Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6402/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, cavabdehdən onun xeyrinə 2516 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh onun etibarından sui-istifadə edərək ondan 2516 dollar məbləğində borc almış və küllü miqdarda ziyan vurmuşdur. Cavabdeh bu puldan istifadə edərək xırda ticarətlə qazanc əldə etmiş, borcunu qaytarmamışdır. Bu məsələ ilə bağlı ona dəfələrlə müraciət etməyimə baxmayataq, pulu qaytarmaqdan imtina etmişdir. 30.11.2018-ci il tarixində Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, Cavabdeh 29-cu PŞ-nə gələrək borclu olduğunu təsdiq etmiş, lakin hələ pulu olmadığı üçün ödəyə bilmədyini, tez bir zamanda pulu qaytaracağını qeyd etmişdir. Lakin həmin tarixdən uzun müddət keçsə də, puldan bir manat belə olsa qaytarmamışdır. Hal-hazırda maşın alveri ilə məşğuldur, gəlir mənbəyi var. İstəsə pulu qaytara bilər, ama məsuliyyətdən qaçır və pulu qaytarmaq istəmir. Türkiyə şəhərində, Gürcüstan şəhərində istirahət etməyə pul tapa bilir, ama borcunu ödəməyə pul tapmır. Bu açıq şəkildə pulu qaytarmaqdan imtina etmək deməkdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 427.3, 429.1.3, 442, 443.4, 448.1, 448.2, 739.1, 739.2-ci, maddələrini nəzərə alaraq müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal RPl-si 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru K.Rahmanovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 noyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, təxminən iki il əvvəl birlikdə sürücü işlədiyindən tanıdığı İddiaçı müraciət edərək Zahid adlı dostunun Dubay şəhərindən xırdavat mallar alıb gətirərək burada satıb babat dolanışığı olduğunu demiş və özlərinin də şərikli alver etməklərini təklif etmişdir. Həmin vaxtlar o, Səbuhini Zahidlə tanış etmiş və onunla söhbətlərindən sonra birgə Dubay şəhərinə getməkləri barədə razılaşmışlar. Səbuhi ilə birgə alverləri üçün hərəsinə 2500 ABŞ dolları vəsait qoyacaqları barədə razılaşsalar da, həmin vaxt özü ilə yalnız 500 dollar götürmüşdür. Həmin vaxt Səbuhi onun yerinə də pul qoyub oradan ətirlər və mobil telefonlar alaraq Bakı şəhərinə gətirmişlər. Bakı şəhərində həmin malları satdıqdan sonra Səbuhi yola və otelə, həmçinin mallara xərclədiyi pulu artıqlaması ilə götürmüşdür. Təxminən 10 gündən sonra Səbuhi ilə ikinci səfərə getmək ərəfəsində Səbuhinin işləri çıxdığından gedə bilməmiş, amma ona mal alması üçün 1800 dollar vermiş, həmçinin onun yol və otel xərclərini də ödəmişdir. O oradan gəldikdən sonra aldığı malları, çoxunu nisyə olmaqla paylaşdırmışdır. Sonradan Səbuhi ondan pulunu istədikdə malları nisyə olaraq verdiyini bildirərək pulu tam olaraq Səbuhiyə ödəyə bilməmişdir. Səbuhiyə 2000 manat pul, pulun əvəzinə mallar qaytarıb ona olan borcunu 2516 dollara qədər azaltmışdır. Bundan sonra Səbuhi ilə söhbətlərində ona qalan borcunu aya 20-30 manat olmaqla hissə-hissə uzun müddətə qaytarmasını təklif etdikdə Səbuhi onunla razılaşmayaraq ona olan borcunu 2-3 dəfəyə qısa müddətə ödəməsini tələb etmişdir. O isə işsiz olduğundan və himayəsində 15 yaşlı şikəst övladı olduğundan onun tələbini yerinə yetirə bilməmişdir. Təxminən bir aydan sonra rəsmi işlə təmin olunması barədə ona vədlər verildiyindən güman edir ki, bundan sonra Səbuhiyə olan borcunu hissə- hissə ödəyə bilər. Araşdırma zamanı göstərilən faktlaarın mülkü xarakterli mübahisə olduğu müəyyən edildiyinə görə, göstərilən faktda cinayət hadisəsi olmadığından fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə borc mübahisəsinin həll edilməsi üçün mülkü qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçıdan borc pul almış aldığı borcu qaytarmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2516 ABŞ dolları məbləğində borc tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 2516 (iki min beş yüz on altı) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6402/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6402/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver