Məhkəmə qərarları › İş №2(004)-6432/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6432/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6432/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X17 oğlunun katibliyi ilə İddiaçılarının vəkili və İddiaçı1 Əliağa oğlunun vəkili və nümayəndəsi Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğlunun və X9 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğlu, X14 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda inşa edilən 12 mərtəbəli 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.metr və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyriyaşayış sahəsi bərabər əsaslarla iddiaçılara məxsusdur. Cavabdeh iddiaçı X11 ilə qohumluq münasibətini-qaynı olduğunu, həmçinin"xxxx" MMC-nin təsisçisi və həmin obyektin real satıcısı X1 və köməkçisi işlədiyini nəzərə alıb iddiaçılardan X11 qeyd olunan qeyri-yaşayış sahəsini formal olaraq 28 sentyabr 2009-cu il tarixli müqavilə ilə "xxxx" MMC-dən alaraq onun adına sənədləşdirmişdir. Digər iddiaçılar bundan yalnız 2019-cu ilin noyabr dekabr aylarında xəbər tutmuşlar. Müqavilə cavabdehin adına olduğundan qeyriyaşayış sahəsinin digər şəxslərə icarəyə verilməsi barədə icarəçilərlə müqavilə də onunla bağlanılmışdır. 2017-ci ilin mart ayına qədər qeyri-yaşayış sahəsinin faktiki onlara məxsusluğu ilə bağlı cavabdehlə iddiaçılar arasında heç bir mübahisə olmadığı üçün qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə haqlarını da iddiaçılar almışlar. İddiaçı X2 nikahın pozulması ilə bağlı məhkəmə işindən sonra cavabdehlə münasibət pisləşmiş və 2017-ci ilin mart ayından başlayaraq cavabdeh özünü iddiaçılara məxsus olan qeyri-yaşayış sahəsinin faktiki sahibi kimi təqdim edərək icarə haqlarını özü almağa başlamış və birgə iddiaçı Rəhmanov Rəfaeli obyektdən uzaqlaşdırmışdır. Bununla bağlı olaraq cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı verdiyi 17.06.2016-cı il tarixli 471726 nömrəli etibarnaməyə 22 avqust 2017-ci il tarixdə xitam vermişdir. Cavabdehlə birgə iddiaçı Rəhmanov Rəfaelin 2019-cu ilin sonundan başlayaraq isə digər birgə iddiaçıların apardığı danışıqların heç bir nəticəsi olmamış, və odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(004)- 1323/2020 saylı qətnaməsi ilə iddiaçıların cavabdehə və "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev keçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m (üç yüz m2) və 2-ci mərtəbəsində yerləşən 600 kv.m (altı yüz m2 ) qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılan 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsi bağlandığı andan etibarsız hesab edilmiş, qeyri-yaşayış sahəsinin onların adınıa rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2( 103)-3125/2021 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(102)-5297/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021- ci il tarixli qətnaməsi dəyişdirilmiş, iddiaçıların həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması ifadəsi iddiaçıların hər birinin üçdə bir hissədə pay hüququnun tanınması ilə əvəzlənmişdir. Nəticə etibarı ilə həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçıların pay hüququları tanınmışdır. Cavabdeh iddiaçılara məxsus olan qeyriyaşayış sahəsini 05 may 2010-cu il tarixli icarə müqaviləsi ilə “MANGO” əmtəə nişanı ilə geyim əşyaları satan "xxxx" MMC-yə (Samir Hacıyevin şəxsində) aylıq 30000 (otuz min) manata icarəyə vermişdir. Daha sonra 07 iyul 2017-ci il tarixdə həmin qeyri- yaşayış sahəsi qab-qacaq satışı ilə məşğul olan X6, 2018-ci ildən isə geyim əşyaları satmaqla məşğul olan X7 icarəyə verilmişdir. Sonuncu hazıradək orada fəaliyyət göstərməklə icarə haqqını da vaxtlı-vaxtmda cavabdehə ödəməkdədir. Bu faktları cavabdeh iddia ərizəsinə etiraz kimi məhkəməyə təqdim etdiyi yazılı ərizədə təsdiq etmişdir. 2017-ci il mart ayından 2021-ci ilin oktyabr ayına qədər 54 (əlli dörd) ay müddətində cavabdeh hər ay aldığı 30000 (otuz min) manat icarə haqlarını iddiaçılara ödəməmişdir. 54 ay ərzində aldığı 1 620 000 (bir milyon altı yüz iyirmi min) manat icarə haqlarını könüllü qaydada iddiaçılara verilməsi ilə bağlı edilmiş müraciətlər cavabdeh tərəfindən təmin edilməmişdir. Belə vəziyyət iddiaçıların hüquq və mənafeyinə ciddi zərər vurur. Faktiki olaraq iddiaçılar əldən çıxan fayda şəklində 1 620 000 (bir milyon altı yüz iyirmi min) manat zərərə məruz qalmışlar. Odur ki, ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin cavabdehdən almaq üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X9 ona qarşı - “ ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə iddia tələbləri əsassızdır, heç bir hüquqi bazası yoxdur. Belə ki, iddiaçılar iddia ərizələrində etiraf edirlər ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m ümumi sahəsi 600 kv.m olan qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 28 sentyabr 2009-cu ildə müqavilə bağlanmışdır. İndi isə iddia edirlər ki, guya həmin müqavilə uydurma olmuşdur, əhəmiyyətsiz olmuşdur. Əfsuslar olsun ki, “müqavilənin etibarsızlığı” ilə bağlı işə baxan məhkəmələr maddi və prosessual hüquq normalarını pozaraq, iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını araşdırmadan mübahisəli qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 28 sentyabr 2009-cu il tarixdə bağlanmış həmin müqaviləni etibarsız hesab etdilər, məhkəmələrin işə qeyri-obyektiv baxmaları, işi tam, hərtərəfli araşdırmamaları ucbatından həmin müqavilə əsasında onun adına olan əmlak əlindən alınmışdır. Həmin işə baxan məhkəmələr araşdırmadı ki, əgər İddiaçı1 iddia edirsə ki, bu əmlakı o, alıb, bəs nəyə görə öz adına sənədləşdirməyib? Nəyə görə Cavabdeh adına sənədləşdirib və s. və i. İndiki iddia ərizəsində iddiaçılar yazırlar ki, icarə haqqlarını iddiaçılar özləri almışlar. Göründüyü kimi, iddia ərizəsində iddiaçılar qeyd edirlər ki, qeyriyaşayış sahəsinə dair icarə haqqlarını iddiaçılar özləri almışlar. Onu da xatırladıram ki, 2020-ci ilin mart ayından 2021-ci ilin may ayına qədər “COVİD-19” Virusu Pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında insanların küçəyə çıxışı məhdudlaşdırılıb, SMS icazə sistemi tətbiq olunub, bütün idarə və müəssisələr, o cümlədən obyektlər, geyim əşyaları, qab-qacaq, tikinti materialları mağazaları (ərzaq mağazaları istisna olmaqla) bağlı olmuş, işləməmişdir. Sadalananlardan göründüyü kimi, iddiaçıların iddia ərizələrindəki iddia tələbləri əsassızdır, heç bir sübutla təsdiq olunmur. İddiaçılar İddiaçı1, İddiaçı2 və X9 cavabdehə qarşı - “ ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmçinin ərizə təqdim edərək iddiaçılar İddiaçı1, İddiaçı2 və X9 cavabdehə qarşı - “ ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə pul tələbinə dair icraatda olan 2(004)- 6432/2021 saylı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddiaçıların iddialarından imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, hazırda 2021-ci ilin noyabr ayıdır. İddiaçıların iddia tələbləri əsassız olmaqla yanaşı, həmçinin iddiaçılar tərəfindən iddia ərizəsi məhkəməyə iddia müddətinin ötürülməsi ilə verilmişdir, iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. 24.11.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı1 Əliağa oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24.11.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24.11.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçı X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılarının vəkili və İddiaçı1 Əliağa oğlunun vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, iddiaçıların sübutu cavabdehin etiraz ərizəsində qeyd etdiyi etirafı, onların məhkəməyə təqdim etdiyi qiymətləndirmə rəyi, həmçinin həmin ərazidə əmlak icarəsi ilə məşğul olan şəxsin verdiyi arayışdır. Əmlakın icarə haqqının, aylıq 30000 olması, əmlakın yerləşdiyi yerlə və əmlakın sahəsi ilə bağlıdır. Onların təqdim etdiyi sübutlarla cavabdehin etiraz ərizəsində qeyd edilən hallar öz təsdiqini tapır. Həmçinin bu halda sübut etmə cavabdehin üzərindədir. İddia tələblərinin qanuni əsası zərər və əsassız varlanmadır. Onlara o obyektin cavabdeh tərəfindən icrarəyə verilibverilməməsi maraqlı deyildir. İcarəyə verilibsə 1 kv m2 50 manatdan aşağı ola bilməz, həmin ərazi üçün bu minimal qiymətdir, aylıq 30000 manat o ərazidə, üzü prospektə baxan 600 kv m2-lik obyekt tapmaq mümkün deyildir. 2010-2015-ci ildə aylıq 30000 manata icarəyə verilən obyektin qiyməti aşağı düşə bilməz. Obyekt cavabdeh tərəfindən icarəyə verilmədiyi halda da onlara etibarnamə ləğv olunduğu 22.08.2017-ci il tarixindən iddia verilən tarixədək, eyni məbləğdə, aylıq 30000 manat, hər ay, ziyan dəymiş olur. Həmçinin iddia müddəti ötürülməmişdir. Ali məhkəmənin qərarı çıxan kimi iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, mülki iş üzrə iddia tələbinə etiraz edir, iddiaçı tərəf sübut etməlidir ki, həmin qeyri-yaşayış sahəsinə dair cavabdeh müvafiq icarə müqavilələri bağlamışdır. Cavabdeh həmin qeyri-yaşayış sahəsini icarəyə verməmişdir. 26.11.2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında cavabdehin vəkili və nümayəndəsi izahatında qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsi 3000 manata icarəyə verilmişdir və buna dair müvafiq müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Müqavilə mövcud ola-ola, başqa qiymət, meyar kimi götürülə bilməz. Həmçinin iddiaçılar iddia müddətini ötürmüşdülər. Məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1323/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, həmni qətnamə ilə iddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğlunun və X23 cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə “müqavilənin etibarsız sayılması tələbinə dair” iddia ərizəsi təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) yaşayış sahəsinə dair cavabdehlər "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m; yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçılar İddiaçı2, İddiaçı1 və X9 adlarına rəsmiləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumucaval Cavabdeh və "xxxx" MMCdən alınıb birgə iddiaçılar İddiaçı2, İddiaçı1 və X12 ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh, “UQS" MMC-yə və İddiaçı1 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.09.2019-cu il tarixli "Yeni tikilən yaşayış binasında mənzillərin satışı" müqaviləsinin bağlandığı etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.metr yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsindən 1/2 (ikidə bir) hissəsinə X21 qızının və 1/2 (ikidə bir) hissəsinə İddiaçı1 paylarının müəyyən edilrək mülkiyyət hüquqları tanınması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küşəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsinin X8 və İddiaçı1 təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, "xxxx" MMC-dən və İddiaçı1 tutulub-iddiaçı X8 verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsi qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3125/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsində qeyd olunur ki, Cavabdeh apellyasiya şikayəti və hər iki iddia tələbinə qarşı etirazı belə əsaslandırmışdır ki, hər iki iddia əsassızdır. Belə ki, İddiaçı1 dostları-digər iddiaçılar ilə birləşərək cavabdehlər arasında 28.09.2009-cu il tarixdə bağlanmış “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin etibarsız hesab edilməsinin səbəbi, İddiaçı1 Cavabdehlə aralarında qohumluq münasibətlərinin pozulmasıdır. Məlum olduğu kimi, əhəmiyyətsiz əqdlərin tanınması tələbi ilə məhkəməyə müraciət etmək ümumi iddia müddəti olan 10 illik müddətin içərisində istənilən zaman mümkündür. Sözü gedən müqavilənin 28.09.2009-cu il tarixdə bağlanmasını və iddianın məhkəməyə 12.12.2019-cu il tarixdə verilməsi nəzərə alınarsa, iddiaçıların qurduğu ssenari üzrə hərəkət edərək ədalət mühakiməsini yanıltmağa cəhd etmələrini görməmək üçün kor olmaq lazımdır. Əhəmiyyətsiz əqd məhkəmənin etibarsız sayıb-saymamasından, bağlandığı andan etibarsız olmasına baxmayaraq, birgə iddiaçıların hazırkı işdə cavabdeh qoyduqları subyektlər arasında bağlanmış əqdin əhəmiyyətsizliyinin məhkəmədə tanınmasını istəmələri, məhz bu iddianın düşünülmüş ssenari olmasının bariz nümunəsidir. Həmin qətnamədə həmçinin qeyd olunur ki, cavabdeh MMC-nin apellyasiya şikayəti və hər iki iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə, həmin muqavilənin tərəfi olmayan şəxslər üçün heç bir halda hüquqi nəticə yarada bilməz. Rayon Məhkəməsi birgə iddiaçıların onlara aidiyyəti olmayan, başqa subyektlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi nəticəsinə gəlsə də, əslində, həmin iddianın qaldırılması üçün onların subyektiv hüquqa malik olmadıqlarını nəzərə almamışdır. Bundan əlavə, Cavabdeh qeyri-yaşayış sahəsini aldıqdan sonra həmin sahəni 05.05.2010-cu il tarixdə'“Mango” əmtəə nişanı adı altında geyim əşyaları satan "Sabah invest” MMC-yə 5 il 5 ay müddətinə aylıq 30.000 manata icarəyə vermiş və obyektin təmiri də razılıq əsasında icarəçi tərəfindən həyata keçirilmişdir. Təmir işlərinin “Sabah İnvest“ MMC tərəfindən həyata keçirilməsi nəzərə alınaraq, ilk beş ayın icarə haqqı onlardan alınmamışdır. Həmin vaxt "xxxx" MMC-nin əməkdaşları Avropadan memar və dizayner dəvət etmişlər. Bütün smeta, layihələndirmə və təmir xərcləri "xxxx" MMC tərəfindən çəkilmişdir. Həmin Şirkət 2014-cü ilə qədər Cavabdeh icarəçisi olmuşdur. "xxxx" MMC ilə icarə münasibətlərinə xitam verdikdən sonra mübahisəli obyekt tam ofaraq 3 il müddətində icarəyə verilə bilməmişdir. Sonradan 07.07.2017-ci il tarixdə həmin obyekt Cavabdeh tərəfindən qab-qacaq satışı ilə məşğul olan X10 adlı şəxsə icarəyə verilmişdir. Həmin şəxs icarə haqqını ödəyə bilmədiyindən bir ili tamam olmamış icarə müqaviləsi ləğv olunmuşdur. 05.06.2018-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən geyim əşyaları satmaqla məşğul olan X13 adlı şəxsə icarəyə verilmiş və hazıradək həmin icarəçi qeyd olunan mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərməklə icarə haqqını vaxtı-vaxtında cavabdehə ödəməkdədir. Həmin qətnamə ilə cavabdehlər Cavabdeh "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 ayrı-ayrılıqda verdikləri şikayətlərinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi trəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.09.2021-ci il tarixli 2(102)-5297/2021 saylı qərarına əsasən müəyyən olunur ki, həmin qərar ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3125/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilməsi və Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə X9, 1/3 hissəsinə İddiaçı1 Əliağa oğlunun pay hüququnun tanınması, İddiaçı1 Əliağa oğlunun 1/3 pay hüququnun ½ hissəsinə X4 pay hüqunun tanınması qətnamənin qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. İş materiallarında olan Alim Tağıyev tərəfindən verilmiş 11.11.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən (keçmiş Hüsü Hacıyev, Azərbaycan prospekti və Tolstoy küçələrinin kəsişməsi) 14+1 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahələrinin hər bir kvadratmetri üçün aylıq icarə qiymətləri 2017-2019-cu illərdə 55 manat, 2020-ci ildə 45 manat, 2021-ci ildə 50 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan AB Consulting tərəfindən verilmiş 11.11.2021-ci il tarixli Qeyri-yaşayış binasının aylıq icarə haqqını müəyyən etmək üçün qiymətləndirmə hesabatına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda 14 mərtəbəli yeni tikili binanın 1 və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 2017-2021-ci illərə görə 1 kv metrinin aylıq icarə haqqı 2017,2018 və 2019-cu illərə görə 50 manat, 2020-ci ilə görə 45 manat, 2021-ci ilə görə 47 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə X13 arasında bağlanmş 05 iyun 2018-ci il tarixli ilkin icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh "xxxx" MMC tərəfindən 28.09.2009-cu il tarixlərdə verilmiş "xxxx" MMC-nin Yeni tikilən yaşayış binasında mənzillərin satış haqqında müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa etdiyi 12 mərtəbəli 1 bloklu yaşayış binanın 1-ci (300 kv) m və 2-ci (300 kv.m) mərtəbəsində yerləşən ümumi 600 kv m (Azərbaycan prospekti və Tolstoy küçələrinin kəsişməsi) olan qeyri-yaşayış sahəsinin 05 iyun 2023-cü il tarixə qədər icarəçinin X5 istifadəsinə verməyi, icarəçi isə bunun əvəzində icarəyə verənə bu müqavilə ilə müəyyən edilmiş icarə haqqı ödəməyi və gələcəkdə əsas icarə müqaviləsini bağlamağı öhdəsinə götürmüşdür. Tərəflər qeyri-yaşayış sahəsindən aylıq istifadə haqqını 3000 (üç min) manat məbləğində müəyyən etmişlər. İldə bir dəfə icarə haqqına yenidən baxıla bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsinə iddiaçıların pay hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış, Cavabdeh həmin qeyriyaşayış sahəsinə qanunsuz sahiblik etməsi və həmin qeyri-yaşayış sahəsinə qanunsuz sahiblik etməsi nəticəsində həmin əmlakdan gəlir götürməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh etiraz ərizəsində iddia tələbinin əsassız olduğunu və bu səbəbdən də iddianın rədd edilməsini xahiş etsə də, etirazının əsası kimi sübutları məhkəməyə təqdim etməmiş ilkin olaraq cavabehə aid icarə müqaviləsinin olduğunu inkar etmiş, daha sonra isə cavabdehlə X13 arasında 2023-cü ilə qədər olan icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmiş və icarə haqqının 3000 manat olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin etiraz ərizəsində qeyd etdiyi dəlillərdən sonra (adlar göstətməklə) cavabdehlə X13 arasında olan müqavilə təqdim etməsi cavabdehlə müvafiq şəxslər arasında icarə münasibətlərinin olmasını sübuta yetirir. Məhkəmə cavabdehin qeyri-yaşayış sahəsinin icarə haqqısının aylıq 3000 manat olması dəlili ilə(1 kv m2 üçün 5 manat) razılaşmır və həmin sübutu mötəbər hesab etmir. Belə ki, cavabdehlə icarədarlar arasında olan icarə müqaviləsindəki qiymət qeyri-yaşayış sahəsinin yeri, sahəsi, təmirli vəziyyətdə olması və s.. nəzərə alınmaqla ağlabatan deyildir. Əksinə iddiaçı tərəfin istinad etdiyi aylıq 30000 manat icarərə haqqı qiymətini məhkəmə ağlabatan hesab edir. (1 kv m2 üçün 50 manat). Bu hal cavabdehin əvvəlki məhkəmə mübahisəsi zamanı etirazında qeyd etdiyi hallarla, mütəxəsis rəyləri ilə də təsdiqini tapır. Məhkəmə hesab edir ki, etibarnamə ləğv olunduğu 22.08.2017-ci il tarixdən iddia verilən 24.09.2021-ci il tarixədək 49 ay keçmişdir. Bu müddətdə cavabdeh vijdansız sahib olmuş, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuş və AR Ali Məhkəməsinin 16.09.2021-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Bu müddət ərzində 49 ayın, sərt karantin rejimi olduğu 10 aylıq ağlabatan müddəti çıxılmaqla, 39 ayın, aylıq 30000 manat nəzərə alınaraq, icarə haqqısı cavabdehdən alınaraq iddiaçılara qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 157.5-ci bəndinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Qeyd edilən halda cavabdehin vicdansız sahib olması öz təsdiqini tapmışdır və cavabdeh etibarnaməni ləğv etdiyi 22.08.2017-ci il tarixdən, götürdüyü və götürməli olduğu icarə haqlarının dəyərini iddiaçıya ödəməlidir. Lakin ədalət prinsipi nəzərə alınaraq 2020-ci ilin martın 31-dən 2021ci ilin yanvar ayı da daxil olamqla (yumşalma başlanıldığı tarixdən) 10 aylıq sərt karantin müddəti bu müddətdən çıxarılmalıdır. Cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsini icarəyə verməsi və 22.08.2017-ci il tarixdə İddiaçı1 Əliağa oğluna verdiyi 17.06.2016-cı il tarixli, 471726 saylı etibarnaməyə xitam verdiyi iş materiallları ilə öz təsdiqini tapdığından, həmçinin 22.03.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək pandemiya ilə əlaqədar olaraq mağazaların işləmədiyi, məhdudiyyətlərin mövcud olduğu dövrlər nəzərə alınmaqla, Cavabdeh tutulacaq vəsaitin məbləği aşağıdakı qaydada hesablanmalıdır: 22.08.2017-ci il tarixdən 22.03.2020-ci il tarixədək -31 ay 22.01.2021-ci il tarixdən 22.09.2021-ci il tarixədək -8 ay Cəmi 39 ay*30.000 (otuz min) manat = 1170.000 (bir milyon yüz yetmiş min) manat Məhkəmə 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh tutularaq iddiaçılara ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Həmçinin cavabdehin iddia müddətinin keçirməsi ilə bağlı gətirdiyi dəlil də əsassızdır, məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1170.000 (bir milyon yüz yetmiş min) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğluna və X12 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar