Məhkəmə qərarları › İş №2(004)-6409/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6409/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6409/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh, tərcüməçi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 37, 19 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, 15 sentyabr 1996-cı il tarixdə Cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 10 iyul 1997-ci il təvəllüdlü X6, 02 noyabr 2002-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7963/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Səadət sarayı tərəfindən bağlanmış 15 sentyabr 1996-cı il tarixli 1451 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan olan 02 noyabr 2002-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil atası X2 02 avqust 2006-cı il tarixində vəfat eldikdən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında onun mülkiyyətinə keçmişdir. Bildirir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7963/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulsa belə, Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında onun mülkiyyətinə keçmiş mənzildən çıxmamışdır. Cavabdeh ona məxsus mənzildən özbaşına istifadə etdiyindən o, öz əmlakından sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. O, cavabdehdən evdən çıxmasını tələb etsə də bunun heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Suala cavab olaraq bildirir ki, mənzil çoxdan təmir olunmuşdur. Mənizili sata bilsə cavabdehə pulunu qaytara bilər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, başqa yerdə nənəsinə məxsus mənzil olmuşdur. İddiaçının istəyi ilə həmin mənzili satmış, əldə olunun vəsait hesabına hazırda mübahisə predmeti olan evi təmir etdirmişdir. Mənzilin təmirinə xərclədiyi pul qaytarılarsa, mənzildən çıxmağa razıdır. Hazırda anasının evində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli, 2(004)-7963/2018 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında bağlanmış 16.09.1996-cı il tarixli, 1451 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 308836 nömrəli, 26.12.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı arasında bağlanmış nikah 26.12.2018-ci il tarixdə 634 nömrəli akt qeyi ilə pozulmuşdur. İş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli, 455 nömrəli arayışa əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 37, 19 saylı evdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 37, 19 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 05.05.2007-ci il tarixdə 10730468 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 37, 19 saylı mənzil X1 mülkiyyətində olmuş və bu barədə 03.11.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İşin mübahisəsiz halı odur ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Onların nikahı 2018-ci ildə pozulmuşdur. Mübahisə predmeti olan mənzil isə iddiaçıya qanun üzrə vərəsəlik əsasında atasından miras qalmış və hazırda onun mülkiyyətindədir. Hazırda İddiaçı Cavabdeh onun mülkiyyətində olan mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdeh artıq iddiaçının ailə üzvü deyil və iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 37, 19 saylı mənzildən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 37, 19 saylı mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar