Məhkəmə qərarları › İş №2(004)-649/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-649/2024

06.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-649/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 07 avqust 2023-cü il tarixli 3-17-7/3-2-13479/2023 saylı əmrinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Tərtər X8 İdarəsi üzrə Bərdə rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımşı fəhlə vəzifəsinə işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, "xxxx" İş Mərkəzi MMC ilə 05 yanvar 2021-ci il tarixində əmək müqaviləsi bağlamışdır. Həmin əmək müqaviləsi cavabdehlə onun arasında 01 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin 2.2-ci bəndində həmin müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixədək uzadıla bilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən o 05 yanvar 2021-ci il tarixində "xxxx" İş Mərkəzi MMC Azərbaycan Respublikası nəzdində “Azəriqaz” X1 X8 İdarəsi üzrə Bərdə rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə razılaşmaya əsasən Tərtər X8 İdarəsi üzrə Bərdə rayonu, ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsindən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, bu qeyd ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "b" bəndi işçinin öz təşəbbüsü ilə işdən azad olmanı nəzərdə tutmur. Həmin bənd əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinə xitam verilməni nəzərdə tutur. Qeyd edir ki, onun heç bir təşəbbüsü olmamışdır. Onun işdən çıxmaq kimi heç bir fikri olmamışdır. Buna baxmayaraq cavabdeh orqan, yəni işəgötürən formal olaraq əmək müqaviləsinə xitam verilməsinin əsasının onun təşəbbüsü olduğunu qeyd etmişdir. İşəgötürən tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o xeyli müddətdir ki, işsiz qalmışdır. Onun gördüyü iş mövsümi xarakter daşımamışdır. Daimi xarakterli iş yeri olmuşdur. Ümumiyyətlə müqavilə imzalanan zaman ona əmək müqaviləsinin müddətli bağlanması barədə heç bir məlumat verilməmişdir. Tutduğu vəzifənin xarakteri daimi xarakterli olduğu üçün onunla bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmamalı imiş. Qanunvericiliyin tələbinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Cavabdeh tərəfindən isə qanunvericiliyin bu tələbi pozulmuşdur. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə razılaşmaya əsasən Tərtər X8 İdarəsi üzrə Bərdə rayonu, ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsindən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. Buna baxmayaraq cavabdeh bu müqaviləni müddətli müqavilə kimi bağlamışdır. Qeyd edir ki, hətta xx.xx.2023-cü il tarixli əlavə razılaşma ona təqdim edilməmişdir. Cavabdeh MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 07.08.2-23-cü il tarixli 3-17-7/3-2-13479/2023 saylı əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə Tərtər X7 İdarəsi üzrə Bərdə rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə işə bərpa edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, bildirmişdir ki, İddiaçı cavabdeh "X11” MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək "X11” MMC-nin xx.xx.2023-cü il tarixli 3-17- 7/3-2-13479/2023 saylı əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə Tərtər X7 İdarəsi üzrə Bərdə rayonu ərazisində qaz avadanlıqlarınin istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə işə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 A nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin DOSTu" proqramına başlanılmışdır. Həmin proqram X11 tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində X11 hal-hazırda 50 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş "Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları"nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. "Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçılə "X11" MMC arasında xx.xx.2021-ci il tarixində müddətli əmək müqaviləsi bağlanılmış və İddiaçı "Azəriqaz" X1 X7 İdarəsinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İddiaçılə X11 arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən 2.1-ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən iddiaçı ilə X11 arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. "Azəriqaz" İstehsalat Birliyi üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü "Azəriqaz" İstehsalat Birliyi və "X11" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişlə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. "Sazişə edilmiş Əlavə 1-də Tərtər X7 İdarəsi İcraçı qurum kimi müəyyən olunmuşdur. "Sazişin 4.2-ci bəndinə əsasən İcraçı qurum işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əməkhaqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. "Sazişin 4.4cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçı qurumun tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. Əlavə olaraq bildirirlər ki, V. Tağıyevlə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xitam verilmiş, bu barədə Əmək və Məşğulluq altsistemində müvafiq qeydiyyat aparılmışdır. Əmək kitabçasında İddiaçılə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmsi qeyd dedilmiş, lakin texniki səhvlik nəticəsində "İşçinin öz təşəbbüsü ilə” yazılmışdır. Bu barədə İddiaçı məlumat verilərək düzəliş edilməsi üçün əmək kitabçasını "X11” MMC-yə təqdim etməsi istənilmiş, lakin iddiaçı əmək kitabçasını təqdim etməkdən imtina etmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir, lakin müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunverici "əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur" ifadəsini maddəyə daxil etməklə məsələyə aydınlıq gətirmişdir. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Bundan başqa mübahisənin məhkəməyədək həll edilməsi məqsədilə mediator X3 tərəfindən İddiaçı müraciəti əsasında ilkin mediasiya sessiyası "X11" MMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixində keçirilmiş və həmin tarixdə müvafiq arayış verilmişdir. Lakin İddiaçı isə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxaraq məhkəməyə 06 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Kişilər 35 İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi, həmçinin məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı" iş üzrə 07 iyul 2009- cu il tarixli qərarında da göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinə əsasən "Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər". Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. Cavabdeh MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 07.08.2-23-cü il tarixli 3-17-7/3-2-13479/2023 saylı əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə Tərtər X7 İdarəsi üzrə Bərdə rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə işə bərpa edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "5" (emek müqaviləsinin Azərbaycan qurtarması) bəndinə əsasən İddiaçı ilə X11 arasında bağlanılmış emek müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. İddiaçı müraciəti əsasında mübahisənin məhkəməyədək həll edilməsi üçün mediator X3 tərəfindən ilkin mediasiya sessiyası X11nin nümayəndələrinin iştirakı ile xx.xx.2023-cü il tarixində keçirilmiş və həmin tarixdə müvafiq arayış verilmişdir. Lakin İddiaçı isə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxaraq məhkəməyə 06 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən "Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər". Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi, həmçinin məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla gorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 izahatlarında bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. İddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. Müqavilə 1 ay müddətinə bağlanmışdır. İşçinin əmək haqqı 250 manat təşkil edir. 0750806 nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində "Azəriqaz” X1 X8 İdarəsi üzrə Bərdə rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 28 sentyabr 2023-cü il tarixli, MŞB/1/2023-00230 saylı X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklifin tarixi 17 avqust 2023-cü ildir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 3-17-7/3-2-13479/2023 saylı əmrin sürətindən görünür ki, X5 Alt Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli 3-17-7/1- 32471/2023 nömrəli sənədlə daxil olmuş Tərtər X8 İdarəsi tərəfindən daxil olmuş məktub, xx.xx.2023-cü il tarixli akt və işçilərlə bağlanmış əmək müqavilələrinin müddətinin bitməsi əsası ilə, X11” MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində "Azəriqaz” X1 X8 İdarəsi üzrə Bərdə rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində çalışan, əlavədə adları qeyd edilmiş işçilərin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixindən xitam verilmiş, maliyyə departamentinə tapşırılıb ki, əlavədə adları qeyd olunmuş işçilərin xx.xx.2023-cü il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əməkhaqqı və digər ödəmələr) ödənilməsi, əmrin icrasına nəzarət direktor müavini X4 tapşırılması müəyyən edilmişdir. İş materiallarında olan mediator X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “X2 iştirak edilməməsi barədə” arayışdan görünür ki, hazırki mübahisə üzrə İddiaçı 17 avqust 2023-cü il tarixdə mediasiya sessiyasının tətbiqi barədə təklif göndərmiş, Bakı 1 saylı Mediasiya Təşkilatın tərəfindən xx.xx.2023-cü tarixində keçirilməsi nəzərdə tutulan X2 cavabdehin nümayəndəsi iştirak etməmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi 06 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X2 iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsini tələb etmişdir. Qarşı tərəf məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. İddiaçı, hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixində müraciət etmiş və xx.xx.2023-cü il tarixində “X2 iştirak etməmə barədə” arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə 06 dekabr 2023-cü il tarixdə yəni, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi əsasında rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar