Məhkəmə qərarları › İş №2(004)-6404/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6404/2020

14.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6404/2020 14.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdehlər “xxxx” MTK-ya və Bakı şəhəri Cavabdeh2nə qarşı Bakı şəhəri, Yeni Yasamal, xxxx MTK-nın yeni inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində 60 m2 sahənin bölgü ölçüsünün aparılmasının ekspertə həvalə olunması tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MTK-ya və Bakı şəhəri Cavabdeh2nə qarşı Bakı şəhəri, Yeni Yasamal, xxxx MTK-nın yeni inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində 60 m2 sahənin bölgü ölçüsünün aparılmasının ekspertə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən belə müəyyən olunur ki, yekunda qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamə vardır. İddiaçı qətnamənin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Yeni Yasamal, xxxx MTK-nın yeni inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində 60 m2 sahənin bölgü ölçüsünün aparılmasının ekspertə həvalə olunmasını tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı tələbi qətnamənin icrası qaydasında həll olunan məsələ olduğu üçün o, müvafiq ərizə ilə icra məmuruna müraciət etməlidir. Bundan başqa, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən müəyyən olunur ki, hazırki iddia ərizəsinə görə dövlət rüsumu Yasamal Rayon Məhkəməsinə deyil, 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-153-cü və 268-ci maddələrinə əsasən QƏRARA ALDİ: İddiaçı cavabdehlər “xxxx” MTK-ya və Bakı şəhəri Cavabdeh2nə qarşı Bakı şəhəri, Yeni Yasamal, xxxx MTK-nın yeni inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində 60 m2 sahənin bölgü ölçüsünün aparılmasının ekspertə həvalə olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qətnamənin icrasını təmin etmək istiqamətində ölçünün aparılmasının ekpertə həvalə edilməsi barədə ərizə ilə icra məmuruna müraciət edə bilər. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Günay Axundova İ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar