tarixli, 003 nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” İddiaçı bu Müqaviləyə əsasən xx.xx.2002-ci tarixində 12 öz nömrəli reyestr kitabının 1807-ci səhifəsində 30/18316 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 125073 nömrəli Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi və “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142,08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək (mənzil təhvil verilənədək) onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəklərini öhdəliklərini üzərilərinə götürürlər. Həmin 09 dekabr 2017-ci il tarixli, 003 nömrəli müqaviləyə əlavənin edilməsi haqqında xx.xx.2017-ci il tarixli əlavə razılaşmaya əsasən müqavilənin 1.1.2-ci bəndində qeyd olunan “Əmlak Mülkiyyətçisi”-nə veriləcək faktiki yaşayış sahəsinin 118,4 kv.m olan hissəsi 20%-i artırılmaqla (yəni 118.4+ 20%=142.08), veriləcək 24 aylıq kirayə haqqı hər ay 500 AZN müəyyən edilməsi, müqaviləyə əsasən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş ümumi sahəsi 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak Mülkiyyətçisi”-nə yan-yana, 2 otaqlı, hər birinin ümumi sahəsi 71.04 kv.m olan ayrıaynlıqda 2 (iki) mənzilin verilməsi, müqaviləyə əsasən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətinə mənzərəsi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsinə baxan mənzillər verilməsi qərara alınmışdır. Həmin 09 dekabr 2017-ci il tarixli, 003 nömrəli müqaviləyə edilmiş 2 saylı xx.xx.2020ci il tarixli əlavəyə əsasən 09 dekabr 2017-ci il tarixli 003 saylı Müqaviləyə və müqavilənin “Əlavə razılaşma”-sının ikinci bəndi dəyişdirilərək redaksiyada əlavələr edilməsi barədə tərəflər razılığa gəlmişlər: “Əmlak mülkiyyətçisi”-nə veriləcək mənzilin ümumi sahəsi 142.08 deyil 144 kv.m müəyyən edilməsi, həmin mənzilin əvəzində ona S.Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının “C” bloku, 8-ci mərtəbə, yan-yana ümumi sahəsi 51 kv m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı (ayrıayrılıqda iki mənzil) verilməsi, belə ki, əlavə ediləcək sahə 2 kv.m; satış qiyməti 1 kv.m üçün 1600 AZN; ödəniləcək məbləğ (2 kv m x 1600 AZN = 3200 AZN) tikinti şirkətinə ödənilməsi, gələcəkdə mənzilin real ölçüləri təhvil-təslim zamanı Tikinti şirkəti və “Əmlak mülkiyyətçisi” tərəfindən birlikdə müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan 08A/13192i il tarixli “Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”a əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12öz nömrəli reyestr kitabının 1801 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzilin 2 yaşayış otağı, yaşayış sahəsi 30 kv.m, ümumi sahə 49.1 kv.metrdir. İş materiallarında olan X7 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş ərizəyə (**********26) əsasən "xxxx" MMC ilə xx.xx.2017-ci iİ tarixli mənzilin tikintisi haqqında bağlanmış müqaviləyə əsasən əri İddiaçı adına olan Bakı şəhəri, S.Rüstəm küçəsi ilə Q.Quliyev küçələrinin kəsişməsində "xxxx" MMC-nin inşa etdiyi yaşayiş binalarının C bloku, 8-ci mərtəbəsindəki ümumi sahəsi 51 kv. metr təşkil edən 1 (bir) otaqlı mənzilin digər şəxsin adına rəsimləşdirilməsinə etiraz etmir. Gələcəkdə həmin mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 14 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Mehdi zadə Fuad Altay oğlu S.Rüstəm küçəsindəki 59 nömrəli evin 2-ci mərtəbəsində 30.0 kv. metr sahəsi olan 2 otaqlı 3 nömrəli mənzildə yaşayır. Mənzilin sahibi İddiaçıdur. Daimi qeydiyyatda olanlar X8 və X6r. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanmış pretenziya qaydasında müraciətinə əsasən İddiaçı ilə cavabdeh "Grand Plaza“ MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmış və müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində 12 öz nömrəli reyestr kitabının 1807-ci səhifəsində 30/18316 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdımıa və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 125073 nömrəli Qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün “Grand Plaza" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çox mənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürdüyünü, bundan sonra mülkiyyətçi ilə şirkət arasında xx.xx.2017-ci il İarixli müqaviləyə əlavə imzalanmış və həmin əlavəyə əsasən ünvan 5 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli. hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142.08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürdüyünü, daha sonra tətəflər arasında əlavə 2 kv m -sahənin əlavə edilməsini nəzərdə tutan, yəni, 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak mülkiyyəlçisi"-nə 44.06 kv m olan 2 (iki) mənzilin (51 kv.m olan l otaqlı və 93.6 kv.molan 2 otaqlı mənzil olmaqla) verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə imzalanmışdır. Hal- hazırda şirkət tərəfindən müqavilə üzrə öhdəliyini pozularaq, müqavilədə mülkiyyətçi ilə razılaşdırılmış 144.06 kv. m əvəzinə ümumi sahəsi 121.46 kv m olan ( 1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olan) 2 mənzil təqdim edilmədiyini, dəfələrlə şifahi qaydada şirkətdən öhdəliyi düzgün icra edilməsi, müqavilə üzrə razılaşdınlmış sahəyə uyğun mənzillərin təhvil verilməsi və ya verilməyən 20.6 kv m (razılıq üzrə 2 kv m pulu tərəflərindən ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 (otuz iki min doqquz yüz altmış) manat (20.06 kv m x 1600 manat) maddi zərərərin şirkət tərəfindən ödənilməsi tələbləri şirkət tərəfindən imtina ilə qarşılandığını, baş vermiş qanun pozuntusu onlar tərəfindən aradan qalxmadığı təqdirdə qanunamüvafiq formada məhkəmə müstəvisində tərəfindən mübahisələndiriləcəyi və aidiyyatı üzrə hüquqmühafizə orqanına şikayət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunun 24/08/409 nömrəli Nəsimi rayonu, Süleyman rüstəm və Qulu Quluyev küçələrinin kəşisməsində yeni inşa edilmiş yaşayış binasının C-bloku ünvanında yerləşən, vətəndaş İddiaçı məxsus 31 saylı mənzilin mövcud vəziyyəti barədə eskiz layihəsinə əsasən mənzilin ümumi sahəsi 44.41 m2-dir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunun 24/08/409 nömrəli Nəsimi rayonu, Süleyman rüstəm və Qulu Quluyev küçələrinin kəşisməsində yeni inşa edilmiş yaşayış binasının C-bloku ünvanında yerləşən, vətəndaş İddiaçı məxsus 32 saylı mənzilin mövcud vəziyyəti barədə eskiz layihəsinə əsasən mənzilin ümumi sahəsi 77.46 m2-dir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2968 nömrəli ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) tələblərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 44,41 kv.metr və 32 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) isə 77,46 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 və 32 saylı mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 31 saylı mənzilin ümumi sahəsinin 51.0 kv.metr, 32 saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 saylı mənzilin ümumi sahəsinin 51.0 kv.metr, 32 saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.metr təşkil etdiyini nəzərə alaraq, mənzillərin ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 003 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli 2 saylı Əlavənin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən vətəndaş İddiaçı olğunun müraciəti əsasında Cavabdeh MTK barəsində Baş İdarədə hər hansı cinayət xarekterli materialın araşdırılması və yaxud cinayət işinin ibtidai istintaqı aparılmadığı bildirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının: 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə və həmin müqaviləyə əlavələrə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 144 kv.m olan (51 kv.m 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı ayrı ayrılıqda 2 mənzil) təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı hər iki mənzil üzrə ümumi sahəsi 144.06 kv m olan 2 təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) cavabdeh tərəfindən təqdim edilmiş 2 mənzilin (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olmaqla, ümumi sahəsi 121.46 kv m olan) ümumi sahəsi arasında yaranmış 20.6 kv m (1 kv.m x 1600 manat) fərqin əvəzinin, yəni 32.960 manat maddi zərərin Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal-cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 və 32 saylı mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 31 saylı mənzilin ümumi sahəsinin 51.0 kv.metr, 32 saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.metr təşkil etdiyi və mənzillərin ümumi sahələrinin tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 003 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli 2 saylı Əlavənin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Yəni, ekspert rəyinə əsasən xx.xx.2017-ci il tarixli müqavilə və əlavə razılaşmalara əsasən iddiaçıya müqavilə şərtlərinə əsasən 31 saylı 1 otaqlı mənzilin ümumi sahəsi 51.0 kv m., və 32 saylı 2 otaqlı mənzilin ümumi sahəsi 93.6 kv.m. olmaqla cəmi ümumi sahəsi 144.6 kv m olan mənzillər təqdim edilmişdir. Bundan başqa, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, sözügedən mənzillər İddiaçı Cavabdeh MTK tərəfindən təhvil verilməmişdir. Buna baxmayaraq mübahisələndirilən mənzillər tikilib başa çatdığından və iddiaçıya təqdim edildiyindən təyin edilmiş ekspertiza ilə həmin mənzillərdə ölçü işləri aparılaraq mənzillərin ümumi sahəsi hesablanmışdır. Yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə 31 saylı mənzilin ümumi sahəsinin 51.0 kv.m və 32 saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, ümumi sahəsi 51 kv.m olan 1 otaqlı 31 saylı və ümumi sahəsi 93.6 kv.m olan 2 otaqlı 32 saylı mənzil olmaqla, ümumi sahəsi 144.6 kv m olan mənzilləri təqdim etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir. Bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə, xx.xx.2017- ci il tarixli müqaviləyə 2 saylı, xx.xx.2020-ci il tarixli əlavə ilə razılaşdırılaraq öhdəlik götürülmüş hər iki mənzil üzrə ümumi 144.06 kv m olan 2 təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olmaqla, ümumi sahəsi 121.46 kv m olan, 2 mənzil) 2 mənzilin sahəsi arasında yaranmış 20.6 kv m (1 kv.m x 1600 manat) fərqin əvəzinin, yəni 32.960 manat maddi zərərin Cavabdeh MTKdən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 190 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-64/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-64/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver