Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-648/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı Mirhəsən oğlunun, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/4 saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ilin aprelindən xx.xx.2018-ci il tarixinədək X15 və Bərpası Müəssində meşəbəyi və müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2018-ci ildə müəssisənin adı dəyişilərək Lənkəran X11 Mərkəzi ilə əvəz edilmişdir. Müəssisənin adı dəyişiləndən sonra X14 X1 meşəbəylində meşəbəyi köməkçisi kimi, xx.xx.2018-ci ildən X14 X6 Meşəbəylikləri üzrə baş mütəxəssisi, xx.xx.2019-cu ildə X14 X1 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Meşəbəyisi olduğu ərazi 14.000 hektar təşkil edir. Həmin ərazinin 10 dolayısı olmaqla 10 meşə gözətçisi və bir meşəbəyi köməkçisi vardır. Mərkəzin direktorunun şifahi göstərişinə əsasən Lənkəran RMTM-nin baş aqronomu Nurəddin Ağayev və Lənkəran RMTM-nin Lənkəran üzrə meşə mühafizə mühəndisi Ruhulla Axundov tərəfindən xx.xx.2020-ci il tarixdə güya yoxlama aparılmış və həmin ərazidə 8-52 sm 106 ədəd müxtəlif cins və d-də kök üstə yaş ağacların (odunluq) qanunsuz kəsildiyi aktlaşdırılaraq Mərkəzə təhfil verilmişdir. Həmin aktın qeyri qanuni olması barədə Mərkəz direktoruna dəfəlrələ müraciət etsə də, heç bir nəticəsi olmamışdr. Çünki qeyd olunan yerlərin əksər hissəsi meşə fondu torpaqlarına aid deyul, eyni zamanda həmin ağacların əksəriyyəti kəndin ərazisndə olan zəbt olunmuş çəpərlərin ətrafında, eyni zamanda əlksər hissələri köhnə kötüklər olmuşdur. Lakin 1 saylı Ekologiya və X9 əməkdaşları ilə xx.xx.2020-ci il tarixdə birgə aparılmış araşdırmada 16-44 sm 55 ədəd müxtəlif cins və d-də köküstə quru ağacların kəsilərk aparılması müşahidə olunmuşdur. Həmin ağaclar xx.xx.2018-ci il tarixdə ərazidə baş vermiş yanğın zamanı inkişafdan dayanmışdır. Bundan əlavə xx.xx.2020-ci il tarixində meşəbyi köməkçisi Əfqan kazımov və meşə gözətçisi X10 işçiləri ilə birlikdə 8 ədəd köküstə quru və 4 ədəd köküstə yaş 8-26 sm-də müxtəlif cinsli ağacların kəsilərək aparılması faktı aşkar edilmişdir. Belə ki, yoxlama aparılmış ərazi 3827 hektar təşkil edir. Həmin ərazidə 1 nəfər meşə göstəçisi olmaqla ərazinin mühafizəsi ona tapşırılmışdr. Həmin ağacların kim və ya kimlər tərəfindən kəsilməsi barədə meşə gözətçisi tərəfindən ona və Mərkəzə heç bir məlumat verilməmişdir. Həmin ərazinin meşəbəyisi olmaqla Azərbaycan Respublikasının Ekologiya və X8 X3 “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə” Təlimata əsasən operativ nəzarəti hər bir dolayda 2 ayda 1 dəfədən az olmayaraq ərazinin tam yoxlanmasını həyata keçirir. Operativ nəzarət bilavasitə meşəbəyi köməkçisi və ya meşə ustası tərəfindən həyata keçirilir. Meşə dolayılarının təftişi növbəti, növbədən kənar, nəzarəti və qəfləti olaraq həyata keçirlir. Növbəti təftişlər ildə 2 dəfə, yaz təftişi mayın 1-nədək və payış təftişi noyabr ayının 1-nədək aparılır. Göründüyü kimi, həmin ərazidə olmuş qırıntıların səbəbkarı o olmasa da, əsassız olaraq Lənkəran RMTM-nin rəhbərliyi tərəfindən işdən azad olunmuşdur. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iyul, avqust aylarında hərbi hissələrə, təşkilatlara, vətəndaşlara oduncaq və işlikin satışı ilə bağlı həmin əraziyə bir dəfə də olsun gedə bilməmişdir. Həmin əraziyə cavabdeh olan şəxs meşə gözətçisi və nəzarətçi meşəbəyi köməkçisidir. Həmin əraziyə cavabdeh şəxs olmuş meşə gözətçisi Məmməd Zeynalov aparılan yoxlamalar zamanı meşə fonduna dəymiş ziyanın nırx qiymətini tamamilə ödəmişdir. xx.xx.2020-ci il tarixdə M.Zeynalov verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan da görünür ki, həmin əraziyə vurlmuş ziyanın səbəbkarı M.Zeynalov olmuş və ziyanı da o ödəmişdir. Lakin onun işdən çıxması ərizəsinə əsasən olmuşdur. Çünki orada operativ yoxlama apararaq nəticəsi barədə ona və Mərkəzə məlumat verməli olmasına baxmayraq, heç bir məlumat verməmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, səhhətində olan problemləlrlə bağlı yüksək hipertoniya böyrək çatışmamazlığı səbəbindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ambulator müalicədə olması ilə bağlı direktora və Sərraf Quliyevə, Nərgiz Sultanzadəyə mobil telfon vasitəsi ilə zəng edərək məlumat vermişdir. Həmçinin əmək qabiliyyətinin olmaması barədə vərəqəni xx.xx.2020-ci il tarixdə Mərkəzə təqdim etdikdə həmin vərəqəni ondan qəbul etməyərək işdən azad olunması barədə əmri təqdim etmişlər. Göründüyü kimi, Lənkəran RMTM-nin rəhbərliyi tərəfindən ambulator müayinədə olması nəzərə alınmamış və onu qərəzli, əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Belə ki, ona təhkim olunmuş Razvandobad meşəbəyliyinin 19 a saylı dolayında aparılmış təftişlər nəticəsində müxtəlif cinsli və diametrli 173 ədəd quru ağacın meşə fondu ərazsindən qanunsuz olaraq kəsilib aparılması nəticəsində təbiətə 2047.93 manat ziyan vurulduğuna görə onu Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən işdən azad etmiş, lakin Mərkəzin Lerik meşəbəyliyinin 5 saylı dolayında qanunsuz kəsilmiş 50.58 kub metr həcmində 4854 manat ziyan məbləğində 27 ədəd yaş işlik ağaclar kəsilməsi aşkar edilsə də, Lerik meşəbəyliyinin meşəbəyi vəzifəsini əvəz edən meşəbəyi köməkçisi Əyyar Qurbanova sadəcə töhmət verilməklə kifayətlənmişdir. Verilmiş əmrdən də görünür ki, Mərkəzinin rəhbəri onu qərəzli olaraq işdən azad etmişdir. Bundan başqa 2020-ci ilin yanvar-sentyabr aylarında Mərkəz tərəfindən heç bir töhmət və cəza almamış, bir dəfə də mükafat almışdır. Əgər işinə məsuliyyətsiz yanaşsaydı və ya işinin öhdəsindən lazımi qaydada gələ bilməsəydi, xx.xx.2020-ci il tarixdə Razbandanad meşəbəyliyində aparılan təhvil-qəbul yoxlamasında heç bir qanunsuz qırıntı aşkar olunmamışdır. X15 və Bərpası Müəssində və Lənkəran X11 Mərkəzində işlədiyi 18 il ərzində meşələrdə meşə pozuntularının qarşısının alınması istiqamətində vətəndaşlara tərəfindən dəfələrlə məlumatlar verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Mirhəsən oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq məhkəməyə verdiyi izahatında göstərmişdir ki, heç bir qanuni və əsaslı səbəb olmadan İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun xx.xx.2020-ci il tarixli, 162/ü saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. X14 X4 İttifaqı Komitəsi bir gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə yığıncaq keçirərək Mərkəzin direktor müavini-baş meşəbəyisi Niyaz Tağıyevlə bərabər mərkəzin Razvandoband meşəbəyliyinin meşəbəyisi İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul etmişdir. Rəsmi sənədlərdən görünür ki, İddiaçı sonuncu vəzifəyə, yəni X14 X2 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 (hazırda Xidmətinin) direktorunun xx.xx.2019-cu il tarixli, 325/k saylı əmri ilə təyin olunmuş və qeyd edilən meşəbəylik ona yalnız təxminən 3 aydan sonra, yəni xx.xx.2020-ci il tarixdə təhvilqəbul yoxlaması aparılaraq təhvil verilmişdir. Yoxlama zamanı həmin meşəbəylikdə hər hansı qanunsuz qırıntı aşkar edilməmişdir. Bu da onu təsdiq edir ki, Razvandoband meşəbəyliyi yeni təyin olunmuş meşəbəyi İddiaçı rəsmi olaraq təhvil verilmədiyinə baxmayaraq o, həmin meşəbəyliyin mühafizəsini tam halda həyata keçirmişdir. Bundan başqa meşəbəyi İddiaçı Lənkəran X11 Mərkəzinin xx.xx.2020-ci il tarixli, 52 saylı əmri ilə 42 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmış və xx.xx.2020-ci il tarixdə işə çıxmışdır. Bu zaman onun vəzifəsi müvəqqəti olaraq meşəbəyi köməkçisi Əfqan Kazımova həvalə olunmuşdur. Həmçinin rəsmi sənədlərdən görünür ki, iddiaçı 2020-ci il ərzində heç bir intizam tənbehi almamış, əksinə, «Ekologiya günü» münasibətilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, 335/ü saylı əmrinə əsasən Lənkəran X11 Mərkəzinin xx.xx.2020-ci il tarixli, 119 saylı əmri ilə 211 manat məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır. Eləcə də Lənkəran RMTM-nin direktoru tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş xidməti xasiyyətnamədə onun bütün plan və tapşırıqları layiqincə yerinə yetirdiyi, kollektivin ictimai həyatında fəal iştirak etdiyi, siyasi cəhətdən savadlı olduğu və digər müsbət xüsusiyyətləri qeyd olunmuşdur. Göründüyü kimi, istər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin, istərsə də Lənkəran X11 Mərkəzinin rəhbərliyi iddiaçıya qərəzli münasibət göstərmiş və ona birbaşa olaraq ən ağır intizam tənbehi tətbiq etmişlər.Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin186-cı maddəsinə əsasən:
1. İşə götürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məblə¬ğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Meşələrin İnkişafı Xidmətinin və Lənkəran RMTM-nin rəhbərliyi iddiaçının bu sahədə 18 ildən artıq müddətdə işlədiyini, onun şəxsiyyətini, peşəkarlıq səviyyəsini, kollektivdə nüfuzunu və digər bu kimi halları nəzərə almadan hal- hazıradək təsdiq olunmayan ittihama əsasən barəsində digər intizam tənbehi tətbiq etmək əvəzinə qərəzli olaraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə tutduğu vəzifədən azad etmək qərarına gəlmişlər. İddia ərizəsinə əlavə edilmiş 598398 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə xəstələndiyinə görə Lerik Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Bu zaman ona “Xroniki pielonefitin kəskinləşməsi” dioqnozu qoyulmaqla ambulator müalicə təyin edilmiş və yalnız xx.xx.2020-ci il tarixdə işə çıxa bilmişdir. Lakin Lənkəran RMTM-nin X7 bunu nəzərə almadan və İddiaçı iştirakı olmadan əmək qanunvericiliyinin kobud surətdə pozulması ilə müşayiət edilən yığıncaq keçirərək qanunsuz qərar qəbul etmişdir. X14 X4 İttifaqı Təşkilatının xx.xx.2020-ci il tarixli iclas protokolunda da qeyd olunmuşdur ki, “Razvandoband meşəbəyliyinin meşəbəyisi səlahiyyətli şəxs kimi iclasa dəvət olunsa da, o, iclasda iştirak edəcəyini bildirsə də, lakin xəstə olduğunu bəhanə gətirərək, heç bir təsdiqedici sənəd təqdim etmədən iclasda iştirak etməkdən imtina etmişdir”. Göründüyü kimi müəssisənin X7 İddiaçı barəsində intizam tənbehinin tətbiq olunması ilə bağlı məsələyə baxmazdan əvvəl onun xəstə olduğunu bilmiş, lakin sağalmasını və işə çıxmasını gözləmədən heç bir hüquqi əsası olmayan qərar qəbul etmişdir. Həmin qərar həm də ona görə əsassız və qanunsuzdur ki, iddiaçı sonuncu vəzifəyə Lənkəran X11 Mərkəzinin direktorunun əmri ilə deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 (hazırda Xidmətinin) direktorunun xx.xx.2019-cu il tarixli, 325/k saylı əmri ilə təyin olunmuşdur. Yəni işə götürən orqan Lənkəran X11 Mərkəzi deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən:
1. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7nın qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X7na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X7 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi İddiaçı barəsində intizam tənbehinin verilməsi məsələsi X14 X4 İttifaqı Təşkilatında deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X5 baxılaraq müzakirə olunmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləqv edilməsi qadağandır. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci bəndinə əsasən iİntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində isciyə intizam tənbehi verilə bilməz. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin və Lənkəran X11 Mərkəzinin rəhbərliyi Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin tələbini kobud surətdə pozaraq İddiaçı əmək fəaliyyətini müvəqqəti itirdiyi müddət ərzində, yəni o, rəsmi bülletendə olduğu dövrdə barəsində intizam tənbehi tətbiq etmişlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin və Lənkəran X11 Mərkəzinin rəhbərliyi İddiaçı barəsində qərəzli olaraq ən ağır intizam tənbehini tətbiq etmiş, bununla da onun konstitusiyon hüquqlarını kobud surətdə pozmuşlar. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin xx.xx.2020-ci il tarixli, 162/ü saylı əmrində göstərilmişdir ki, İddiaçı meşəbəyi olduğu Razvandoband meşəbəyliyinin 19 a saylı meşə dolayısının ərazisində aparılmış müxtəlif təftişlər zamanı həmin dolayının ərazisində müxtəlif cins və diametrlərdə 173 ədəd ağacın qanunsuz kəsilərək meşə sahəsindən aparılması nəticəsində təbiətə 2047,93 manat məbləğində ziyan vurulmuşdur. X14 X4 İttifaqı Təşkilatının xx.xx.2020-ci il tarixli iclas protokolunda qeyd olunmuşdur ki, Mərkəzin xidməti ərazilərində aparılmış yoxlamalara dair sənədlərin bir qismi tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Lakin Lerik RPŞ-nin xx.xx.2020-ci il tarixli, 1020 saylı və Lerik rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli, 300 saylı arayışlarıdan görünür ki, hal-hazırda İddiaçı barəsində RPŞ-də və rayon prokurorluğunda heç bir təqsirləndirici material yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, həmin ərazi qarşı tərəfində qeyd etdiyi kimi qazlaşdırılmıyıb, əhali istiliyə olan tələbatını ödəmək üçün meşələri qırmaqla tələbatını ödəyir, istiliyə olan tələbatı ödəmək üçün meşədən istifadə edirlər. Bu fakta əsasən, ərazidə meşə qırıntıları faktları olub, iddiaçının mühafizəsini həyata keçirdiyi ərazidə meşə gözətçisi Məmməd Zeynalov aparılan yoxlamalar zamanı meşə fonduna vurduğu ziyan müəyyən olunmuşdur. Hətta o, izahatında bildirmişdir ki, ağaclar qanunsuz olaraq qırılıb, qırılma üçün order də olmayıb və ağaclar məktəblərin, hərbi hissələrin ehtiyacları üçün kəsilib. Belə ki, meşəbəyinin tabeliyində meşə gözətçisi və meşəbəyi köməkçisi olur. Bir daha qeyd edir ki, meşəçilərdə belə bir xüsusiyyət vardır ki, nədənsə onların fəaliyyəti ilə bağlı yoxlamalar aparılarkən həmin vaxt xəstələnirlər, tez xəstəlik kağızı təqdim edirlər. Çünki onlara barələrində aktlaşma olanda inzibati tədbir görəcəkləri məlumdur. Hətta təşkilatın nümayəndəsi iddiaçının xəstəlik kağızı aldığı xəstəxananın baş həkimi ilə əlaqə saxlamış, lakin baş həkim ona belə bir şəxs olmadığını və ona heç nə vermədiklərini bildirmişdir. Həmçinin, xəstənin ambulator müalicə alması onun əmək fəaliyyətini icra edə bilməyəcəyi anlamına gəlmir. Hesab edir ki, iddiaçı törətdiyi qanunsuz əməli pərdələmək məqsədilə xəstəlik kağızı almış və məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/ü saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) iddiaçı, X14 X1 meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “Xroniki pielonefitin kəskinləşməsi” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək işdən azad edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Habelə, həmin Məcəllənin 186.2-ci maddəsinin ç) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. Bundan əlavə, Əmək Məcəlləsinin 189 maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən (xx.xx.2020-ci il tarixdə) iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı xitam verilmişdir. Bununla da, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri nəzərə alınmayaraq, işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X7na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 (hazırda Xidmətinin) direktorunun xx.xx.2019-cu il tarixli, 325/k saylı əmrinin surətindən görünür ki, İddiaçı həmin tarixdən X14 X2 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Belə olan halda, işə götürən orqan Lənkəran X11 Mərkəzi deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti hesab olunduğundan, İddiaçı barəsində intizam tənbehinin verilməsi məsələsi X14 X4 İttifaqı Təşkilatında deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X5 baxılaraq müzakirə olunmalı idi. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, xx.xx.2020-ci il tarixli əmr ləğv edilməklə, iddiaçı işə bərpa edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən “əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır...” Odur ki, işə bərpa olunana qədər məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqı cavabdeh təşkilat tərəfindən alınaraq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia tələbi təmin edilsin. İddiaçının işdən azad edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/ü saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmri ləğv edilsin və İddiaçı işə bərpa edilsin. İşə bərpa olunana qədər məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti təşkilat tərəfindən alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.
Sədrlik edən:Ayaz Məmmədov