Məhkəmə qərarları › İş №2(004)-6512/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6512/2023

22.12.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6512/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin itkin düşmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin itkin düşmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.1949-cu il təvəllüdlü X1 xəbərsiz itkin düşməsi və ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, eyni zamanda ərizəçi tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumundan azad olunmasının hallarına istinad edilməmiş və bu barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı ərizədə tələb qeydri-dəqiq göstərilmişdir, çünki iddiaçı şəxsin itkin düşmüş hesab edilməsini tələb etsə də ərizənin məzmunundan, həmçinin ərizəyə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X3 artıq xəbərsiz itkin düşmüş hesab edilmişdir. Həmin qətnamədən də müəyyən edilir ki, X2 dair cinayət işi üzrə icraat xx.xx.2019-cu il tarixli qərarla AR CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Qeyd olunanlara əsasən ərizəçiyə izah edilməlidir ki, hazırkı tələb düzgün formalaşdırılmamışdır. Belə ki, barəsində şəxsin itkin düşmüş hesab edilməsi tələb edilən xx.xx.1949-cu il təvəllüdlü X1 xəbərsiz itkin düşməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. X1 barəsində xx.xx.2019-cu ildə dayandırılmış cinayət işi üzrə icraatın sonrakı aqibəti və onun axtarışının nəticəsi ilə bağlı hər hansı məlumat isə ərizəçi tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin itkin düşmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi” barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar