Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6533/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı, X10 cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, X4 cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki iş üzrə İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbi üzrə mülki işin icraatı ayrılmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək "xxxx" MTKnın 3.354.200,04 manat mənfəətinin iddiaçının payına düşən 10 % hissəsinin, yəni 335.420 (üç yüz otuz beş min dörd yüz iyirmi) manat məbləğin 50 % hissəsinin, yəni 167.710 (bir yüz altmış yeddi min yeddi yüz on) manat məbləğin "xxxx" MTK-nın təsisçiləri- Cavabdeh1, Cavabdeh2 və mərhum X5 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 % hissəsinin "xxxx" MTKnın təsisçiləri - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum X5 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 05.11.2019-cu il tarixdə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o 2013-cü ilin 5 avqust tarixindən başlayaraq "xxxx" MTK tərəfindən hüquqlarının pozulması və X11 ilə bərabər mənzİl üçün ödədikləri pulların qaytarılması ilə bağlı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində hazırki iş üzrə iddiaçı olan şəxsləri- İddiaçı Cəlil oğlu və X6 cavabdeh olaraq qoymuşdur. Həmin mülki işə Yasamal Rayon Məhkəməsinİn hakimi cənab Anar Rzayevin sədrliyi ilə baxılmışdır. X20 biganəliyi və işə səthi yanaşması, eyni zamanda qarşı tərəfin bütün şıltaqlığına va hüquqdan sui istifadə etməsinə göz yumması nəticəsində məhkəmə baxışı heç bir əsas olmadan 30 ay, yəni 2 il 5 ay davam etmiş, məhkəmə prosesinin 2 il 5 ay davam etməsinə baxmayaraq nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2015 saylı 28 oktyabr 2015-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2017-cİ İl tarixİi 2(103)-674/2017 saylı qətnaməsi ilə (sədrlİk edən hakim Elnur Həsənov) apelyasiya şikayati qismən təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2015 saylı 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin olunmuşdur. Həmin qətnamədən qarşı tərəf kassasiya şikayatİ vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 mart 2018-ci il tarixli 2(102)-1683/2021 saylı qararı İla kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2017-cİ İl tarixİi 2(103)-674/2017 saylı qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin qərardan sonra isə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2017-cİ il tarixİi 2(103)-674/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldığı üçün 10.05.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəldilmişdir. Bir sözlə o, məhkəməyə 2013-cü ildə iddia ərizəsi ilə müraciət etsə də onun iddiası üzrə işə 5 ilə baxılmışdır. Bu 5 il müddət isə şübhəsİz ki, ağlabatan müddət hesab oluna bilməz. İşin baxılmasının 5 il yubadılmasının səbəbi isə qarşı tərəfin hüquqdan sui istifadə edib əsassız vəsatətlər və məhkəmə qərardadlarından əsassız şikayətlər etməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2017-ci il tarixİi 2(103)-674/2017 saylı qətnaməsi üzrə 10.05.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəldiləndən sonra icra məmuru Ceyhun Şirinov 1 il zəruri icra hərəkətlərini apardıqdan sonra bir məktub göndərdİ ki, nə "xxxx" MTK-nın bank hesabında pul vasaiti, nə də hər hansı bir əmlakı olmadığına görə, kooperativin sədri X13 isə vəfat etdiyinə görə qətnamənin icrası mümkün görünmür. Onlar da qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından itifadə edərək, Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2017-cİ İl tarixİi 2(103)- 674/2017 saylı qətnaməsi ilə onlara ödənilməli olan məbləğin "xxxx" MTK-nın təsisşilərindən tutulmasını tələb etmişlər. Həmin iddia tələbi Yasamal Rayon Məhkəməsinin hakimi canab Vahid Hacıyevin sədrliyi ilə baxılaraq, 09.09.2019-cu il tarixli 2(004)-3444/2019 saylı qətnamə ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Onlar tələbi irəli sürdüyü tarixdən etibarən, yəni 05 avqust 2013-cü ildən "xxxx" MTK-nın sədri və təsisçiləri bundan xəbərdar olublar. Onlara iddia haqqında çıxarılmış qətnamələr barədə məhkəmələr tərəfindən vaxtında məlumatlar verilmiş, rəsmi qaydada məhkəmə bildirişləri və məhkəmələrin qəbul etdiyi qətnamə və qərardadlar göndərilmişdir. Bu gün, yəni Cavabdeh1 hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etdiyi 2013-cü il tarixdən 7 ilə yaxın müddət keçəndən sonra, bütün ağlabatan müddətlər ötürüldükdən sonra kooperativin 2 təsisçisi, onun iddiası üzrə cavabdehlər İddiaçı va X10 onu da cavabdeh göstərib Yasamal Rayon Məhkəməsində ona və qeyrilərinə qarşı pul tələbinə dair iddia qaldırmışlar. Onun iddiası üzrə cavabdeh olmuş şəxslərr- İddiaçı va X4 onu da cavabdeh qoymaqla məhkəmədə iddia qaldırmaqları təəccüb və təəssüf hissi doğurur. Elə çıxır ki, İddiaçı va X1 keçmiş sədrinin vərəsələri və digər təsisçilər birləşib yenə də 2013-cü ildən pozulan hüquqlarının bərpa olunmasına, Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə süni surətdə maneçilik törədib, əvvəllər etdikləri kimi yenə də süründürməçiliyə yol vermək isytəyirlər. Vüsal- S" MTK-a tərəfindən aldadıldığına görə banka olan borcunu ödəmək üçün maddi imkansızlıq ucbatından Bakı şəhərində yerləşən mənzilini satmaq məcburiyyətində qalmışdır. Hal-hazırda yaşayır və məhkəmə iclaslarına gəlib getməyİm onun üçün böyük bir problemə çevrilib. Hesab edir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı va X10 ona qarşı ttamamilə əsassız iddia qaldırmışlar. Ona görə də işə onun iştirakı olmadan baxaraq, iddiaçılar İddiaçı va X4 iddiasının onaaid hissədə rədd edilməsi və onların X7 qarşı qaldırdıqları iddia əsassız olduğu üçün Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən iddiaçılar İddiaçı va X3 dövlətn xeyrinə 5000 manat məbləğ tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etiraz ərizəsi verərək bildirmişlər ki, onlar mərhum X8 vərəsələri kimi göstərilsələr də, onların vərəsə olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin qeyd etmişlər ki, vəkilləri X14 Bakı şəhəri 14 saylı notariat ofisinə mərhum X5 vərəsələrinin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi üçün sorğu vermiş, Bakı şəhəri 14 saylı notariat ofisinin 25.09.2019-cu il tarixli 1598 nömrəli məktubla sorğuya cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş X5 adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir. Bu isə onların mərhum X5 vərəsələri olmadığını təsdiq edən rəsmi dövlət sənədidir. Bu isə onu deməyə əsas verir ki, hazırki iş üzrə onların cavabdeh kimi cəlb olunmaqları qanunsuz və əsassızdır, iddiaçıların onlara münasibətdə iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda mübahisə predmeti olan pul məbləği "xxxx" MTK-nın öhdəliyi əsasında yaranmışdır və onların Vüsal-S MTK ilə heç bir bağlılıqları yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(004)- 3444/2019 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, 12.04.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən "xxxx" MTK-nın təsisçiləri Cavabdeh1, İddiaçı, X2, X10, Cavabdeh2 və mərhum X9r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25.09.2019-cu il tarixli 1598 №-li sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş X5 adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə məhkmə qeyd edir ki, onların Vüsal-S MTK-nın təsisçilərindən olan mərhum X5 vərəsələri olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdeh deyillər və iddia tələbi onlara münasibətdə əsasız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, ilk növbədə öhdəliyin yaranması üçün qanuni əsaslar müəyyən edilməlidir. İş materialları ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında öhdəliyinin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən sübuta yetirilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında müqavilə, delikt, əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və ya qətnamədən irəli gələn öhdəliklərinin olması, bir sözlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə subsidiar məsuliyyətlərinin yaranması üçün öhdəlikləri müəyyən edilmir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MTK-nın 3.354.200,04 manat mənfəətinin iddiaçının payına düşən 10 % hissəsinin, yəni 335.420 (üç yüz otuz beş min dörd yüz iyirmi) manat məbləğin 50 % hissəsinin, yəni 167.710 (bir yüz altmış yeddi min yeddi yüz on) manat məbləğin "xxxx" MTK-nın təsisçiləri- Cavabdeh1, Cavabdeh2 və mərhum X5 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 % hissəsinin "xxxx" MTKnın təsisçiləri - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum X5 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbi rədd edilməli və iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edillməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" MTK-nın 3.354.200,04 manat mənfəətinin iddiaçının payına düşən 10 % hissəsinin, yəni 335.420 (üç yüz otuz beş min dörd yüz iyirmi) manat məbləğin 50 % hissəsinin, yəni 167.710 (bir yüz altmış yeddi min yeddi yüz on) manat məbləğin "xxxx" MTK-nın təsisçiləri- Cavabdeh1, Cavabdeh2 və mərhum X5 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 % hissəsinin "xxxx" MTK-nın təsisçiləri - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum X5 vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6533/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6533/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver