Məhkəmə qərarları › İş №2(004)-6412/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6412/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6412/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 7.773,44 manat əsas borc, 541,72 manat faiz borcu, 1.247,72 manat cərimə, 1.125,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 10.688,24 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus “Hyundai Veracruz” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Zaminbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2014-cü il tarixli, 056/14 saylı kredit müqaviləsinə əsasən borcalana 33 ay müddətinə, illik 6% olmaqla, 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 19.02.2014-cü il tarixli, 056/14/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “Hyundai Veracruz” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Borcalan yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydatra həll etmək məqsədilə tərəflərindən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamış, 19.02.2014-cü il tarixli, 056/14 saylı kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında 7.773,44 manat əsas borc, 541,72 manat faiz borcu, 1.247,72 manat cərimə və 1.125,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 10.688,24 manat məbləğində borc öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, “Zaminbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2014-cü il tarixli, 056/14 saylı kredit müqaviləsinə əsasən borcalana 33 ay müddətinə, illik 6% olmaqla, 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 19.02.2014-cü il tarixli, 056/14/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “Hyundai Veracruz” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, kredit alanın müvafiq kredit müqaviləsi üzrə banka 7.773,44 manat əsas borc, 541,72 manat faiz borcu, 1.247,72 manat cərimə və 1.125,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 10.688,24 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Habelə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, müvafiq kredit müqaviləsi ləğv edilməklə, 7.773,44 manat əsas borc, 541,72 manat faiz borcu, 200 manat cərimə və 1.125,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 9640,52 manat borc Cavabdeh1 iddiaçı ləğv prosesində olan “Zaminbank" ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh2 məxsus “Hyundai Veracruz” markalı, **-CN-*** avtomobilə yönəldilərək, açıq hərracda satılmalı, avtomobilin satışından əldə olunan vəsait hesabına banka olan borc ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, ipoteka predmeti olan avtomobil məhkəmə araşdırması zamanı təqdim edilmədiyindən və faktiki kimin sahibliyində olması müəyyən edilmədiyindən onu ekspertizaya təqdim etmək və ilkin satış qiymətini müəyyən etmək mümkün olmamışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi vəzifəsi icra məmuruna həvalə edildiyindən məhkəmə qətnaməmin icrası mərhələsində bu əmlakın qiymətləndirilməsini məqsədəuyğun hesab edir. İddia cərimənin tutulmasının (dəbbə pulunun) qalan hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 7.773,44 manat əsas borc, 541,72 manat faiz borcu, 200 manat cərimə, 1.125,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 9640,52 (doqquz min altı yüz qırx manat 52 qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan “Zaminbank" ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus “Hyundai Veracruz” markalı, **-CN-*** avtomobilə yönəldilsin və açıq hərracda satılsın. Əldə olunan vəsait hesabına iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh1 tutulsun. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar