Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-644/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı protokolların, maliyyə arayışının etibarsız hesab ediməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.H.Naxçıvani küçəsində yerləşən 15 saylı evin 212 saylı mənzilinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair xx xxxx 2006-cı il tarixli ümumi yığıncağın 11 saylı protokolunun və xx xxxxxx 2007-ci il tarixli ümumi yığıncağın 13 saylı protokolunun Cavabdeh2 aid olan hissədə etibarsız hesab edilməsi, xx xxxxxx 2007-ci il 04 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilin sənədləşməsinin əvvəlki vəziyyətə qaytararaq İddiaçı adına xx xxxx 2005-ci il tarixdə bağlanmış müqavilənin bərpa edilməsi və kooperativ pay haqqının ödənilməsinə dair onun adına maliyyə arayışının verilməsini Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə, eyni zamanda sənədlər əsasında mübahisəli mənzilə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-cı ilin iyun ayında Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Yasamal rayonu, B.Məmmədov küçəsi, 13 ünvanında tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsində 3 otaqlı mənzilin 63000 ABŞ dolları məbləğinə alınmasına dair razılığa gəlmiş, xx xxxx 2005-ci ildə Cavabdeh1 Mənzil Tikinti Kooperativi (bundan sonra Kooperativ) ilə müqavilə bağlayıb imzalamış və həmin gün payçı kimi 31 000ABŞ dollarını nağd ödəyərək, mənzilin dəyərinin qalan hissəsini isə 10 ay ərzində hissə-hissə ödəyib payçı kimi üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və Kooperativ yuxarıda qeyd olunan ünvanda çoxmərtəbəli evi inşa edərək müqavilədə nəzərdə tutulmuş mənzili ona təhvil vermişdir. Mənzil təhvil veriləndən sonra Bakı şəhər İcra Hakimiyyətindən orderin alınması üçün müvafiq sənədlər tələb olundu və həmin vaxt o, Kooperativə müraciət edərək mənzili qızı - Cavabdeh2 bağışladığını bildirərək, bağışlamanın rəsmiləşdirilməsini və orderin birbaşa onun adına verilməsini xahiş etmişdir. Kooperativin rəhbərliyi bununla bağlı yazılı ərizəsini ondan qəbul edərək bir müddət sonra Cavabdeh2 adına olan Bakı şəhəri, M.H.Naxçıvani küçəsi, 15 saylı evin 3 otaqlı yaşayış sahəsi 73,3 kv.m. olan 212 saylı mənzilinə dair 017477 saylı xx.xx.2007-ci il tarixli orderi ona təqdim etmişdir. İş üzrə cavabdeh olan qızını Cavabdeh2 2003-cü il tarixdən ailəsi ilə birlikdə Səudiyyə Ərəbistan ölkəsinə getmiş və Azərbaycana 2013-cü ildə qayıtmışdır. 2019-cu ilin may ayında Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 nikahı ləğv edilmiş, onunla keçmiş həyat yoldaşı arasında əmlak bölgüsü mübahisəsi başlamış və ona məxsus olan mənzilin ona bağışlanmasına dair sənədləri əldə etmək üçün Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə sorğu ilə müraciət edəndən sonra 2020-ci ilin sentyabr ayında məlum olmuşdur ki, güya Cavabdeh2 xx xxxxxx 2006cı ildə Kooperativə müraciət edərək Cavabdeh1 MTK-ya payçı qəbul edilməsini xahiş etmiş, Kooperativ üzvlərinin xx xxxx 2006-cı il umümi yığıncağın 11 saylı protokoldan çıxarışa əsasən Cavabdeh2 Cavabdeh1 MTK-ya üzv qəbul edilmiş, Kooperativ payçılarının xx.xx.2007-ci il tarixində keçirilmiş ümumi yığıncağının 13 saylı protokolundan çıxarışa əsasən guya Cavabdeh2 M.H.Naxçıvani küçəsi 15 saylı evin 212 saylı mənzilində yaşayır, xx.xx.2006-cı il tarixli qərarla mənzil alanların siyahısına daxil edilmiş, pay haqqını ödəmişdir və Cavabdeh2 həmin mənzilə köçmək üçün order verilməsi qərara alınmışdır. Daha sonra mübahisəli mənzilin pay haqqının guya Cavabdeh2 tərəfindən ödənilməsi barədə xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmiş və bu qeyd olunan sənədlər əsasında Cavabdeh2 adına 017477 saylı xx.xx.2007-ci il tarixli order verilmişdir. Daha sonra Kooperativin xx xxx 2016-cı il tarixli 4 saylı protokolundan çıxarışa və maliyyə arayışına əsasən Cavabdeh2 mübahisəli mənzilin payçısı olduğu və mənzilin pay haqqının tam ödənilməsi təsdiq edilmiş və həmin sənədlər əsasında ona DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** nömrəli xx.xx.2016-cı il tarixli Çıxarış verilmişdir. Kooperativ mübahisəli mənzilin sənədlərinin rəsmiləşdirilməsində yanlışlıqlara yol vermiş, kooperativ mənzilin pay dəyəri tam şəkildə iddiaçı tərəfindən ödənildiyi halda, müqavilə onun tərəfindən bağlanılıb imzalandığı halda, sənədlərdə payçı kimi səhvən Cavabdeh2 göstərilmişdir. Digər tərəfdən, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında küçələrin adı dəyişdirilmiş və Bakı şəhəri, B.Məmmədov küçəçi ev 13 ünvanı dəyişdirilərək M.H.ünvan 1 bağlanmış xx xxxx 2005-ci il tarixli müqavilədə əldə etdiyi mənzilin ünvanı ünvan 3ı, B.Məmmədov küçəsi ev 13, mənzil 135), göstərilmişdir. Qeyd olunan Bakı şəhəri, M.H.Naxçıvani küçəsi 15 saylı evin 212 saylı mənzilinin yeganə payçısı iddiaçı olduğu halda həmin mənzilə dair Cavabdeh2 adına səhvən verilmiş Kooperativin ümumi yığıncağının protokoldan çıxarışları və maliyyə arayışı etibarsız hesab edilməli, Kooperativin payçısı iddiaçı olduğu halda mənzilin sənədləşməsi əvvəlki vəziyyətə qaytarılmalı və kooperativin pay dəyəri onun tərəfindən ödənildiyindən, maliyyə arayışı onun adına verilməli, Cavabdeh2 adına verilmiş protokollar və Çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddia tələbini tam qəbul etdiyini, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək hazırki tələbə iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin üçüncü şəxsin nümayəndəsi eyni zamanda iddiaçının aldığı mənzillə Cavabdeh2 adına olan mənzillərin eyni mənzillər olmamasını, bu halın həmin mənzillərin ünvanlarının fərqli olması və həmin mənzillərə görə ödənilmiş məbləğlərin fərqli olması ilə sübut edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak etmiş şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01 saylı arayışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X2 ünvan 5 ünvanı ünvan 6ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh2 kooperativə üzv qəbul olunması, onun tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə sənədlərlə iddiaçının hər hansı hüquqları pozulmadığından, həmin sənədlər onun üçün hər hansı vəzifə yaratmadığından onun bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-644/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-644/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver