Məhkəmə qərarları › İş №2(004)-652/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-652/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-652/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 qanuni nümayəndəsi Dhahi X9nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 qanuni nümayəndəsi Dhahi X9 Cavabdeh1 və və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, məhəllə 455, ev 22, mənzil 7 və ünvan 1 ünvanlarında yerləşən mənzillərdən çıxarılmaları, həmin mənzillərin açarlarının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 Dhahı ilə X3 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2012-ci il tarixdə övladları X5 doğulmuşdur. X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********06 nömrəli məktubun əslindən, MA seriyalı, ******* nömrəli və MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan göründüyü kimi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, məhəllə 455, ev 22, mənzil 7 və xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmiş ünvan 1 ünvanlarında yerləşən hər iki mənzil X1 adınadır. Hazırda cavabdeh, yəni mərhum Sevil Niftalıyevanın bacısı - Cavabdeh1 göstərilən daşınmaz əmlakların açarlarının onda qalmasından sui-istifadə edərək, həmin əmlakları, buna heç bir əsas olmadan, qanunsuz olaraq, istifadə edir və tanımadıqları digər şəxslərin istifadəsinə verir. Qanunla mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan daşınmaz əmlaklar uzun müddətdir ki, cavabdehin və kənar şəxslərin istifadəsindədir. Cavabdeh açarları təhvil verməkdən imtina edir. Halbuki Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə S.Niftalıyevadan miras qalmış həmin əmlaklarda onun qanun üzrə birinci növbə vərəsələri kimi qızı Niftalıyeva, əri Dhahı Mohammad və atası Cavabdeh2 hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 qarşı iddia təmin oluna bilməz. Belə ki, mübahisəli mənzillərdə onun payı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(004)-1453/2019 saylı qətnaməsi ilə hər birində 1/3 hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin məcəllənin 215.4-cü maddəsinə əsasən isə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Cavabdeh2 mübahisəli mənzillərin paylı mülkiyyətçisi kimi həmin mənzillərdə olan payından istifadə hüququna malik olduğundan həmin mənzillərdə yaşamaq hüququna malikdir. Odur ki, onun həmin mənzillərdən çıxarılması tələbi təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh1 Seyfəddin qızının da mübahisəli mənzillərdən çıxarılmasına dair iddia təmin edilə bilməz. Belə ki, o, paylı mülkiyyətdə olan mübahisəli mənzillərin mülkiyyətçilərindən biri olan Cavabdeh2 uşağıdır. Mülki Məcəllənin 228.5-ci maddəsiə əsasən də yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olan paydan onunla bərabər istifadə hüququ olduğundan Cavabdeh1 da həmin mənzildən çıxarıla bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia mübahisəli mənzillərin açarlarının Cavabdeh1 alınması hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının mübahisəli mənzillərdə mülkiyyət hüquqları məhdudlaşdırıla bilməz, iddiaçının həmin mənzildə payı olduğundan o həmin mənzildən digər paylı mülkiyyətçilərlə bərabər istifadə etmək hüququna malikdir və mənzillərin açarlarının iddiaçıya verilməməsi kimi cavabdehin hərəkətləri qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, məhəllə 455, ev 22, mənzil 7 və ünvan 1 ünvanlarında yerləşən mənzillərin açarları Cavabdeh1 alınaraq iddiaçı X2 qanuni nümayəndəsi Dhahi X9ya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar